Icma.az
close
up
RU
Serdar Ünsal: Müasir Azərbaycan Cənubi Qafqazın parlaq ulduzudur

Serdar Ünsal: Müasir Azərbaycan Cənubi Qafqazın parlaq ulduzudur

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara, 27 may, AZƏRTAC

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürk uzaqgörən dövlət xadimi kimi Azərbaycanın müstəqilliyini bərpa edəcəyi günə səmimi qəlbdən inanaraq “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” demişdir.

Bu barədə AZƏRTAC-a Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini, İqdırdakı “Azərbaycan Evi” cəmiyyətinin rəhbəri Serdar Ünsal bildirib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyənin hər bir sakini üçün əzizdir və Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş ölkənin əldə etdiyi nailiyyətlər və uğurlar onlarda sevinc hissləri doğurur.

“Müasir Azərbaycan dünya dövlətləri ailəsinin nüfuzlu və uğurla inkişaf edən üzvüdür, Cənubi Qafqazın parlaq ulduzudur. Müstəqillik Günü ərəfəsində mən qardaş ölkənin azadlığı və dövlətçiliyinə töhfə vermiş bütün Azərbaycan övladlarının, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının təməlində dayanan siyasətçilərin xatirəsini ehtiramla yad etmək istərdim”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın uğurları Ümummilli Lider Heydər Əliyevin və onun kursunun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır.

S.Ünsal üçrəngli Bayrağın Azərbaycanın bütün ərazisi üzərində dalğalanmasına imkan yaradan, işğalçı ölkə üzərində tarixi Qələbə uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.

“Türkiyə xalqı Azərbaycanın müstəqilliyinin əsrlər boyu qorunub saxlanmasını və möhkəmlənməsini səmimi qəlbdən arzulayıb. Azərbaycanın Müstəqillik Günü münasibətilə bütün Türk dünyasını təbrik edirəm”, - deyən TADDEF-in sədr müavini Türkiyə ilə Azərbaycan arasında qardaşlığın daha da güclənəcəyinə ümid etdiyini bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see151

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see143

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri