Icma.az
close
up
RU
Zəlimxan Yaqubun yetimləri Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri Şərif Ağayar

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür.
Kulis.az bu münasibətlə Şərif Ağayarın "Zəlimxan Yaqubun yetimləri" adlı yazısını təqdim edir.

Dünyada böyük ideallar da var, kiçik insan həqiqətləri də. Ancaq həqiqətin dəyəri onun ölçüsündə deyil, sadəcə həqiqət olmasındadır. İnsan böyük ideallara can atır həmişə. Can atmalıdır da! Di gəl, kiçik həqiqətlər də yüksək həssasiyyət tələb edir. Bəzən isə insanlığı bu kiçik, ilk baxışdan elə də əhəmiyyət daşımayan həqiqətlər daha tez və daha dərindən xarakterizə edir.

Bu fikirlər Zəlimxan Yaqubun müsahibəsini oxuyandan sonra ağlıma gəldi. Ağır xəstəliklə əlbəyaxa olan şair xeyli maraqlı mətləblərə toxunub.

Kimdir Zəlimxan Yaqub?

Ona münasibət birmənalı deyil. Onu hədsiz sevənlər də var, zərrəcə xoşu gəlməyənlər də! Amma reallıq reallıqdır! Nə birincilər kimi emosionaldır, nə də ikincilər kimi nihilist.

Şair deyir, yetimlər atası olmuşam – haqlıdır!

Deyir, insanların duası mənə kömək edir – buna şahidəm!

Və elə bu məqamda Zəlimxan Yaqubun dediklərini təsdiq edən bir neçə situasiyanı xatırlatmaq istəyirəm.

“Panorama” qəzetində təzə işə düzəlmişdim. Həmin ərəfədə necə oldusa AYB-nin və Yazıçıların Həmkarlar İttifaqının təsis etdiyi X.R.Ulutürk mükafatını mənə verdilər. Şeirlərimi bu müsabiqəyə Ayaz Vəfalının təklifi ilə təqdim etmişdim. O vaxt (90-ların sonu) “Ədəbiyyat qəzeti”ndə hər ayın ilk həftəsi “Gənclər günü” keçirilirdi. Tədbiri Ayaz Vəfalı aparırdı. Oradan tanış idik.

Mükafatın təqdimat mərasiminə “Panorama” qəzetində şöbə müdirim olan Süleyman Qaradağlı ilə getmişdim. Mətbuatda təzə idim. Məqaləni hekayə kimi, xəbəri inşa kimi yazırdım... Süleyman müəllim mənə çox kömək edirdi və belə bir xoş gündə də yanımda olmaq istəyirdi.

Natəvan klubunun səhnəsində tanınmış yazıçılar oturmuşdu. Zəlimxan Yaqub da onların arasında idi. Mükafatın qalibləri elan olunandan, diplom və pul mükafatları təqdim ediləndən sonra keçib arxada oturdum. Bir azdan Zəlimxan Yaqub səhnədən düşüb yanıma gəldi, boş yerlərin birində oturdu və mənimlə söhbətə başladı. Tədbirdən sonra isə öz maşını ilə məni və Süleyman müəllimi nəşriyyatacan gətirdi. Hiss elədim ki, o, bunu şöbə müdirimin yanında mənim nüfuzumu qaldırmaq üçün edir.

***

“Panorama” bağlanandan sonra ədəbiyyat və mədəniyyət yazıları üçün “Yeni Azərbaycan” qəzetinə dəvət olundum. Bildiyiniz kimi bu qəzet hakim partiyanın orqanı idi. Baş redaktor Alqış Həsənoğlu da həmin dövrlərin ən nüfuzlu jurnalistlərindən sayılırdı. Redaksiyada mühit bir az yad idi mənim üçün. Doğrudur, imzamı tanıyır və hörmət edirdilər, ancaq yenə də. Ən azı təzə kollektivə, yeni rəhbərliyə alışmaq bir az zaman istəyirdi. Həmin vaxtlar millət vəkili, xalq şairi Zəlimxan Yaqubun odlu-alovlu vaxtları idi. Mərhum prezident Heydər Əliyevlə səfərlərə gedir, efirdən düşmürdü.

Bir gün səhər tezdən podşivkaya baxmaq üçün Alqış Həsənoğlunun qəbul otağına getdim (podşivka orda idi). Qəflətən Zəlimxan Yaqub girdi içəri. Başında buxara papaq... Əynində uzun palto... Mənimlə çox səmimi görüşdü və qəbul otağındaca əyləşib söhbətə başladı. Ağa Laçınlıdan, Hüseyn Kürdoğludan, Malik Fərruxdan və başqa laçınlı şairlərdən, o camaatın qonaqpərvərliyindən, Borçalı ilə ortaq yanlarından xeyli danışdı. Alqış Həsənoğlu Zəlimxanın səsinə kabinetindən çıxdı. Dedi, şair, bayaqdan səni gözləyirəm. Zəlimxan Yaqubun cavabı gözləniləməz oldu: “Şərifi gördüm, məclisi bura saldım, sən də bir stul çək, əyləş!”

***

Qağayla (ona dostlar arasında belə deyirik) daha bir qeyri-adi qarşılaşmam Laçın rayon İH-nin keçmiş başçısı Ramiz Cəbrayılovun Taxtakörpü qəsəbəsindəki (Ağcabədi) kabinetində oldu. Kəndimizdə bir aşıq var: Cabbar müəllim... Onun 60 illiyi idi. Tədbir Taxatakörpüdə, Laçının mədəniyyət evində keçirilirdi. Mən də getdim. Səhər tezdən Cabbar müəllim zəng vurdu ki, Bakıdan gələn qonqları başçı qəbul edəcək, sən də dəvətlisən. Getdim. İçəri girəndə Zəlimxan Yaqubla Ağcabədinin millət vəkili Tahir Rzayevi (o da şairdir) başçının otağında gördüm. Zəlimxan Yaqub qalxıb mənimlə elə görüşdü ki, elə bil Yusif peyğəmbər təşrif gətirib. Çaşıb qaldım. Bu iltifatı görən başçı da mənimlə görüşmək üçün ayağa qalxmalı oldu.

Sonradan bildim ki, Zəlimxan Yaqub axşamdan başçının qonağı imiş. Laçınlı qələm adamlarından, o cümlədən məndən xeyli danışıb. Başçının münasibətindən hiss etdim ki, məni layiq olmadığım yüksəkliklərə qaldırıb.

Yubiley tədbirində Laçın camaatı Zəlimxan Yaqubu çox böyük coşquyla qarşıladı. O da özünə xas, insanların damarını tutan, hətta çoxunun gözünü yaşardan maraqlı bir çıxış elədi. Çıxışında məndən də danışdı və axırda dedi: “Şərifi sizə tapşırıram, onun qiymətini bilin”.

Mən öz şəxsimdə Zəlimxan Yaqubun gənc və imkansız bir qələm adamına göstərdiyi sayğıdan az da olsa yazdım. İnanın, Zəlimxanın qolundan tutduğu yetimlərin hamısı səmimi olub nəsə yazsa, böyük bir kitab bağlamaq olar. Amma əsas olan həmin kitabın yazılması deyil. Əsas olan Tanrıdır ki, o da hər şeyi görür!

Yeni ildə izləyəcəyiniz 10 film Oğlunun hədiyyəsini qolundan çıxarmayan Salatın Əsgərova necə öldürüldü? Flora Kərimova: "Deyirəm ki, əl çəkin, buraxın gedim"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Yanvar 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see285

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see285

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see270

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see255

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see253

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see241

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see222

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see216

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see191

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see184

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see182

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see180

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see176

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see172

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see172

Qadın qiyafəsində qaçmağa çalışarkən tutuldu “80 nəfəri öldürmüşəm” Video

17 Sentyabr 2026 02:40see172

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see166

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see165

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see165

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri