Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu: Dünyanın ağası ya Çin, ya da ABŞ olacaq, bu siyahıda Rusiya yoxdur

Sərdar Cəlaloğlu: Dünyanın ağası ya Çin, ya da ABŞ olacaq, bu siyahıda Rusiya yoxdur

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


“İndi dünyada baş verənləri, xüsusən də ABŞ-Rusiya danışıqlarını və yaxınlaşmasını dünyanın Vaşinqton ilə Moskva tərəfindən yenidən bölüşdürülməsi kimi qavramaq və ya təqdim etmək kökündən yanlışdır. Mən, baş verənlərin dünyanın Rusiya və Amerika tərəfindən bölünməsi kimi qiymətləndirməzdim”.
Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Dünyanın Rusiya və ABŞ tərəfindən bölünməsinə” dair səslənən fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp elə bir fiqurdur ki, heç vaxt əlində olan imkanını kiminləsə bölüşməz. Odur ki, Rusiyanın dünyanın bölünməsi prosesində iştirakı haqqında deyilənlər yanlış və səhvdir.
Partiya sədri bildirib ki, ABŞ rəsmiləri bilərəkdən Rusiyanı razı salan, ona oxşayan açıqlamalar verməklə faktiki olaraq, Rusiyanı özündən asılı vəziyyətə salmaq məqsədi güdürlər. S. Cəlaloğlunun fikrincə, indi faktiki qlobal proseslərdən təcrid edilən Rusiyanın maraqlarını qaldırmaqla ABŞ onu özünə tabe etdirmək niyyətini ortaya qoyur.
“Hazırda digər maraqlı proses də müşahidə edilir. Məsələn, ABŞ rəsmiləri həm də Rusiyanı hədələyir, deyirlər ki, əgər Rusiya müharibəni dayandırmaq istəməsə ona qarşı sərt sanksiyalar tətbiq olunacaq. Bu, bir növ oyundur. Belə gedişlərlə deyirlər ki: “Gəl, bizimlə razılaş!”
ABŞ heç vaxt Rusiyanı dünyanın bölüşdürülməsi prosesinə buraxmaz. Əgər Ukraynada kiçik bir ərazi Rusiyaya güzəştə gediləcəksə, bu addım Moskvanın ambissiyalarını cilovlamaq naminə atılacaq, həm də Ukraynanın böyük hissəsi ABŞ tərəfində olacaq. Odur ki, burada hər hansı bir razılaşmadan söhbət getməyəcək”,- deyə partiya sədri izah edib.
S. Cəlaloğlu qeyd edib ki, dünyanın ağası ya Çin, ya da ABŞ ola bilər, bu siyahıda Rusiyanın yeri yoxdur. Onun sözlərinə görə, buna bənzər fikri ABŞ-nın yeni müdafiə naziri də qeyd edib.
Y. QACAR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Fevral 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri