Icma.az
close
up
RU
Sərhədləri aşan dərs Avropada təhsildən öyrəndiklərim

Sərhədləri aşan dərs Avropada təhsildən öyrəndiklərim

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xanım Qasımova
Filologiya üzrə fəlsəfə doktoru

"Bir xalqın gələcəyini görmək istəyirsənsə, onun məktəbinə bax”. Bu fikir Avropanın müxtəlif ölkələrində məktəb və universitetləri ziyarət etdikcə mənim üçün daha aydın məna kəsb etdi. Səyahətlərim zamanı tarixi şəhərləri, möhtəşəm memarlıq nümunələrini və əsrlərin yadigarı olan abidələri seyr etsəm də, ən böyük maraq dairəm təhsil müəssisələri oldu. Çünki məktəb hər bir ölkənin gələcəyinin yazıldığı ünvandır. Burada formalaşan dəyərlər, münasibətlər və təhsil fəlsəfəsi sabahın cəmiyyətini müəyyənləşdirir.

Müəllim kimi müxtəlif Avropa ölkələrinin təhsil sistemi ilə yaxından tanış olmaq mənə zəngin təcrübə qazandırdı. Hər ölkənin özünəməxsus xüsusiyyətləri olsa da, onları birləşdirən əsas dəyərlər insan şəxsiyyətinə hörmət, müəllim əməyinə verilən qiymət, şəffaflıq və məsuliyyət idi.

Belçikada erkən yaş təhsilinə baxış

Belçikada məktəbəqədər təhsil müəssisələrində müşahidə etdiyim mühit diqqətimi xüsusilə cəlb etdi. 2,5-6 yaşlı uşaqların təlim-tərbiyəsi yalnız oxumağa və yazmağa hazırlıq mərhələsi kimi qəbul edilmir. Bu dövrdə əsas məqsəd uşağın bir şəxsiyyət kimi formalaşmasına, həyati bacarıqlar qazanmasına, ünsiyyət mədəniyyətinin, müstəqil düşünmə və qərarvermə vərdişlərinin inkişafına şərait yaratmaqdır. Uşaqlarda təbiətə sevgi, ətraf mühitə qayğı və məsuliyyət hissinin formalaşdırılması da təlim prosesinin mühüm istiqamətlərindən biri idi.

Burada öyrənmə prosesi ənənəvi dərs anlayışından daha geniş məna daşıyırdı. Oyunlar, yaradıcı fəaliyyətlər, kəndlərdəki fermalara 2-3 günlük səfərlər və müxtəlif maarifləndirici tədbirlər vasitəsilə uşaqlar həm öyrənir, həm də həyati bacarıqları təcrübə yolu ilə mənimsəyirdilər.

Səfər zamanı diqqətimi çəkən maraqlı nümunələrdən biri yol hərəkəti qaydalarının uşaqlara oyun vasitəsilə öyrədilməsi idi. Otağın bir küncündə qırmızı, digər hissəsində isə yaşıl xətlər çəkilmiş, müxtəlif oyuncaqlar yerləşdirilmişdi. Uşaqlar artıq bilirdilər ki, oyuncağa yalnız yaşıl xətlə göstərilən istiqamətdən yaxınlaşmaq olar. Sadə görünən bu oyun əslində böyük tərbiyə və öyrətmə vasitəsi idi. Uşaqlar əylənərək yol hərəkəti qaydalarını öyrənir, təhlükəsiz davranış vərdişlərini kiçik yaşlardan formalaşdırırdılar.

Belçika məktəblərində diqqətimi çəkən digər məqam valideynlərlə məktəb arasında qurulan sıx əməkdaşlıq idi. Yeni dərs ili başlamazdan əvvəl məktəb rəhbərliyinin valideyn və şagirdlərlə görüş keçirməsi, məktəbin qaydalarını və imkanlarını təqdim etməsi təhsildə etimad mühitinin yaranmasına xidmət edir. Müəllimlərin valideynlərə uşaqlarla evdə ana dilində danışmağı tövsiyə etməsi isə milli kimliyin qorunmasına verilən dəyəri göstərir.

Almaniyada təhsil və akademik məsuliyyət

Almaniyada universitetlərdə müşahidə etdiyim ən diqqətçəkən məqamlardan biri akademik dürüstlük və şəffaflıq idi. Qəbul və semestr imtahanlarının nəticələri yalnız tələbənin özünə təqdim olunur. Ən yüksək nəticə göstərənlərin adları ictimaiyyətə açıqlanmır. Bu yanaşma tələbələr arasında süni rəqabət yaratmaqdan daha çox, şəxsi əməyə və fərdi nailiyyətə hörmət prinsipini ön plana çıxarır. Pedaqoji fəaliyyətlə məşğul olanların da imtahan nəticələri cəmiyyətə açıqlanmır.

İmtahan prosesinin təşkili də xüsusi diqqət və məsuliyyət tələb edən bir sistem üzərində qurulmuşdu. İmtahan zalına telefon və çanta ilə daxil olmağa icazə verilirdi. Lakin telefon mütləq söndürülməli və imtahan zamanı istifadə edilməməli idi. Burada əsas məqsəd yalnız nəzarət deyil, tələbəyə göstərilən etimad və onun məsuliyyət hissinin gücləndirilməsi idi.

Maraqlı məqamlardan biri də imtahana gecikən tələbələrə münasibət idi. Gecikənlər imtahana buraxılırdı, lakin itirilmiş vaxt üçün əlavə müddət ayrılmırdı. Beləliklə, həm insan amili nəzərə alınır, həm də bütün iştirakçılar üçün bərabər şərtlər qorunurdu. Qaydalar sərt deyil, ədalətli şəkildə tətbiq edilirdi.

Uzunmüddətli imtahanlarda verilən fasilələr də düşünülmüş yanaşmanın nümunəsi idi. Suallar müəyyən hissələrə bölünərək mərhələli təqdim olunur. Tələbələr müəyyən müddətdən sonra yazdıqları sualları təhvil verirlər, qısa fasilə zamanı imtahan otağından çıxıb  dincələ bilir, fikirlərini toplayır və növbəti mərhələyə daha hazırlıqlı başlayırdılar. Berlin, Vismar, Karlsrue universitetlərinin rektorlarının həm tələbələr, həm valideynlərlə  səmimi söhbəti imtahanqabağı motivasiya xarakteri daşıyırdı. Valideynlər universitetə daxil olurlar, onlara əyləşib gözləmək, universiteti gəzib tanış olmaq üçün şərait yaradılırdı. Bu kiçik detallar əslində böyük bir təhsil fəlsəfəsini əks etdirirdi: yüksək nəticə yalnız biliklə deyil, həm də sağlam və rahat mühitlə əldə olunur. Onu da qeyd edim ki, imtahan əksər hallarda 2 fəndən: alman dili və məntiqi riyaziyyatdan olur.

Karlsrue, Vismar və digər şəhərlərdə fəaliyyət göstərən ali təhsil müəssisələri müasir infrastrukturu, elmi araşdırmalara və praktik biliklərə verdiyi önəmlə seçilirdi. Burada tələbənin müstəqil düşünməsi, araşdırması və öz mövqeyini əsaslandırması xüsusi qiymətləndirilir. Müəllim daha çox istiqamət göstərən, tələbə isə öyrənmə prosesinin fəal iştirakçısı kimi çıxış edir.

Bu müşahidələr mənə bir daha göstərdi ki, güclü təhsil sistemi yalnız müasir binalar və texnologiyalarla qurulmur. Onun təməlində qarşılıqlı hörmət, ədalət, məsuliyyət və inam dayanır. Təhsil insanı yalnız peşəyə deyil, həyata hazırlayan böyük bir məktəbdir.

Səfərdən qayıdarkən özümlə yalnız gözəl xatirələr deyil, həm də yeni düşüncələr, ideyalar və müəllimlik fəaliyyətim üçün dəyərli təcrübə gətirdim. Dünyanın qabaqcıl təhsil nümunələrini öyrənmək, onları milli dəyərlərimizlə uyğunlaşdırmaq hər bir təhsil sisteminin inkişafına xidmət edir.
Çünki məktəbdə yetişən hər bir uşaq gələcəyin vətəndaşı, hər müəllimin əməyi isə həmin gələcəyin görünməz təməlidir. Təhsilə verilən dəyər əslində insanın sabahına verilən dəyərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Avqust 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri