Icma.az
close
up
RU
Sergey Lavrovdan bir köynək üstün təfəkkür...

Sergey Lavrovdan bir köynək üstün təfəkkür...

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna sülh danışıqları üçün Rusiya rəsmiləri Alyaska ştatına gəlib. Xarici mediada yayılan iddialara əsasən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun üzərində “SSRİ” yazılmış köynək geyindiyi görüntülənib. Görüntülər iddialara zəmin yaradıb. Ən azından "CC" hərflərini görmək mümkündür. Geyimin üzərində yazılan ifadənin mütləq "SSRİ" olduğuna əmin olmaq üçün köynəyin tam görüntüsünü görməyə ehtiyac var...

Ümumiyyətlə, Sergey Lavrovun "qanlı" köynəyində nə yazıldığını bilməyə ehtiyac varmı? Təbii ki, siyasi arenada bu cür detallar hər zaman maraq doğurur. Geyinilən köynək, taxılan saat, oğurlanan qələm... Siyasətçilərin və ya siyasi arenada xüsusi ad daşıyan şəxslərin geyimləri də, davranışları da, dedikləri də həmişə diqqət mərkəzində olur.

Sergey Lavrov o köynəyi təsadüfi, yoxsa bilərəkdən geyinib? Bu da ayrı bir sual. Bəs əsas sual budurmu? Cavablanmalı olan sual Lavrovun köynəyindəki yazıdırmı? Alyaskanın "zirvə"sində, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində Lavrovun köynəyi olmalıdırmı? "İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar" deyimi tam da yerinə düşdü. Geyimi gördük. Bəs ağıl? Bu geyimi geyinmək nə dərəcədə "ağıllı" seçimdir? Keçmiş, bitmiş, batmış, dağılmış, yox olmuş imperiyanın "qanlı" köynəyini özü ilə daşımaq... Xatirələri yaşatmaqdır, yoxsa onu yenidən diriltmək arzusu? Və bu arzu nə dərəcədə mümkündür? Bu da ayrı bir sual.

"Bir köynək üstün"... Belə bir deyim var. Lavrovdan "bir köynək üstün" təfəkkür, yanaşmaya ehtiyac duyur Dünya. Ukraynada qətliama, soyqırıma məruz qalan xalq Lavrovun köynəyindəki yazı ilə maraqlanmır. Heç Rusiyanın özündə övladları "könüllü" və ya məcburi cəbhəyə göndərilən valideynlər də Lavrovun köynəyində yazılan 4 hərfli sözlə maraqlanmır. Onlar "Beyrəyin qanlı köynəyi"ni görmək istəmirlər. Övladı ölüb, ya sağdır? Budur onları maraqlandıran. Həm Ukraynada, həm də Rusiyada. Haqsız, ədalətsiz, qanlı, itkili müharibədən əziyyət çəkən hər iki xalq Lavrovun köynəyindəki yazıya əhəmiyyət vermir. Onlar ölkənin və cəbhədəki övladın alnındakı yazıya baxır. Onlar gələcəyə baxır, gələcək isə Lavrovun köynəyi kimi ağ görünmür...

Dünyanın hazırda yaşadığı real vəziyyətə "bir köynək üstün" təfəkkürlə yanaşaq. Sergey Lavrovdan gözlənti geyindiyi köynəyin rəngi və ya onun üzərindəki yazını açıqlaması deyil. Xaricə səfər edən bu nazirin "əliboş" qayıtmamasını gözləyir, insanlar. Əlində "qanlı köynək" əvəzinə atəşkəs sənədi gözləyir, eyni soydan olan xalqların hər bir fərdi.

"Söz vardır, kəsdirər başı,

Söz vardır, kəsər savaşı"...

Sergey Lavrovun köynəyində yazılan sözdən asılı deyil, sülh. Sergey Lavrovun deyəcəyi sözlərdən asılıdır. O da kiminsə sözün deyəcək, ya öz sözün... Nəticədə Federativ Respublikanın rəsmi "sözçü"sünün deyəcəyi bir söz iki qardaş ölkəni ya sülhə aparacaq, ya da müharibənin növbəti mərhələsinə. Addım-addım... Növbəti addım nə olacaqsa, bircə sözdən asılı olacaq. O söz hər nədirsə, köynəkdə deyil, ürəkdədir...

Orxan Musabəyli

Orxan Musa, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Avqust 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri