Icma.az
close
up
RU
Şərhçilərimiz futboldan kənar danışır SORĞU

Şərhçilərimiz futboldan kənar danışır SORĞU

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İdman kanallarımızı izləyərkən, şərhçi-icmalçının parazit sözlərindən, vulqar ifadələrindən bezən tamaşaçı oyun başlayan kimi “nə deyir, ə, o!?” deyinərək, qaş-qabağını turşudur, mısmırığını sallayır və tezcə kanalı dəyişir. Şərhçilərimiz bu cür şit və çiy ifadələrdən geninə-boluna istifadə edərək, izləyiciləri əməlli-başlı bezdirir, olan-qalan azartı, bütün oyun marağını yerli-dibli məhv edirlər. Bu mövzu ilə bağlı SİA şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Eldar Həsənov: “Hansı sahə olursa-olsun, istər musiqi, istər idman sahəsi olsun və ya digər sahələrdə aparıcının özünün səriştəsi olmalıdır. Bu sənəti oxuyub, bitirən adam olmalıdır. Yəni bir sözlə bu işə bələd olan, işinin peşəkarı olan adam olmalıdır. Məsələn, Sovetin vaxtında bizim gözəl idman və futbol şərhçilərimiz olub. Bunlara misal olaraq Kote Maxaradze, Nikolay Ozerov, bizim şərhçilərimizdən Çingiz İsmayılov maraqlı verilişlər və futbol oyunları aparıb. Bu sadaladıqlarım hamısı öz dövrünün möhtəşəm idman aparıcıları olub. Onlar futbolu da yaxşı bilirdilər, oyunçuları da yaxşı tanıyırdılar. Onlar həm də futbolun taktikasını və strategiyasını çox yaxşı bilirdilər. Düzdü indiki şərhçilərimizdə yaxşıdı və çox narazılıq etmirəm. Amma bəzən oyunun gedişatını necə deyərlər insanlara çatdıra bilmirlər. Amma keçmiş aparıcılar elə idi ki, oyunun başlamağı ilə oyunun sonunu sanki bilirdilər. Çünki onlar oyunu hiss edirdilər və bilirdilər. Lakin açıb ağartmırdılar. İndiki şərhçilərimizdən xaiş edirəm ki, oyunu daha səriştəli aparsınlar, daha təcrübəli olsunlar”.

Şəhər sakini Mirzəcan Salmanov: “Şərhçilərimizin əlbəttə ki, danışıqlarındakı norma pozuntuları sözsüz ki, yolverilməzdir. Həmin futbol insanlara televiziya vasitəsilə böyük kütləyə çatdırılır. Fikrimcə, daha yaxşı onların hansısa təlim və ya tədris prosesindən keçərək oralara gəlirlər. Onların oyunları düzgün şərh etmələri və daha düzgün nitqinin inkişaf etdirilməsi onlara öyrədilə bilər. Amma bununla belə artıq biz görürük ki, əvvəllər şərhçilərimizdə heç ümumiyyətlə həvəs belə yox idi. Amma son dövrlərdə bir həvəs artıb. Sanki daha maraqla oyunları şərh edirlər. Düzdür danışıqlarında müəyyən problemlər ola bilər, lakin insanların oyunlara olan marağı onların sayəsində artıb. Əvvəllər xarici kanallardan oyunu izləyirdiksə indi isə öz idman telekanallarımızdan biz oyunları həvəslə izləyirik. Bu isə həqiqətəndə bizim idman telekanllarının inkişafını olduğunu göstərir. Özümdə bir gənc olaraq futbolu sevirəm və bütün azərbaycan gəncləridə fikrimcə, futbolu sevirlər”.

Şəhər sakini Yaşar Mehdizadə: “Fikrimcə, bizim şərhçilərimiz biraz daha təcrübəli olmalıdırlar. Xarici telekanalların şərhçilərinin şərhlərini izləməlidirlər. Amma onu da qeyd edim ki, bizim oyunları şərh edən şərhçilərin şərhlərini bəyənirəm. Lakin biraz daha öz üzərlərində işləsələr daha yaxşı olar. Birdə onlardan xaiş edirəm ki, oyunçuların adını düzgün desinlər. Məsələn, Hari Keynin adını mən bir dəfə eşitmişdim Hərii Keyn deyə səsləndirmişdi. Fikrimcə, bu düzgün deyil”.

Şəhər sakini Soltan Həsənli: “Xaricilərdə bəzən çox danışıqlar qəribə olur. Amma öz şərhçilərimizi daha çox bəyənirəm. Bizim idman şərhçiləri mən bir futbol azərkeşi olaraq deyə bilərəm ki, bizim şərhçilər digər xarici şərhçilərdən heç də geri qalmır”.

Şəhər sakini İsmət İsrafilzadə: “Mən onu deyə bilərəm ki, bu cür səsləndirmələr çox yersizdir. Hansısa bir oyunçunun adını başqa cür demək mənim fikrimcə düzgün deyil. Amma bəzi səsləndirmələr var ki, onlara mən normal baxıram. Əsas odur ki, hansısa bir futbolçu haqqında şərhçi neqativ bir şey deməməlidir. Amma tam olaraq şərhçilərin oyunu şərh etməsi fikrimcə, çox yaxşıdır”.

Şəhər sakini Elgun Novruzov: “Bizim oyunçular daha yaxşı oynadıqda bizim spikerlərdə bu hala istər-istəməz sevinir. Bununda nəticəsi olaraq onlarda istər-istəməz biraz bu sevinc dozasını qaldıra bilir. Amma belə ümumilikdə götürsək bizim şərhçilərimiz oyunları çox gözəl şərh edirlər. Hətta xatırlayıram ki, keçən il "Qarabağ" klubu avro liqada "Braqa" ilə oyunda bizim idman şərhçimiz Ramiz Mirzəzadənin bir sözü sosial şəbəkələrdə günlərcə danışılmışdı. Səhv etmirəmsə o belə demişdi. “Bitdi bitməyən bu 90 dəqiqə” və bu çox maraqlı bir şərh idi”.

Şəhər sakini Cəlil Həmidov: “Ərəb şərhçilər oyunları daha maraqlı şərh edirlər. Amma bizim şərhçilərində yaxşıları var. Düzdür adlarını bilməsəmdə amma səsləri və oyunu şərh etmələri çox gözəldir. Həmçinin keçən il Türkiyənin oyununda Mert Günokun qurtarışını edən bir şərhçimiz var idi. Mən şəxsən onu çox bəyəndim. Amma bəzən olur ki, şərhçilərimiz futboldan kənar danışır və oyun zamanı bayağı şərh edirlər. Fikrimcə, bu olmamalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 May 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri