Icma.az
close
up
RU
Cənubi Qafqazın dinc gələcəyinin Azərbaycan qarantı

Cənubi Qafqazın dinc gələcəyinin Azərbaycan qarantı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın müxtəlif ölkələrindən siyasətçiləri, ekspertləri və ictimai xadimləri bir araya gətirən XIII Qlobal Bakı Forumu beynəlxalq miqyaslı müzakirələr üçün mühüm platformalardan biridir. Forumda səsləndirilən fikirlər yalnız regional deyil, həm də qlobal siyasi mühitə ünvanlanır. Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışı da məhz bu amili əsas tuturdu.

Dövlətimizin başçısı Azərbaycanın müasir tarixinin mühüm məqamlarına, qarşılaşdığı çətinliklərə və əldə etdiyi nəticələrə diqqət çəkdi. Habelə, ölkəmizin keçdiyi mürəkkəb tarixi yolun, siyasi iradəsinin və sülh strategiyasının mahiyyətini əks etdirən mühüm mesajlar verdi. İlk mesaj isə milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi ilə bağlıdır. Prezident İlham Əliyev bu mesajı Azərbaycanın düşdüyü çətinliklərə sinə gərmək əzmindən söz açarkən səsləndirdi. Dövlətimizin başçısı çıxışında, həmçinin ölkəmizi işğala güc, sülhə diplomatik yollarla nail olan məmləkət kimi xarakterizə etdi, vurğunu Azərbaycanın uzun illər davam edən münaqişə şəraitində belə inkişafını davam etdirməsi və strateji hədəflərindən geri çəkilməməsi üzərinə qoyuldu. Amma məsələ təkcə bu deyil.

Prezident İlham Əlyevin üzərində dayandığı vacib məqamlardan biri də tarixi yaddaş və kollektiv təcrübə kazusuna söykənir. O yaddaş ki, onu əhatə edən hadisə və proseslərin unudulması yolverilməzdir. Çünki həmin hadisə və proseslər özündə keçmişin acı yaşantılarını canlandırır. Nəzərə alaq ki, azərbaycanlıların etnik təmizlənməyə məruz qalmalarının özü ayrıca tarixdir. Deməli, Azərbaycan cəmiyyətinin kollektiv travmasını və məcburi köçkünlük aqibətini xatırlatmaq, bu barədə beynəlxalq auditoriyanı məlumatlandırmaq şərtdir. Ümumən, onu da deyə bilərik ki, tarixi yaddaşın qorunması və bu təcrübənin qlobal auditoriyaya çatdırılması Azərbaycanın siyasi diplomatiyasında mühüm elementlərdən biridir.

Bəli, xarici aləm xalqımızın və dövlətimizin hansı ağır şərtlərdən keçdiyini görməlidir. Ona görə görməlidir ki, gələcəkdə, yumşaq desək, oxşar xoşagəlməz durumlarla üzləşməyək. Həm də o səbəbdən görməlidir ki, dünyadakı heç bir xalq Azərbaycanın və azərbaycanlıların üzləşdikləri məşəqqətləri yaşamasın. Bu mənada, Prezident İlham Əliyevin fikirləri tarixi legitimlik yüklüdür və mənəvi arqument mahiyyəti daşıyır.

* * *

Dövlətimizin başçısının fikirlərinə siyasi iradə və dövlətin mövqeyindəki prinsipiallıq prizmasından da yanaşıla bilər. Prezident vurğunu bu məqamın üzərinə qoymaqla, siyasi diskursa dövlətçilik və milli iradə narrativini gətirir, dövlətin davamlılığı və müqavimət qabiliyyətliliyi faktorunu önə çəkir. Əlbəttə, milli həmrəylik amilini də həmçinin. Axı məhz güclü milli həmrəylik hissi imkan verib ki, Azərbaycanın və azərbaycanlıların uzunmüddətli mübarizəsi yekunda Zəfərlə tamamlansın. Ayrıca onu da vurğulayaq ki, siyasi ritorika baxımından Prezident İlham Əliyevin yanaşması milli həmrəyliyi gücləndirmək, dövlətin dayanıqlılığını nümayiş etdirmək və beynəlxalq auditoriyaya Azərbaycanın güclü siyasi iradəyə malik aktor olduğunu göstərmək əhəmiyyətinə malikdir.

Prezident İlham Əliyev Azərbaycanın uğur formulunu əsaslandırarkən, faktiki olaraq, müharibə və diplomatiyanın vəhdəti məsələsini qabrdır. Müharibə hərbi faktor seqmentini daşıyır və ölkəmizin öz torpaqlarının işğaldan qurtulmasına yönələn əzminin, diplomatik faktor isə müharibədən sonrakı dövrdəki sülh quruculuğuna əsaslanmış iradəsinin diqqətə çatdırılmasıdır. Beləliklə, dövlətimizin başçısı uğur formulu baxımından iki paralel xəttin vacibliyindən söz açır ki, həmin xətlər mahiyyətcə güc və diplomatiyanın balansı məsələsini aktuallaşdırır.

* * *

Dövlətimizin başçısının fikirləri beynəlxalq auditoriyaya ünvanlanmış mesajlardır. Bu mesajlarda Azərbaycanın mövqeyini legitimləşdirmək, regiondakı proseslər barədə ölkəmizin narrativini təqdim etmək, habelə, dövlətimizi sülh təşəbbüslərinə açıq tərəf kimi göstərmək məqsədi var. Hesab edirik ki, hazırkı dövrdə bütün bunlar son dərəcə vacibdir. Çünki bəzi beynəlxalq dairələrin hələ də Azərbaycanın haqq işini kölgələmək, II Qarabağ müharibəsini, az qala, işğalçılıq müharibəsi kimi göstərmək, habelə, mövcud fonda Qarabağda etnik təmizləmə şousu formalaşdıraraq ermənilərin məzlum obrazını yaratmaq cəhdlərini görürük. O cəhdlər ki, siyasi avantüraya xidmətdən başqa bir şey deyil. Deməli, Prezident İlham Əliyev fikirləri ilə həm də belə yarıtmazlıqlara qarşı beynəlxalq müqavimət formalaşdırır.

Prezident İlham Əliyevin şəxsində Azərbaycanın öz mövqeyini izah etməsi, regionda formalaşan yeni reallıqlar barədə baxışını ortaya qoyması və sülh gündəliyini önə çəkməsi ölkəmizin xarici siyasət strategiyasından qaynaqlanır. Mövcud kontekstdə dövlətimizin başçısının çıxışı həm də rəsmi Bakının münaqişə sonrası mərhələdə regional əməkdaşlıq və təhlükəsizlik arxitekturasının formalaşdırılmasında fəal rol oynamaq niyyətinin nümayişidir. Yəni ölkəmizin lideri fikirləri ilə bu niyyətə də legitimlik qazandırır.

* * *

Sonda ümumiləşdirmə apararaq deyək ki, Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılışında səsləndirdiyi fikirlər ölkəmizin münaqişədən sonrakı dövrdə Cənubi Qafqazın gələcək inkişafını sülh, əməkdaşlıq, təhlükəsizlik və iqtisadi inteqrasiya prinsipləri üzərində qurulmuş yeni regional modeldə gördüyünün yüksək səslə bəyan edilməsidir. Milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı, işğal şəraitində yaşamaq təcrübəsinə malik, həmçinin işğalı gücü ilə aradan qaldıran, sülhü diplomatik yollarla əldə edən məmləkət olan Azərbaycan özünün güclü immuniteti ilə bu model üçün ən etibarlı qarantdır. Dövlətimizin başçısının diqqətə çatdırdığı ən mühüm məqam, başlıca mesaj da məhz budur.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Mart 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri