Icma.az
close
up
RU
Sərhəd tanımayan təhlükə

Sərhəd tanımayan təhlükə

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edildiyini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, agentlik rəhbəri bildirib ki, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.

Bundan bir neçə saat sonra isə İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının təcili iclasında Natanzdakı nüvə obyektinə zərbələri dəyərləndirib.

O, nəticələri İrandan çox uzaqlara gedə biləcək potensial radioloji fəlakət barədə xəbərdarlıq edib.

İran-İsrail gərginliyi fonunda Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə məlumat yayaraq, İranla sərhəddə yerləşən bölgələrimizdə xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparıldığını açıqlayıb.

Bildirilib ki, müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi olaraq davam etdirilir:

“Həmçinin, ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatik stansiyaları fəaliyyət göstərir və bu stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır.

Hazırda havada hər hansı bir çirklənmə müşahidə edilməyib”.

Əlavə edək ki, nüvə və radiasiya qəzası Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən “insanlar, ətraf mühit üçün əhəmiyyətli nəticələrə səbəb olan hadisə” kimi müəyyən edilir.

Nümunələrə fərdlərə ölümcül təsirlər, ətraf mühitə böyük radioaktivliyin yayılması daxildir.

1986-cı il aprelin 26-da Ukrayna SSR-də paytaxt Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də paş verən partlayış tarixin ən böyük radioloji fəlakəti kimi tanınır.

Radioaktiv şüalanma partlayış baş verən anda minlərlə kilometr məsafəyə yayılıb. Qəza zonasına yaxın ərazilərdə yaşayan insanlar şüalanmaya məruz qalan ərazidən uzaqlaşdırılıb və stansiya ətrafında Pripyat və Çernobıl şəhərlərinin də daxil olduğu 30 kilometrlik radiusda “təcrid zonası” yaradılıb. 

Qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatlarına ümumilikdə 650 min insan cəlb edilib. Rəsmi məlumatlara görə, onların 15 mindən artığı bir neçə ildən sonra şüalanma nəticəsində dünyasını dəyişib. 

Partlayışdan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət edib və bu ərazilərin ekoloji vəziyyətinə ciddi təsir göstərib. AES-in partlamış bloklarının təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatlarda 15 mindən çox azərbaycanlı da iştirak edib ki, onların da böyük əksəriyyəti 1-ci qrup əlildir.

Həmin bölgədə və qonşu ərazilərdə yaşayan təxminən 6-8 milyon insan da müxtəlif dərəcədə şüalanmaya məruz qalıb.

Çernobıl faciəsi nəticəsində birbaşa və dolayı yolla təxminən 7000-ə yaxın insan həlak olub. 25000-ə yaxın insan radiasiya səbəbindən əlil qalıb, onminlərlə insan isə mutasiya və digər xəstəliklərə tutulub. 

2014-cü ilə qədər nüvə enerjisindən istifadə nəticəsində 100-dən çox ciddi nüvə qəzası və insidentləri baş verib.

Nüvə qəzaları kütləvi tələfatla nəticələnir. Və bərpa prosesi böyük miqdarda maddi vəsait tələb edir. Radiasiya təsirləri təkcə insanlar deyil, ümumilikdə ətraf-mühit üçün ciddi təhlükə mənbəyidir.

2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dərc edilən hesabata görə, əhəmiyyətli dərəcədə radiasiyaya məruz qalanların sonralar xərçəngə yoluxma riski çoxluq təşkil edir.

Telli Minbir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 İyun 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see399

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see286

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see286

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see280

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see253

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see211

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see210

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see197

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see197

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see196

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see162

Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yol Vüqar Rəhimzadə

04 Oktyabr 2026 10:30see158

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri