Icma.az
close
up
RU
Sərhədlərimizə yaxın ərazilərdə nüvə silahından istifadə edilərsə... Radiasiyadan necə mühafizə oluna bilərik?

Sərhədlərimizə yaxın ərazilərdə nüvə silahından istifadə edilərsə... Radiasiyadan necə mühafizə oluna bilərik?

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Nüvə silahı yarandığı gündən indiyə qədər cəmi bir dəfə, o da 80 il əvvəl Yaponiyaya qarşı istifadə olunub. Nəticə etibarilə, bu fəlakətin miqyası və onun törətdiyi fəsadlar kifayət qədər böyük olub. Hazırda bir çox ölkə nüvə silahına malikdir. Onların sayı ona çatır və bu ölkələrin heç biri nüvə silahından ilk dəfə istifadə etmək niyyətində deyil. Nüvə silahı bu gün istifadədən daha çox rəqibləri ona qarşı hücumdan çəkindirmək məqsədilə istehsal olunan bir silahdır".

Bu fikirləri Redaktor.az-a nüvə silahının təsirlərindən danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi.

Onun sözlərinə görə, bir ölkə nüvə silahından istifadə edərsə, əks tərəf və ya digər qütbdə dayanan ölkələrin müttəfiqləri də əllərində olan nüvə silahı ilə ilkin zərbəyə cavab reaksiyası göstərəcək:

"Bu isə həm nüvə silahından istifadə edən tərəfin, həm də nüvə silahına cavab verən tərəfin fiziki məhvi ilə nəticələnəcək. Ona görə də mən tərəflərin hər hansı birinin nüvə silahına əl atacağını real hesab etmirəm. Amma bu, nə zamansa başqa bir müharibə çərçivəsində mümkün ola bilər. Təbii ki, əgər Rusiya, Ukrayna və yaxud da bizim sərhədlərimizə yaxın olan ərazilərdə nüvə silahından istifadə edilərsə, Azərbaycan da radiasiya şüalanmasına məruz qala bilər".

Müsahibimizin fikrincə, Azərbaycanda demək olar ki, radiasiyadan mühafizə, nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar profilaktik və təhlükəsizlik tədbirlər görülməyib:

"Bu fəaliyyətlər çox böyük vəsaitlər tələb edir. Çox böyük resurslar, ərazi, infrastruktur inşası və əhalinin maarifləndirilməsi proseslərini nəzərdə tutur ki, bu da daha çox mülki əhalinin müdafiəsi məqsədilə inşa olunacaq sığınacaqlar və bu sığınacaqların minimal zəruri kommunal xidmətlərlə təchizatını əhatə edir. Bu da Azərbaycan reallığında demək olar ki, mümkünsüz bir vəzifədir. Belə bir vəzifənin yerinə yetiriləcəyini mümkün hesab etmirəm. Bu, çox böyük vəsaitlər, çox böyük zaman və genişmiqyaslı layihələrin həyata keçirilməsini nəzərdə tutur ki, bunu da biz əvvəlcədən etməmişik. Ümumiyyətlə, dünyanın bir çox ölkələrində buna qarşı faktiki, real tədbirlər görülməyib. Bunun analoqu da dünyada yoxdur. Bir qədər bu məsələdə İsrail öndədir. O da sırf radiasiyaya görə deyil, İran, HƏMAS, Hizbullah atəşlərindən əhalini qorumaq üçün nəzərə alır. Digər ölkələrdə isə belə sığınacaqlara, belə bir infrastruktura kütləvi şəkildə rast gəlinmir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri