Icma.az
close
up
RU
Sərhədlərimizdə yeni savaş TƏHDİDİ Gərginlik artır KONKRET

Sərhədlərimizdə yeni savaş TƏHDİDİ Gərginlik artır KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı İsrail hərbi təyyarələrinin İran sərhədlərinə yaxın fəaliyyətini ölkənin təhlükəsizliyinə birbaşa təhdid adlandırıb. Bəyanatda ABŞ-a çağırış edilərək bildirilib ki, Vaşinqton İsraili çəkindirə bilməsə, İran heç bir təhdidə dözməyəcək və cavab vermək hüququnu özündə saxlayacaq. Açıqlama İranın İsraili atəşkəs razılaşmasını dəfələrlə pozmaqda ittiham etdiyi bir vaxtda verilib. Eyni vaxtda, Türkiyə ilə İsrail arasında da gərginlik müşahidə olunur. Baş nazir Netanyahu qondarma erməni soyqırımını tanımağa hazır olduğunu və təşəbbüsü dəstəklədiyini bildirib. Bəzi ekspertlərə görə, bu qərar Türkiyə ilə İsrail arasında artan gərginliyi hərbi eskalasiya həddinə çatdıra bilər. Hətta İranla İsrail arasında da hərbi əməliyyatların yenidən başlaması an məsələsi kimi görünür. Azərbaycan bu prosesdə hansı rolu oynaya bilər? Çünki ortada qardaş Türkiyə, dost İsrail və münasibətləri yaxşılaşmaqda olan İran var. Bu vəziyyət isə təbii ki, bizi qane etmir.

Regional və qlobal güclərin Yaxın Şərq cəbhəsində, xüsusilə Azərbaycanın cənub sərhədlərinə yaxın coğrafiyada hərbi hərəkətliliyi artırması Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını ciddi şəkildə sınağa çəkir. SEPAH-ın kəskin bəyanatları və İsrail aviasiyasının aktivləşməsi fonunda regional müharibə riskinin yenidən qabarması, həmçinin Ankara-Tel-Əviv xəttindəki diplomatik qarşıdurmanın qondarma iddialar üzərindən siyasi eskalasiya həddinə çatması rəsmi Bakı üçün olduqca həssas bir mənzərə yaradır. Azərbaycan bir tərəfdən strateji müttəfiqi və qardaşı olan Türkiyə, digər tərəfdən çoxşaxəli tərəfdaşlıq bağlarına sahib olduğu İsrail və münasibətləri normallaşdırma mərhələsinə keçən qonşu İran arasında qlobal tarazlığı qorumaq kimi mürəkkəb bir geosiyasi reallıqla üz-üzədir.

Paytaxt Bakının bu böhranda hərbi toqquşmalardan yayınmaq və daxili sabitliyi sığortalamaq məqsədilə yürütdüyü ön hazırlıq və preventiv xarici siyasət strategiyası regionun gələcək taleyi üçün həlledici rol oynayır

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, Azərbaycanın bu gərgin geosiyasi düyündə tutacağı mövqe birmənalı olaraq neytrallığın qorunması, daxili təhlükəsizliyin möhkəmləndirilməsi və tərəflər arasında potensial barışdırıcı diplomatiyanın aktivləşdirilməsi üzərində qurulmalıdır: “Bu gün sərhədlərimizdə formalaşan reallıq Bakıdan həm hərbi, həm də diplomatik müstəvidə çox soyuqqanlı və strateji bir addım atılmasını tələb edir. SEPAH-ın son bəyanatları və Tel-Əvivin qondarma məsələləri siyasi təzyiq rıçaqına çevirmək cəhdləri göstərir ki, böyük bir müharibə alovu hər an qonşu bölgələrə də sıçraya bilər. Bu gərginlik zəncirində ortada qardaş Türkiyə, dost İsrail və münasibətlərimizin yeni reneqat mərhələyə qədəm qoyduğu İran dayanır.

Bu vəziyyət, təbii ki, Azərbaycanın milli maraqlarını qane etmir və daxili təhlükəsizliyimiz üçün müəyyən risk ssenariləri yaradır. Azərbaycan heç bir halda bu üçtərəfli qarşıdurmanın poliqonuna və ya tərəflərdən birinin digərinə qarşı istifadə edəcəyi plasdarma çevrilməyəcək. Bakı özünün hərbi-strateji hazırlığını ən yüksək səviyyəyə çatdırmaqla bərabər, həm Tehrana, həm də Tel-Əvivə çox açıq mesajlar verir ki, onun suveren əraziləri regional çəkişmələrin aləti ola bilməz. Əksinə, Azərbaycan keçmişdə olduğu kimi, bu gərginliyin azaldılması üçün neytral və etibarlı bir vasitəçi platforması təklif edə biləcək yeganə regional gücdür”.

Onun sözlərinə görə, regional gərginliyin pik həddə çatması fonunda Azərbaycanın çevik xarici siyasəti həm Türkiyə ilə müttəfiqlik öhdəliklərini qorumağa, həm də daxili maraqları təhdid edə biləcək kənar riskləri lokallaşdırmağa yönəlib: “Netanyahunun Ankaraya qarşı qondarma erməni iddialarını irəli sürməsi və münasibətləri hərbi müstəviyə daşıya biləcək bəyanatları dözülməz bir vəziyyətdir.

Türkiyə Azərbaycanın qırmızı xəttidir və Bakı hər zaman Ankaranın haqlı davasının yanındadır. Lakin eyni zamanda, İsraillə olan strateji tərəfdaşlığımız, xüsusən hərbi-texniki əməkdaşlığımız və İranla sərhədlərimizin təhlükəsizliyi bizim daxili balansımızın qorunması üçün mühümdür. Ona görə də Azərbaycan diplomatiyası pərdəarxası danışıqlarda aktiv çıxış edərək tərəfləri eskalasiyanı dayandırmağa çağırır. Rəsmi Bakı yaxşı anlayır ki, İran və İsrail arasında daxili və rəqəmsal müharibənin açıq hərbi müstəviyə keçməsi Hörmüz boğazından Cənubi Qafqaza qədər olan böyük nəqliyyat dəhlizlərini və logistik xətləri iflic edə bilər. Bu səbəbdən ordumuzun sərhəd zolağında və strateji obyektlərdə ön hazırlıq tədbirlərini gücləndirməsi, kəşfiyyat və hava hücumundan müdafiə sistemlərini tam hazır vəziyyətə gətirməsi vaxtında atılmış mükəmməl bir addımdır. Biz özümüzü qlobal fırtınadan qorumalı, eyni zamanda müttəfiqlərimizlə olan etibarlı əlaqələrimizi bu böhrandan zərər görmədən çıxarmaq üçün balanslaşdırılmış siyasi manevrlərimizi davam etdirməliyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 İyun 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri