Serbiyalı müdafiəçi 7 il sonra komandadan ayrılır
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Nemanya Qudelj müqaviləsinin müddəti başa çatdığı üçün "Sevilya"dan ayrılacaq.
Sportal.az xəbər verir ki, klubun açıqlamasında bildirilir ki, çərşənbə günü tərəflər arasında keçirilən görüşdə qarşılıqlı razılıq əsasında serbiyalı futbolçunun 30 iyun tarixində, müqaviləsinin bitdiyi gün komandadan ayrılması qərara alınıb.
Qudelj 2019-cu ilin yayında 27 yaşında “Sevilya”ya qoşulmuşdu. O, əvvəlcə dördillik müqavilə imzalamış, daha sonra isə 2023-cü ildə bu müqavilə daha üç mövsüm uzadılmışdı.
34 yaşında klubdan ayrılan müdafiəçi yeddi mövsüm ərzində “Sevilya”nın heyətində 261 rəsmi oyuna çıxıb və klub tarixində ən çox oyun keçirən əcnəbi futbolçular arasında beşinci yeri tutur.
Qudelj Avropa Liqasında 2020 və 2023-cü illərdə “Sevilya” ilə çempionluq qazanıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 11 İyun 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















