Icma.az
close
up
RU
Seriallar gənclərə zərərli həyat tərzlərini cəlbedici göstərə bilər AYDINLIQ GƏTİRİLDİ

Seriallar gənclərə zərərli həyat tərzlərini cəlbedici göstərə bilər AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Son illərdə yerli və xarici serialların artan populyarlığı gənclərin düşüncə tərzinə, davranış modellərinə və dəyərlər sisteminə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu təsiri həm müsbət, həm də mənfi yönlərdən qiymətləndirmək mümkündür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, xarici seriallar vasitəsilə gənclər müxtəlif mədəniyyətlər, həyat tərzləri və sosial münasibət formaları ilə tanış olur. Bu, onların dünyagörüşünü genişləndirir, tolerantlıq, fərqliliyə hörmət kimi dəyərlərin formalaşmasına kömək edir. Eyni zamanda, xarici dillərə marağın artması və qlobal məsələlərə daha açıq baxış bucağının yaranması da bu təsirin müsbət tərəflərindəndir: "Digər tərəfdən, bəzi seriallar gənclərə real həyatla uyğun gəlməyən həyat tərzlərini, zorakılığı, aqressiyanı və qeyri-sağlam münasibətləri “normal” və ya “cəlbedici” kimi təqdim edə bilər. Bu da onların psixoloji inkişafına, ailə və cəmiyyət münasibətlərinə yanlış təsəvvürlərlə yanaşmalarına səbəb ola bilər. Həmçinin, bəzi seriallarda nümayiş etdirilən materialist dəyərlər və sosial statusa həddindən artıq önəm verilməsi gənclər arasında özünüqiymətləndirmə problemlərinə yol aça bilər. Yerli seriallara gəldikdə isə onlar milli kimliyin formalaşmasında, adət-ənənələrimizin tanıdılmasında mühüm rol oynayır. Amma bu sahədə də keyfiyyət və məzmun baxımından zəif, stereotipləri təbliğ edən və ya reallığı təhrif edən layihələrin olması gənclərdə qarışıq və yanlış yanaşmalar formalaşdıra bilər.

Psixoloq olaraq tövsiyəm budur ki, gənclərin izlədiyi serialların məzmununa diqqət yetirilsin. Valideynlər və müəllimlər onlarla bu mövzularda açıq dialoq qursun, izlənilən məzmunların real həyatdan fərqləndiyi izah edilsin. Gənclərin tənqidi düşünmə bacarığının inkişaf etdirilməsi bu təsirləri balanslaşdırmağa və sağlam şəxsiyyət formalaşmasına kömək edə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyul 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri