Icma.az
close
up
RU
Sərdar Cəlaloğlunun siyasi ikiüzlülüyü və etimad böhranı

Sərdar Cəlaloğlunun siyasi ikiüzlülüyü və etimad böhranı

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan siyasətinin uzunömürlü, lakin ürəkbulandıran fiqurlarından biri olan Sərdar Cəlaloğlu artıq illərdir Demokrat Partiyasının sədri kimi çıxış edir. 

Lakin onilliklər boyu fəaliyyətə baxmayaraq,  rəhbərlik etdiyi partiyaya nə sosial baza formalaşdıra bilib, nə də ictimai rəydə ciddi etimad qazanıb. Bu, təkcə siyasi şəraitlə bağlı deyil. Cəlaloğlunun öz siyasi davranışları, qeyri-sabit mövqeləri və prinsipiallıqdan uzaq çıxışları bunun əsas səbəblərindəndir. 

Adam nə ixtisası olan “morq”, yəni ölüxana sahəsində nəticə ələ edə bilib, nə də siyasət sahəsində. Boş-boş danışmaqdan başqa bacardığı iş yoxdur. Yazdıqları kitablar da plagiat. Inana bilmərəm ki, bir nəfər belə onun yazdığı kitabı 2-3 səhifədən o yana oxuya bilib”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.O bildirib ki, Sərdar Cəlaloğlu ixtisası kimi, siyasi meyitdir: 

“Neçə dəfə deputatlığa namizədliyini verib, danışıqlara gedib, iqtidar kabinetlərində əməkdaşlıq etdiyi siyasətçiləri, “dost” dediyi adamları satıb, amma yenə də nə yarındığı iqtidarın, nə də seçicilərin etimadını qazana bilib. Gəlib çatıb ahıl yaşına, amma təəssüf ki, özünü ahıl adam kimi apara bilmir. 

Sərdar Cəlaloğlu ictimai müstəvidə özünü prinsipial və düz danışan siyasətçi kimi təqdim etməyə çalışır. Amma reallıqda onun çıxışları çox zaman populist, məqsədyönlü və dəyişkən xarakter daşıyır. Bir gün iqtidara qarşı sərt danışır, ertəsi gün həmin iqtidarın siyasətini dolayı yolla müdafiə edən fikirlər səsləndirir. Bu ziddiyyətli yanaşma onu nə iqtidar, nə də müxalifət düşərgəsində etibarlı tərəfdaş kimi görməyə imkan verir”.

R.Nurrllayev deyib ki, Cəlaloğlunun son zamanlar “siyasi dialoqdan çıxması” barədə bəyanatı da onun səmimiyyətinə kölgə salır:

“Əgər doğrudan da demokratik dəyərlərə inanırsa, dialoqdan imtina etməsi bu prinsiplərlə ziddiyyət təşkil edir. Siyasi dialoq cəmiyyətin irəliləyişi üçün vasitədirsə, ondan qaçmaq yalnız şəxsi maraqlara xidmət edir. Bəzi müşahidəçilərin fikrincə, bu addım Cəlaloğlunun diqqət mərkəzində qalmaq, öz siyasi mövqeyini “zərbə altında lider” obrazı ilə qorumaq cəhdidir. 

Ondan lider olar? 37 ildir lider ola bilməyib, indi 70 yaşından sonra olacaq? Xalq üçün zərrə qədər də əməyi olmayıb. Barmağını qatlasın görək kimin üçün nə edib? 

Mən deyim o, nə edib? Çömçə kimi ara qarışdırıb. Adı da gərək elə “çömçə” olsun.

Uzun illərdir siyasətdə olan bir şəxs kimi real dəyişikliklərə, təşkilati inkişaflara, yeni ideyalara imza atmayıb. Lakin, hələ də televiziyalarda və mətbuatda özünü “müxalifətin səsi” kimi göstərməyə çalışır. Bu, siyasi şəffaflıqdan çox, şəxsi eqo və özünüreklamın göstəricisidir.

Azərbaycanın demokratik gələcəyi real, şəffaf və məsuliyyətli siyasətçilərə ehtiyac duyur. Cəlaloğlu kimi illərlə xalqın etimadını qazana bilməyən, amma özünü dəyişməz lider kimi göstərən fiqurlar artıq bu prosesin qarşısında əngələ çevriliblər. Onun fəaliyyəti siyasi mədəniyyətin inkişafına deyil, onun aşınmasına xidmət edir. Əgər o, doğrudan da demokratik dəyərləri qorumaq istəyirsə, ilk növbədə öz siyasi davranışlarını bu dəyərlərə uyğunlaşdırmalıdır”.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri