Icma.az
close
up
RU
Sergey Yesenin: “Əlbəttə, mən dəcəl idim”

Sergey Yesenin: “Əlbəttə, mən dəcəl idim”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

(əvvəli https://xalqqazeti.az/az/sosial-heyat/205012-sergey-yesenin-elbette-men-decel)

Lakin Rusiya onun şıltaqlıqlarını şeirlərindən heç də az sevmirdi!

Oktyabr inqilabı Yeseninin poeziyasına yeni təkan verdi. O, nəinki siyasi hadisələrə tez reaksiya verdi, eləcə də öz poetik leksikonunu yenidən formalaşdırdı – şeirlərində o dönəm üçün aktual olan “yoldaş”, “sadə işçi", “bərabərlik və əmək” ifadələri görünməyə başladı. Monarxiyaya və antiklerikalizmə qarşı üsyanda o, sanki bir ilham dəryası kəşf etdi və inqilabi–kəndli (“İnoniya”), apokaliptik (“Mares gəmiləri”), hətta tarixi mövzularda (“Puqaçev”) şeirlərini yazdı.

Şair futuroloqlarla ehtiraslı debatlar aparırdı. O, “imajistlər”lə (“təxəyyülçülər”lə) əməkdaşlıq edərək vulqar şeirlərdən ibarət toplular və almanaxlar nəşr etdirir, qalmaqallı şeir gecələrinin qonağı olurdu. “İmajistlər” anarxik qaydalara etiqad edir, dövlətin sənətə qarışmamasını tələb edirdilər.

1922-ci ildə balerina Dunkan ilə nişanlanan Yesenin Avropa və ABŞ-yə qastrol səfərinə çıxır. Berlində və Parisdə onu böyük bir rus şairinə yaraşan şəkildə təmtəraqla qarşılayırlar, amma okeanın o tayında o daha çox arvadının ekzotik əlavəsinə çevrilir və bu hal onu məyus edir.

Amerika səfərinin nəticəsi olaraq “Dəmir Mirqorod” essesini yazır. “Kənd şairi” “qüdrətli ölkə”yə səfərindən hədsiz təsirlənmişdi: “Müqəddəs ana! Mayakovskinin Amerika haqqında poemaları nə qədər mənasızdır! Məgər bu dəmir-qranit nəhəngliyi sözlə ifadə etmək olarmı?! Bu, sözsüz bir poemadır. Bunu söyləmək mənasızdır”.

1923-cü ilin fevralında Yesenin Amerikadan bədbin əhval-ruhiyyədə vətənə qayıdır. O, xəyalpərəst dostu Aleksandr Kusikova yazdığı məktubda özünü “qərib və lazımsız hiss etdiyi”ni etiraf edir, Amerikanı isə “dəhşətli xarabalıq” adlandırır. Yeri gəlmişkən, siyasi dəyişikliklərə həssaslıqla yanaşan şairi Rusiyaya qayıtması qane etməmişdi: “Orada məni nələr gözlədiyini düşünəndə, geri qayıtmaq istəmirəm”.

1920-ci illərin ortalarına doğru ziyalıların inqilabi şövqü söndü. Bəlli oldu ki, proletariatın dünya inqilabı baş verməyəcək, Oktyabr inqilabı isə vəd etdiyi utopik hədəflərə yetişə bilməmişdi. Yeni İqtisadi Siyasətin (NEP) başlaması ilə ölkənin iqtisadiyyatında dirçəliş başlandı, lakin poetik sənətdə durğunluq və məyusluq dövrü hökm sürürdü. Mayakovski sosial sifarişlər və marketinqlə məşğul idi, rəssam Aleksandr Rodçenko ilə birlikdə reklam afişaları hazırlayırdı. Yesenin isə tamamilə içkiyə qurşanırdı.

Dillən, qarmon!
Darıxıram...
Darıxıram...
Axır dalğa kimi
qarmonçunun barmaqları.
İç mənimlə, ey pozğun murdar.
İç, iç mənimlə.

Tədqiqatçılar həmin günləri şairin həyatının ən sərxoş dövrü adlandırırlar. Bu dönəmdə onun “Qalmaqalçının şeirləri” toplusu, ardınca “Moskva meyxanası” kitabı nəşr olundu. Onun şeirlərində məntiq tez-tez axsamağa başlayırdı – güclü və parlaq cizgilər tamamilə gülünc, ritmdən ayrılan sətirlərlə yanaşı olurdu. Qəzetlərdə şairin qalmaqalları haqqında yazılar getdikcə daha çox yer alırdı. Moskvadakı restoranlarda onun əlbəyaxa davaları, polislə öcəşmələri, antisemit ifadələri və sərxoş halüsinasiyaları haqqında bitib-tükənməyən söz-söhbətlər dolaşırdı.

Bir dəfə həddən ziyadə sərxoş olan Yesenin, “Malıy teatr”da premyera zamanı səhnə arxasına keçib icazəsiz gənc aktrisanın soyunub-geyinmə otağına girir. Onu qovmaq cəhdləri uğursuz olur, şair teatrın dəhlizləri ilə qaçır, lakin sonda tutulur.

O, dəfələrlə böyük şəhərin ictimai asayiş bölmələrinə aparılır, amma məsələ heç vaxt məhkəməyə gedib çıxmır – tanışları və “vəhşi” populyarlığı hər dəfə köməyinə çatır. Yeseninin hakimiyyətdəki himayədarları və qohumları onu fəlakətli vəziyyətdən çıxarmağa çalışırdılar: şairə qarşı qaldırılan cinayət işləri ləğv edilir, təcrübəli həkimlərin nəzarəti altında müalicəyə göndərilirdi. Amma o, hər dəfə qaçıb yenidən əyyaşlığına davam edirdi.

Qəribədir, Amerikadan gələndən sonra Yesenin özü üçün yeni ictimai imic seçdi – dahi şair Aleksandr Puşkinə bənzəmək qərarına gəldi. Palto və şlyapa geyinib, əl ağaçı götürərək, yaradıcılığında açıq şəkildə Puşkinin lirikasını özünə hədəf götürdü. Beləliklə, onun ən məşhur şeirlərindən biri olan “Qara adam” işıq üzü gördü.

Dostum, dostum,
Mən çox, çox xəstəyəm.
Ağrının hardan gəldiyini bilmirəm.
Ya külək fit çalır
Boş və kimsəsiz zəmidə,
Ya da sentyabrdakı bağ kimi,
Alkoqol beynə yağır.

1925-ci il idi. Yesenin 10 il əvvəl yalnız xəyal edə biləcəyi uğura nail olmuşdu. Bütün ölkə onun şeirlərini əzbər bilirdi. Amma şairin içki hesabına doldurduğu özəl həyatında dərin bir sıxıntı, hüzn vardı. Onun ağır depressiv yaşantıları, “Qara adam”da kəskin və səmimi şəkildə öz əksini tapmışdı.

Yazıçı Yuri Oleşa “Sətirsiz bir gün olmasın” kitabında yaratdığı Yeseninin portreti şairin ömrünün son illərini çox parlaq xarakterizə edir. Oleşa yazır ki, İlya İlf ilə bir mənzildə yaşadığı günlərin birində sərxoş Yesenin nimdaş, cırıq smokinqdə və açıq-aydın kiminləsə davadan sonra üzündə peyda olan göyərmələrlə onlara gəlmişdi. Sergey “Qara adam”ı oxumağa başladı və yıxılmasın deyə kitab şkafından tutdu, amma o yox, şkaf yerə yıxıldı.

Yeseninin ölümü həyatı kimi, çox sayda miflərlə dolu olsa da, təbii ki, bu miflərdə şairin özünün iştirakı yoxdur. 1925-ci ilin dekabrında Yeseninin Leninqrada gəldiyi məlumdur. Səfərin motivləri ya Moskva milisindən gizlənmək, ya da sadəcə, yaradıcılıq dalanından çıxmaq üçün 10 il əvvəl keçdiyi yolu təkrarlamaq idı. O, səfərini heç vaxt reklam etmirdi. Mənzil kirayələmək istəyirdi, amma mənzil tapa bilmədi, ona görə də “Anqleter” otelində qalmalı oldu.

Yeseninin yaxın dostu Volf Erlix iddia edirdi ki, Leninqradda görüşəndə şair ona sonuncu şeiri olan bir vərəq verib ki, bu da intihar yazısından başqa heç cür şərh oluna bilməz: “Əlvida, dostum, əlvida...”

Səhər şairi otel otağında boynu ilgəkdə ölü tapırlar. Bu, 1925-ci il dekabrın 28-i baş verir. O zaman Yeseninin cəmi 30 yaşı vardı.

Sonradan Yeseninin öldürülməsi versiyası populyarlaşdı. Şairin tərcümeyi-halında sui-qəsd ehtimalları da yer alır. Amma bu və ya digər şəkildə, o, şübhəsiz ki, özünün həyatdan qaçılmaz gedişini hiss etmişdi və bu da onun ölümqabağı poeziyasında əks olunurdu. Yesenin getdiyi yolun mənasızlığını, ömrü boyu sınadığı saysız-hesabsız “maskalar”da çaşqınlığını, bu axını istiqamətləndirə bilmədiyini hiss etdiyini etiraf edirdi.

...Yeseninin həyat yolu qısa oldu, lakin Ryazan quberniyasındakı ucqar bir kənddən çıxan bu gənc inanılmaz dərəcədə böyük iş gördü. O, ən şirin arzusunu həyata keçirdi – ölkənin ən parlaq şairlərindən birinə çevrildi. Yesenin sənət dünyasındakı bir çox müasirlərindən fərqli olaraq, tarixin çox təlatümlü və qaranlıq dövrlərində belə, həqiqətən, xoşbəxt ola bildi. İnqilab onun yaradıcılığını dəyişdirdi, ona öz səsini tapmağa kömək etdi, sınaqlardan keçməyin, yeniliklər axtarmağın səmtini göstərdi.

Yeseninin yaradıcılığı bu günə qədər də çox populyar olaraq qalır və bu, təkcə məktəblilərə deyil, şanson həvəskarlarına da yaxşı məlumdur.

Bu gün ədəbiyyat dərslərində lövhədə onun “Get, sən get, rus” əsəri əzbərdən söylənilir və bu misralara bəstələnən mahnı oxunur.

P.S. Deyirlər, əgər şairin yaradıcılığı xatırlanırsa, ona ölü demək olmaz. Müasir rus mədəniyyətində Sergey Yeseninin poeziyası özünü bütün canlılardan daha canlı hiss edir.

Çevirəni:
İlqar RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri