Serdar Ünsal: Müstəqillik məşəli Azərbaycanın gənc nəsli üçün ilham mənbəyidir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ankara, 28 may, AZƏRTAC
28 May Azərbaycan xalqının müstəqilliyə sonsuz sədaqətinin rəmzidir. Bu tarix onların öz kimliyini qorumaq və əzəli torpaqlarında azad yaşamaq hüququ uğrunda mübarizə aparmaq səylərinin kulminasiya nöqtəsidir.
Bu fikri Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal AZƏRTAC-a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, 108 ildir alovlanan müstəqillik məşəli yeni nailiyyətlər yolunda azərbaycanlıların gənc nəsli üçün ilham mənbəyi olaraq qalır. “Bu gün biz xoşbəxtik və qürur hissi duyuruq ki, suverenliyi və bütövlüyü Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində bərpa edilmiş qardaş ölkəmizin hər yerində üçrəngli Azərbaycanın Bayrağı dalğalanır”, - deyə o, azadlıq və müstəqillik uğrunda mübarizədə əməyi olan hər kəsin xatirəsini hörmətlə yad edərək vurğulayıb.
S. Ünsal qeyd edib: “Biz Azərbaycanın dövlətçiliyinin xilas edilməsində və möhkəmləndirilməsində tarixi rol oynayan Ümummilli Lider Heydər Əliyevin böyüklüyü qarşısında baş əyirik. Azərbaycanı regionda parlayan bir ulduza çevirən Prezident İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk”.
TADDEF-in sədr müavini, həmçinin Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamını xatırladıb və əminliklə bildirib ki, Türkiyə Azərbaycanın inkişaf yolunu dəstəkləyib və dəstəkləməyə davam edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 28 May 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















