Icma.az
close
up
RU
Sergey Lavrov OANA Baş Assambleyasının iştirakçılarını salamlayıb və dürüst jurnalistikaya dəstəyini ifadə edib

Sergey Lavrov OANA Baş Assambleyasının iştirakçılarını salamlayıb və dürüst jurnalistikaya dəstəyini ifadə edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sankt-Peterburq, 19 may, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Sankt-Peterburqda keçirilən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XIX Baş Assambleyasının təşkilatçılarına, iştirakçılarına və qonaqlarına videoformatda müraciət edib. Hazırkı Baş Assambleya TASS agentliyi tərəfindən keçirilir.

AZƏRTAC xəbər verir ki, Baş Assambleyada ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC ) Qlobal kommunikasiya və informasiya şöbəsinin müdiri Elşən Şahbalayev təmsil edir.

Rusiyanın xarici işlər naziri qeyd edib ki, informasiya agentliklərinin ən böyük birliyi olan OANA uzun illərdir Avrasiya, Asiya-Sakit okean regionu və Yaxın Şərq ölkələrinin media orqanları arasında təcrübə mübadiləsinə şərait yaradır. Təşkilat beynəlxalq tədbirlərin obyektiv işıqlandırılmasına, dürüst jurnalistika standartlarının təbliğinə və media işçilərinin peşəkar hüquqlarının qorunmasına töhfə verir.

S.Lavrovun sözlərinə görə, Baş Assambleyanın zəngin gündəliyi feyk xəbərlərə və dezinformasiyaya qarşı mübarizə, o cümlədən media sahəsində süni intellekt texnologiyalarından istifadə də daxil olmaqla geniş aktual məsələləri əhatə edir. Plenar iclaslarla yanaşı, iştirakçılar Rusiya siyasətçiləri və ictimai xadimləri ilə görüşəcək, Sankt-Peterburq şəhəri ilə tanış olacaqlar.

Rusiyalı nazir Baş Assambleyanın konstruktiv məcrada keçəcəyinə, onun nəticələrinin isə media orqanları arasında siyasətdən kənar dialoqun inkişafına, beynəlxalq məsələlərdə etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

BMT və UNESCO-nun təşəbbüsü ilə 1961-ci il dekabrın 22-də Banqkokda təsis edilən OANA dünya əhalisinin yarısından çoxunun yaşadığı regionun agentlikləri arasında birbaşa və sərbəst xəbər mübadiləsini təmin etmək məqsədi daşıyan ən böyük regional media qurumudur. AZƏRTAC 2004-cü ildən OANA-nın üzvüdür.

Bu gün OANA 33 ölkədən 41 xəbər agentliyini birləşdirir. Asiya-Sakit okean regionu ölkələrindən başqa, bu siyahıya Yaxın Şərq və MDB dövlətlərinin informasiya agentlikləri də daxildir. Baş Assambleya OANA-nın ali idarəetmə orqanıdır və üç ildə bir dəfə çağırılır. Ənənəvi olaraq, Baş Assambleyanı təşkil edən qurum daha sonra OANA-nın sədri seçilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri