Icma.az
close
up
RU
Serdar Ünsal: Ürəyimiz İrəvanda qalıb AZƏRTAC

Serdar Ünsal: Ürəyimiz İrəvanda qalıb AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ankara, 10 yanvar, AZƏRTAC

Türkiyə sakinləri onilliklər ərzində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələbi ilə etiraz aksiyaları təşkil edirdilər. Nəhayət, həmin gün gəlib çatdı! İndi qarşımızda yeni vəzifə durur - Qərbi Azərbaycanda tarixi ədaləti bərpa etmək. Əminəm ki, biz bu məqsədə də nail olacağıq.

Bu barədə AZƏRTAC-a müsahibəsində İğdırdakı “Azərbaycan Evi”nin rəhbəri, Türkiyə-Azərbaycan Cəmiyyətləri Federasiyasının nümayəndəsi Serdar Ünsal məlumat verib.

Ünsal qeyd edib ki, onun ulu babası və babası İrəvandandır. “Babamın ailəsi İrəvanın yaxınlığındakı Hacı Bayramlı kəndində, nənəm isə şəhərin özündə, Təpə Başı məhəlləsində, Göy məscidin yaxınlığında yaşayırdı. 1920-ci ildə Şərqi Anadoluda, o cümlədən İğdırda törədilən qırğınlardan sonra erməni daşnakları türk ordusundan əvvəl İrəvan bölgəsinə qaçmış, burada yerli türk əhaliyə qarşı repressiyalar həyata keçirmişlər”, - deyə İğdırdakı “Azərbaycan Evi”nin rəhbəri qeyd edib. O, sözlərinə davam edərək faciəvi tarixi xatırıladıb: “Nənəm, əri və kiçik qızı da təqiblərə və zorakılığa dözə bilməyib qaçmağa məcbur olublar. Yolda nənəmin atası və əri ermənilər tərəfindən öldürülüb, qadın özü və qızı isə Araz çayını üzərək İranın kəndlərindən birinə sığınıbub. Erməni zülmündən qaçanların bir hissəsi də Araz çayında boğulub. Bir neçə ildən sonra nənəm Qərbi Azərbaycanda qovulan qohumlarının yaşadığı İğdırda məskunlaşıb”.

Onun sözlərinə görə, Qərbi azərbaycanlılar ömürlərinin qalan hissəsini doğma torpaqlarının həsrəti ilə keçirib, hər gün gözlərində yaşla İrəvan radiosunu dinləyiblər.

Qərbi Azərbaycandan olan qaçqınların ən böyük arzusunun öz ata-baba yurdlarına qayıtmaq olduğunu vurğulayan Ünsal bildirib ki, onun nənəsinin sözləri ilə adlandırdığı “Ürəyim İrəvanda qaldı” kitabında bu torpaq həsrəti çəkən bu insanların yaşadıqlarını təsvir etməyə çalışıb: “Əminəm ki, türklərin öz ata-baba yurdlarına qayıdacaqları gün gələcək. İrəvanın Göy məscidində namaz qılacağım gün nənəmin ruhu şad olacaq”.

Onun sözlərinə görə, bu gün Qərbi Azərbaycandakı öz doğma yurdlarından didərgin salınmış xeyli sayda azərbaycanlı Türkiyənin İğdır və digər bölgələrində yaşayır. “Babalarımız şəxsiyyət vəsiqələrini alanda, onların doğum yeri qrafasına İrəvan yazırdılar. Azərbaycanlıların bir qismi Qars, Amasiya və İstanbula köçdü. 1920-ci ildən sonra yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycan ərazisindən Türkiyəyə qaçıb. Onların nəvə-nəticələrinin sayı bu gün milyonlarladır”.

İğdırdakı “Azərbaycan Evi”nin rəhbəri 1919-1920-ci illərdə İğdır və Anadolunun ətraf bölgələrində ermənilərin törətdikləri qanlı cinayətlərdən bəhs edən “Soyqırımı” adlı digər kitabına diqqət çəkib, ötən əsrdə Qarabağda - Xocalıda, Şuşada və Azərbaycanın digər bölgələrdə baş verən faciələrdən yazıb.

“İğdırda türklərə qarşı ən kütləvi qırğınlar Oba, Hakmehmet, Köçkıran və Gedikli kəndlərində ermənilər tərəfindən törədilib. Müasir İğdır sakinlərinin 80 faizinin əcdadları qanlı erməni terrorunun dəhşətli günlərindən sağ çıxıblar. Hər ailədə ermənilər tərəfindən öldürülən azı iki şəhid olub. Kitabda ermənilərin vəhşilikləri haqqında məlumatları həmin faciəli hadisələrdən sağ çıxan insanların ifadələri əsasında çatdırmağa çalışmışam. Dünya ictimaiyyəti türklərə nifrət edən və qondarma “erməni soyqırımı” ilə bağlı yalanlar yayan ermənilərin iç üzünü görməlidir. Tarixi xatırlamaq və ermənilərin əsl simasını unutmamaq vacibdir”, - deyə o, sözlərinə yekun vurub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri