Serbiyalı deputat Azərbaycan xalqına təşəkkür etdi FOTO
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Serbiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbərliyi Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyevlə görüşüb.
Gununsesi.info xəbər verir ki, məlumatı serb saytları yayıb.
Azərbaycanla dostluq qrupunun rəhbəri Duşan Mariç qeyd edib ki, faşizm üzərində Qələbənin ildönümünü qeyd etdiyimiz günlərdə Serbiya və Azərbaycan xalqlarının İkinci Dünya Müharibəsindəki töhfələrini vurğulamaq lazımdır.
O, Azərbaycandan olan döyüşçülərin Serbiyanın və Belqradın azad edilməsində, o cümlədən parlament binası uğrunda gedən döyüşlərdə iştirak etdiyini diqqətə çatdırıb. Mariç beynəlxalq təşkilatlarda və forumlarda Serbiyanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsində göstərdiyi səmimi dostluq dəstəyinə görə Azərbaycana təşəkkür edib. Bundan başqa, o, Azərbaycana Serbiyanın enerji sabitliyinin qorunub saxlanmasına verdiyi dəstəyə görə də minnətdarlığını bildirib.
Azərbaycanın Seviyadakı səfiri K.Xasıyev vurğulayıb ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını bundan sonra da dəstəkləyəcək, çünki bu, beynəlxalq hüququn fundamental prinsipidir.
O, Serbiyanın Avropa qitəsində Azərbaycanın strateji tərəfdaşlıq səviyyəsinə malik olduğu yeganə ölkə olduğunu vurğulayaraq, iki ölkə arasındakı yaxşı münasibətlərin həm də prezidentlər Vuçiç və Əliyev arasında olan yaxşı münasibətlərə əsaslandığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 13 May 2025 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















