Şərif Ağayar Nobel mükafatı alanda birinci mən özüm... Rəşad Səfərdən SƏRT İRAD
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Şərif bəy Nobel mükafatı alanda birinci özüm zəng edib, təbrik edəcəm. Ümid edirəm, Nobel komitəsi çox gecikdirməz prosesi".
Kulis.az xəbər verir ki, yazıçı Rəşad Səfər bu sözləri öz sosial şəbəkə hesabında paylaşıb.
O, "Romantizm bəlası" yazısına gələn fikirlərə münasibətini bildirib:
"Sonuncu yazımda istəmədiyim halda uzun-uzadı izah da vermişdim ki, bəzi oxucular yanlış anlamasın dediklərimi.
Nəticədə, oxucular yox, yazıçılar yanlış anladı. Aqşin Yenisey, fikirləri ilə razılaşmasam da, mədəni, normal müzakirə etdi, cavab yazdı.
Burda problem yoxdur".
O, "Rəng mühəndisi" romanı haqqında bir neçə ay öncə yazdığı məqalənin romanın müəllifi Şərif Ağayar tərəfindən şəxsi qəbul olunduğunu iddia edib:
"Amma Aşıq Ələsgərin çağdaşı, ustad Şərif Ağayar qəfil "ürəyini boşaldıb", "Söz analizi"nin növbəti sayını hazırlamağa getdi.
Halbuki, o yazıda ondan nəinki birbaşa, heç dolayı da söhbət getmirdi. Yəqin ki, bir neçə ay öncə romanı haqqında tənqidimi şəxsi qəbul edib. Amma ədəbi mühitimizi az-çox tanıdığıma görə məyus olunacaq, təəssüf ediləcək bir şey yoxdur. Şərif bəy Nobel mükafatı alanda birinci özüm zəng vurub, təbrik edəcəm.
Ümid edirəm, Nobel komitəsi prosesi çox gecikdirməz".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:16
Bu xəbər 03 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















