Icma.az
close
up
RU
Sərhəddəki mülki ...silahlılar

Sərhəddəki mülki ...silahlılar

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Aİ missiyası” Ermənistanda Qərbin informasiya forpostuna çevrilib

2025-ci ilin əvvəlində Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki müşahidə missiyasının mandatı daha iki il müddətinə uzadıldı. Bu qərar Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşmanın əldə olunmasından bir qədər əvvəl qəbul edildi. Diqqəti cəlb edən məqam odur ki, sazişin bəndlərindən birində açıq şəkildə qeyd olunur ki, üçüncü ölkələrin qüvvələri iki dövlətin sərhədində yerləşməyəcək. Ermənistan tərəfi bu hüquqi “nonsens”ə özünəməxsus şəkildə verdiyi şərhində bildirib ki, sülh sazişi imzalandıqdan sonra Aİ misiyasının fəaliyyəti ilə bağlı “qarşılıqlı qəbul edilən həll yolları” tapılacaq.

Rəsmi Bakı dəfələrlə Aİ müşahidə missiyasının fəaliyyəti ilə bağlı bir sıra ciddi iradlarını səsləndirib. Bakı haqlı olaraq bildirir ki, missiyanın Ermənistan ərazisində yerləşdirilməsi zamanı Azərbaycanın razılığı alınmayıb. Halbuki regionda fəaliyyət göstərən hər hansı beynəlxalq strukturun legitimliyi üçün tərəflərin razılığı mühüm şərt sayılır. Azərbaycanın diplomatik bəyanatlarında Aİ-nin fəaliyyətinin müşahidəçilik missiyasından kənara çıxaraq kəşfiyyat və geosiyasi təsir alətinə çevrilməsi ehtimallarına diqqət yetirilir.

Yeri gəlmişkən, Azərbaycan məlum missiya ilə bağlı mövqeyində heç də tək deyil. Rəsmi Moskva da analoji yanaşmanı bölüşür. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dəfələrlə bəyan edib ki, Aİ yalnız Ermənistanın deyil, bütövlükdə regionun, o cümlədən Rusiyanın, İranın və Azərbaycanın maraqlarına zidd kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Xüsusilə 2024-cü ilin noyabrından 2025-ci ilin fevralınadək Rusiya və Azərbaycanın həm hökumətyönlü, həm də müstəqil mediada Aİ ilə bağlı oxşar yanaşmaların müşahidə edilməsi bir daha təsdiq edir ki, bu məsələ informasiya savaşında yeni koordinasiyalı cəbhəyə çevrilib. Azərbaycanın elektron mediasında yayılan bəzi görüntülü materiallarda müşahidəçilərin fəaliyyətinə dair vizual kadrlar özlüyündə “kəşfiyyatçılarla” bağlı bütün şübhələri tam təsdiqləməsə də, cəmiyyətdə müəyyən rəyin formalaşmasına zəmin yaratdı. İntəhası, burada əsas narahatlıq fransız-alman jandarm-hərbçilərinin fəaliyyət sferasının qeyri-şəffaflığı, məlumat-hesabatların Aİ-nin “beyin mərkəzləri”nə ötürülməsi ehtimalıdır.

***

Yerli ekspertlərdən bəziləri bu qənaəti bölüşürlər ki, Aİ-nin adı mülki missiyası artıq “silahlı qruplaşmaya” çevrilməkdədir. Missiyanın mandatının uzadılması zamanı hərbi texnikadan, xüsusi cihazlardan istifadə, müşahidəçilərin silahlanması və s. kimi məsələlər gündəmə gətirilib. Bütün bunlara baxmayaraq, Aİ israrla bildirir ki, missiya tamamilə mülki xarakter daşıyır və yalnız Ermənistan ərazisində fəaliyyət göstərir...

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov mövzu ilə bağlı XQ-yə açıqlamasında maraqlı bir məqama diqqət çəkdi: “Missiya şərti sərhəddə, Ermənistanın şərqində və cənub-qərbində 1000 kilometrdən çox ərazidə fəaliyyət göstərir. Bir neçə ay bundan əvvəl hay mediası avtomobil qəzasına düşmüş Ermənistan vətəndaşlarının həyatını xilas edən Aİ missiyasının üzvləri haqqında məlumat vermişdi. Yəni, Aİ müşahidəçiləri İrəvan–Gümrü yolunda baş vermiş qəzada yaralanan insanları xilas ediblər. Axı, bura Ermənistanın Qərb ərazisi, Türkiyə ilə sərhəd zonasıdır. Avropalı missionerlərin bu yolda, Türkiyə ilə sərhəddə nə işləri var?! Amma onlar gileylənirlər ki, min kilometrlik sərhəddə patrul həyata keçirməyə adamları çatmır. Gümrüdə Rusiyanın hərbi bazası yerləşir. Bəlkə onlar Ermənistan–Türkiyə sərhədinə göz dikiblər?!

Bakının təklifi ilə sülh sazişinə Azərbaycanla Ermənistan sərhədində üçüncü qüvvələrin yerləşməsinin yolverilməzliyinə dair bənd daxil edilib. Halbuki Ermənistan Aİ missiyasının timsalında üçüncü tərəfin sərhəddə şübhəli xidmətinə icazə verib. Bu missiya, guya, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə yardım edəcəkmiş. Həm də onun vasitəsilə Aİ bu prosesə texniki dəstək vermək, tərəflər arasında sülh və etimad mühiti yaratmaq niyyətində imiş. Bu gün sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ikitərəfli formatda gedir. Yəni, Aİ heç bir halda orada iştirak etmir. Və bu iki element Azərbaycan tərəfinin narazılığının tam haqlı olduğunu ortaya qoyur”.

F.Məmmədov hesab edir ki, Aİ missiyasının mandatının uzadılması sülh müqaviləsinin imzalanmasına maneələr yaradır: “Ola bilsin ki, bu missiyanın Ermənistanda mövcudluğu onun təhlükəsizlik sisteminin tərkib hissəsi kimi qəbul edilir. Əgər Paşinyan Aİ missiyasını sərhədin delimitasiya və demarkasiya olunmuş hissələrindən çıxarmağı təklif edirsə, deməli, Ermənistanın özünün belə imkanı var. Bu, danışıqlar prosesinin tərkib hissəsi ola bilər. Ermənistanın öz ərazisində hansı qüvvələrin olacağına özü qərar verə bilər. Amma bu qüvvələr şərti sərhəddə cəmləşib, anti-Azərbaycan məzmunlu feyk-informasiya yayırsa, Bakının təxribat xarakterli belə hərəkətlərə uyğun reaksiya vermək hüququ var. Odur ki, mandatı daha iki il uzadılmış missiyanın funksionallığını dəyişdirmək barədə danışıqlar aparmaq zərurəti yaranıb”.

***

Bəli, funksionallıq ciddi əhəmiyyət kəsb edən məsələdir. Burada əsas problem ondan ibarətdir ki, Qərb Aİ missiyası vasitəsilə Ermənistanı təkcə özünün müşahidə obyektinə deyil, həm də geosiyasi dayağına çevirir. Azərbaycan üçün bu, regiondaxili güc balansının pozulması təhlükəsini yaradır. Eyni zamanda, bu xarakterli missiyalar Ermənistan cəmiyyətində yanlış təhlükəsizlik illüziyası formalaşdırmağa xidmət edir. Guya, Qərb Aİ mülki missiyasının əlindəki hərbi-siyasi resurslarla Ermənistanı Azərbaycan tərəfindən gözlənilən “təcavüzdən və işğaldan” qoruyacaq. Əlbəttə, burada beynəlxalq ictimai rəylə manipulyasiya cəhdləri göz qabağındadır.

Azərbaycan hələ iki il bundan əvvəl bəyan etmişdi ki, sərhədlərin demilitarizasiyası yalnız Bakı və İrəvan arasında birbaşa qarşılıqlı razılaşma əsasında baş verə bilər. Bu prosesdə kənar qüvvələrin, üçüncü tərəfin iştirakı regionda sabitlik deyil, əksinə, yeni risklər yaradacaq. Rəsmi Bakının irəli sürdüyü bu format öz bəhrəsini verdi və sərhədin müəyyən hissəsində reallaşdırılan demarkasiya işlərindən İrəvanın özü də məmnun qaldığını bildirdi və proses hökumətlərarası işçi qruplarının planlı fəaliyyəti ilə davam etdirilir.

Azərbaycanın diplomatik mövqeyi həm də beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. Bu prinsiplər dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və daxili işlərinə müdaxilənin yolverilməzliyidir. Azərbaycan, eyni zamanda, onu da qeyd edir ki, əgər sülh sazişinin mətni üzrə tərəflər razılığa gəliblərsə, üçüncü tərəfin iştirakı danışıqlar prosesini ləngidən və qarşılıqlı etimadı zədələyən amilə çevriləcək.

Sonda onu da qeyd edək ki, Aİ-nin şərti sərhəddəki müşahidə missiyası yalnız balanslaşdırılmış, bölgə ölkələrinin hamısının maraqlarını nəzərə alan yanaşma sərgilədiyi təqdirdə sülhə töhfə verə bilər. Əks halda, bu missiya Cənubi Qafqazda hələ də kövrək sülhə söykənən mürəkkəb geosiyasi qütbləşməni daha da dərinləşdirə bilər. Bundan zərər çəkən tək tərəf isə Ermənistan olacaq.

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see402

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see350

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see333

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see329

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see293

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see258

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see248

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see214

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see203

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see191

Oynayıram ya yox, millidə hər zaman vacib rolum olacaq Kriştiano Ronaldo

05 İyul 2026 23:00see182

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see181

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see174

Ronaldu yenə sərt danışdı: “O günü özüm seçəcəyəm”

05 İyul 2026 23:00see169

Ukraynanın bu əks hücumları strateji fəlakət idi Vens

05 İyul 2026 23:23see167

​Sözü üzə deyən 5 bürc

05 İyul 2026 23:00see165

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see163

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see162

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see159

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri