Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Rəşid Behbudov böyük sənətkardır” Şərif Ağayar KONKRET

“Rəşid Behbudov böyük sənətkardır” Şərif Ağayar KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yazıçı Şərif Ağayarın muğam, tanınmış sənətkarlar və Azərbaycan musiqi ənənəsi ilə bağlı sosial şəbəkədə paylaşdığı status geniş ictimai rezonans doğurub. Qısa müddətdə paylaşımda səsləndirilən fikirlər sosial mediada ciddi etirazla qarşılanıb. Bir çox istifadəçi yazıçını milli-mədəni dəyərləri təhqir etməkdə ittiham edir.

KONKRET.az bildirir ki, məsələ ilə bağlı “yeni sabah” Şərif Ağayarın öz mövqeyini öyrənmək üçün onunla əlaqə saxlayıb:

– Sosial şəbəkədə paylaşdığınız status çox qısa zamanda böyük rezonans doğurdu. Bu qədər sərt reaksiya gözləyirdinizmi?

– Rəşid Behbudovun şəxsiyyəti ilə bağlı heç nə deməmişəm. Söhbət səsin mahiyyətindən gedir. Səsə qiymət vermişəm. Təslimçilik, köləlik aşılayan ifalar haqda məndən daha sərt Əhməd Ağaoğlu danışıb və yazıb. Bunlar ciddi təhlillər istəyir. Dövlət himnimizdəki minor notlar da müzakirə olunmalıdır. Ruh düşkünlüyü, üsyandan uzaq musiqi düşüncəmizin mərkəzinə gəldiyi üçün bu qədər sentimental ulaşmalar peyda olub və xalq hər gün on minlərlə pul xərcləyir.

– Statusunuza 600-ə yaxın şərh gəlib və əksəriyyəti tənqid, hətta qınaq xarakterlidir. Bu reaksiyaları necə qiymətləndirirsiniz?

– Mən fəlakət anonsu vermişəm. Rəşidi həmişə dinləyirəm, o böyük sənətkardır, amma gətirib çıxardığı yer bərbaddır. Anlamaq lazımdır.

– Bəziləri iddia edir ki, bu statusu emosional vəziyyətdə, hətta sərxoş halda yazmısınız. Bu iddialara münasibətiniz necədir?

– Bizdə ciddi həqiqət yazılanda ya adama dəli deyirlər, ya sərxoş… Çünki standart danışmalısan. Totalitar sistemlərin dilində. Trafaretlərlə. Mən o standartı dağıtmaq istəyirəm. Bu statusda da həcv dilidir. Qasım bəy Zakirin, Vaqifin, Seyidin, Aşıq Ələsgərin dilində daha sərt ifadələr olub. “Elə billəm qoca çaqqal ulaşır, olsa sənin kimi yüz şair Nağı…” Yaxud “Xandəmirov keçəl qurumsaq…” Axundovun adını Milli Kitabxanaya vermişik, rəhbəri isə 40 ildir Kərim Tahirov kimi konyuntura nökəridir. Bilmirsən nə deyəsən…

– Əgər bu məsələ hüquqi müstəviyə keçərsə, mövqeyinizi müdafiə etməyə hazırsınızmı?

– Kitabdan uzaq düşüb mənasız səslərə milyonlar xərcləyən xalqın sonu ölümdür. Biz ölürük. Mən onu deyirəm. Ağırdır, anlayıram, lakin reqllıqdır. Biz ölürük, Allah rəhmət eləsin! Bir yazıçı var, öldürsünlər, kef etsinlər, Manafla Aygün də gəlib oxusun…

– Statusunuzda ad çəkmədən, iki nəfərə işarə edirsiniz: “dünya səviyyəli danabaş…” və “qarabağlı…”. Bu sözlər kimə aiddir?

– Bu sözlər konkret şəxslərə aiddir. Ad çəkməyəcəyəm. Hər kəs kim olduqlarını bilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri