Icma.az
close
up
RU
Sərhəd açılmasa, qış turizmini dirçəltmək çətin olacaq

Sərhəd açılmasa, qış turizmini dirçəltmək çətin olacaq

Icma.az, News24 saytına istinadən bildirir.

Prezident İlham Əliyev həftəsonu Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı qəbul edib. Dövlət başçısı Azərbaycanda qış idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün müasir qış-xizək mərkəzlərinin yaradıldığını bildirərək, bu cür yarışların təşkil olunmasının ölkəmizin qış turizm potensialı ilə yanaşı, ümumilikdə turizm imkanlarının təbliğində rolunu vurğulayıb.

Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman yarışlarına uğurla ev sahibliyi etdiyini xatırladan Prezident İlham Əliyev ölkəmizin bu sahədə müasir infrastruktur baxımından geniş imkanlarının, eləcə də böyük təcrübəsinin olduğunu deyib.

Yoxan Eliaş rəhbərlik etdiyi federasiyanın ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Qonaq Azərbaycanda beynəlxalq xizək yarışlarının keçirilməsi perspektivlərindən danışıb.

Görüşdə gələcək əməkdaşlıq, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın qış turizm imkanlarının və “Şahdağ” Turizm Mərkəzinin dünya səviyyəsində daha da tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, snoubord qışa xas olan bir idman növüdür. Surfbord və skeytbordinqdən fərqi bu oyunun qar üstündə oynanmasıdır. Snoubordçuların orta yaş həddi 18-24 arasındadır. Zərif cinsin nümayəndələri arasında bu idman növü ilə məşğul olanların sayı daha çoxdur. Ekstremal idman növlərinə daxil olan snoubordinq qış Olimpiya oyunlarının proqramında 1998-ci ildən nümayiş etdirilir.

Azərbaycan indiyədək Avropa və İslam Oyunlarına ev sahibliyi edib, bu işdə təcrübəsi var. Qış oyunlarını keçirmək üçün infrastruktur da formalaşdırıla bilər. Həm də təkcə Şahdağda deyil, işğaldan azad olunmuş dağ rayonlarında bu mümkündür.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. İqtisadçı turizm sektorunun Azərbaycanın qeyri-neft sektoru üzrə prioritet istiqamətlərdən biri olduğunu xatırladıb: “Bugünkü mövcud şəraitə əsaslansaq, turizm sektoru digər prioritetlər arasında potensialı və reallaşdırılması birinci olan sektordur. Çünki qeyri-neft sektoru üzrə olan prioritetlər arasında hər birinin inkişaf etdirilməsi üçün müəyyən problemlər mövcuddur. Məsələn, kənd təsərrüfatı qeyri-neft sektoru üzrə prioritet olsa da, bu gün Azərbaycanın su ehtiyatı, torpaq ehtiyatı, torpağın keyfiyyəti və məhsuldarlıq məsələləri kənd təsərrüfatının neft sektoruna alternativ bir sahə olaraq inkişaf etdirilməsi və gəlir əldə olunmasına imkan vermir. Lakin Azərbaycanın turizm sektoru kifayət qədər potensiala malikdir. 2011-ci ildə dövlət tərəfindən həmin ilin "Turizm İli" elan edilməsindən sonra ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, eyni zamanda ölkənin qlobal turizm bazarında daha yaxşı tanıdılması üçün müxtəlif idman yarışları təşkil edildi. 2015-ci ildə Avropa Oyunları, sonrakı dövrlərdə “Avroviziya” müsabiqəsi, “Formula 1" yarışları keçirildi. Bütün bunların mərkəzində dayanan əsas məqsəd ölkənin qlobal turizm bazarında tanıdılması idi.

Bu tədbirlər müəyyən müddət ərzində öz təsirini göstərdi. 2019-cu ildə Azərbaycana 3,2 milyon turist gəldi və bu, ölkəmizin tarixində rekord göstərici oldu. Lakin 2020-ci ildə bu rəqəm 4 dəfə azalaraq, 792 min nəfərə düşdü. 2022-2023-cü illərdə isə turizmlə bağlı bizim rəqib ölkələrimiz - Türkiyə və Gürcüstan 2019-cu ilin rekord göstəricilərini təzələdilər. Lakin Azərbaycanda bu, mümkün olmadı.

Hesab edirəm ki, bunun iki əsas səbəbi var. Birincisi, ölkə sərhədlərinin qapalı saxlanılmasıdır. İkincisi isə turizm sektorunda hələ də dövlətin rolunun yüksək səviyyədə qalmasıdır. Turizm sektoru ölkə üçün strateji əhəmiyyət daşımadığından və ciddi risklər yaratmadığından, bu sahənin özəl sektora ötürülməsi məqsədəuyğundur. Dövlət isə tənzimləyici funksiyasını həyata keçirməli və bu rolda qalmalıdır. 2009-cu ildə Şahdağda qış turizm kompleksinin inşasına başlanıldı, 2015-ci ildə isə qapalı səhmdar cəmiyyəti yaradıldı. Lakin turizm mərkəzinin qapalı səhmdar cəmiyyəti kimi fəaliyyət göstərməsi turizmin inkişafına mənfi təsir edir. Çünki bu, özəl sektor olmalıdır. Azərbaycanın yeraltı sərvətləri və strateji müəssisələri - məsələn, “AzerGold”, metro, “Azəriqaz” və s. qapalı səhmdar cəmiyyəti formasında fəaliyyət göstərə bilər. Ancaq Azərbaycanın - bir nömrəli turizm mərkəzi ola biləcək bir məkanın bu formada idarə edilməsi başadüşülən deyil. 2016-cı ildən 2023-cü ilin sonuna qədər Şahdağ Turizm Mərkəzinin zərəri 103 milyon manatı keçib. Əgər biz turizm sektorundan gəlir əldə etmək istəyiriksə və ölkənin əsas turizm mərkəzi zərərlə işləyirsə, qeyri-neft sektoru kimi turizmin inkişafı sual altına düşür. Deməli, burada dəyişikliklər edilməlidir. Düşünürəm ki, bu sektorun özəl sektora ötürülməsi vəziyyəti yaxşılaşdıracaq".

İqtisadçı onu da dedi ki, dövlətin kifayət qədər yükü var: “Dünya təcrübəsi isə  göstərir ki, özəl fəaliyyətin mümkün olduğu sahələri dövlət nəzarətdə saxladıqda, bu, büdcəyə yük olmaqla yanaşı, inkişafı ləngidir. Gürcüstan və Türkiyədə turizm sektorunu dövlət əlində saxlasa idi, eyni zərərlərlə üzləşərdilər. Çünki bu sahənin özünəməxsus xüsusiyyətləri var. 2021-ci ildə dövlət tərəfindən bu sahəyə 14 milyon manat, 2022-ci ildə isə 12 milyon manat vəsait ayrılıb. Bu vəsaitlərə baxmayaraq, turizm xidmətləri kifayət qədər bahadır. Bütün bunları vurğulamaqda məqsədim odur ki, cənab Prezidentin Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı ilə görüş və bu görüşdəki müzakirələrindən sonra turizmin özəl sektora ötürülməsi və bu istiqamətdə rəqabət mühitinin formalaşması vacibdir. Çünki rəqabət mühiti turizmin inkişafında əsas faktorlardan biridir.

Ötən il ölkəmizdə COP29 tədbiri keçirildi. Bu tədbirin ekologiya üçün faydası ilə yanaşı, Azərbaycanın turizm sektoruna da müsbət təsiri oldu. Ölkənin beynəlxalq arenada tanıdılması və yüz minə yaxın insanın ölkəmizə gəlməsi 2025-ci ildə 2019-cu ildəki 3,2 milyonluq rekord göstəricini yeniləmək üçün ciddi bir fürsət yaradır. Bir daha vurğulayım ki, quru sərhədlərin açılması, xüsusən də dəmir yolu nəqliyyatı ilə Gürcüstan və Azərbaycan arasında marşrutun bərpası, eləcə də turizm sektorunda dövlətin yükünü azaltmağa yönəlmiş strategiyanın icrası ölkənin turizm sektoruna töhfə verə bilər".

İşğaldan azad edilmiş ərazilərə gəldikdə isə iqtisadçı qeyd edir ki, bu bölgələrin turizm potensialı ölkənin digər əraziləri ilə müqayisədə daha yüksəkdir: “Quba, Qəbələ və Şəki istiqamətləri ilə bərabər səviyyədə olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin üstünlüyü uzun müddət əlçatan olmaması ilə bağlıdır. Bu da turistlər üçün əlavə maraq yaradır. Sadəcə olaraq, burada da müasir turizm mərkəzlərinin yaradılması və yaradıldıqdan sonra qapalı səhmdar cəmiyyət kimi dövlətin nəzarətində olması baş verəcəksə, bu zaman buranın da ölkə iqtisadiyyatı üçün fayda gətirməsində müəyyən risklər qaçılmaz olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Fevral 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see287

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see230

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see227

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see189

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see187

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see184

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see181

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see181

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see177

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see172

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see169

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see168

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see161

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see160

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see160

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see157

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see157

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see157

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see156

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri