Icma.az
close
up
RU
Serdar Ünsal: Heydər Əliyev Azərbaycanı regionun parlaq ulduzuna çevirdi

Serdar Ünsal: Heydər Əliyev Azərbaycanı regionun parlaq ulduzuna çevirdi

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 9 may, AZƏRTAC

Heydər Əliyev qardaş Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz mərhələləri ilə bağlı olan, inkişaf edən ölkənin parlaq rəmzidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini, İğdırdakı “Azərbaycan Evi” cəmiyyətinin rəhbəri Serdar Ünsal bildirib.

TADEEF sədr müavini vurğulayıb ki, Heydər Əliyevin liderliyi Azərbaycanın gələcək uğurlarının təməlini qoyub, təkcə doğma vətəni üçün deyil, bütövlükdə region üçün əhəmiyyət kəsb edən genişmiqyaslı layihələrin həyata keçirilməsinə imkan yaradıb.

“Respublika üçün son dərəcə çətin bir dövrdə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı Cənubi Qafqazın parlaq ulduzuna çevirməyi bacardı. Məhz bu dahi dövlət xadiminin müəyyən etdiyi kurs sayəsində respublika ayaqda dura bildi və hərtərəfli inkişafa doğru irəlilədi”, – deyə Serdar Ünsal qeyd edib və bu əfsanəvi şəxsiyyətin Azərbaycanın tarixindəki rolunu xüsusi vurğulayıb.

Onun sözlərinə görə, “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan və Türkiyənin hər bir vətəndaşı üçün dərin məna daşıyır: “Bu sözlər xalqlarımız arasında sarsılmaz qardaşlığın və dostluğun mahiyyətini ən dolğun şəkildə əks etdirir”.

S. Ünsal əlavə edib ki, Türk dünyasının birliyinə yönəlmiş çoxsaylı təşəbbüs, proqram və layihələrin arxasında da Heydər Əliyevin imzası dayanır.

“Mən xoşbəxtəm ki, taleyimə Naxçıvan rəhbəri olduğu dövrdə Heydər Əliyevlə ünsiyyətdə olmaq nəsib olub. Ümummilli Liderin qətiyyətli addımları sayəsində ermənilərin muxtar respublikaya, o cümlədən Sədərək istiqamətində hücumlarının qarşısı alındı. Heydər Əliyev həmin vaxt Naxçıvanı blokadadan çıxardı”, – deyə diaspor təşkilatının rəhbəri xatırlayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri