Icma.az
close
up
RU
Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan da Azərbaycan məhkəmələrində cəzalandırılacaq

Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan da Azərbaycan məhkəmələrində cəzalandırılacaq

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dünənə qədər Azərbaycan torpaqlarında müqəddəs Xankəndi şəhərimizdə Azərbaycana meydan oxuyan araiklərin bu gün Azərbaycan Ədalət Məhkəməsi qarşısında cavab vermələri ədalətin təntənəsidir. Azərbaycan xalqının iradəsinin təcəllisidir, dəmir yumruğun qüdrətinin göstəricisidir”.

Bu barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan məhkəmələri terrorçulara və cinayətkarlara layiqli cəzalarını verəcəklər.

Hikmət Babaoğlu

“Azərbaycanda ölüm hökmü olmadığına görə ömürlük həbs ən yüksək cəza tədbiri hesab olunur. Mənə elə gəlir ki, Araik Arutyunyan dəfələrlə belə ömürlük həbs cəzasına layiqdir. Ona görə də təklif olunan cəza kimi ömürlük həbs Azərbaycanda ən ağır cəzadır”-deyə deputat qeyd edib.

Bu cinayətkarların əmlaklarının müsadirə olunması və yaxud maddi təzminat ödənilməsi məsələsi ilə bağlı Hikmət Babaoğlu bildirib ki, bu, tamamilə ayrı bir hüquqi prosedur və məhkəmə prosesinin predmeti ola bilər: “İndi isə biz sadəcə, törədilən cinayətlər kontekstində hüquqi prosesin həyata keçirildiyinə şahidlik edirik. Amma bu məsələnin hamısı deyil. Çünki Azərbaycan xalqına qarşı ən qəddar cinayətləri, ən qatı terroru törədənlər Serj Sarkisyan, Robert Köçəryan və Seyran Ohanyandır”.

Deputat vurğulayıb ki, Azərbaycan prezidenti dəfələrlə öz nitqində “Köçəryan, Sarkisyan, mən sizin ordunuzu məğlub etmişəm, mən sizin ordunuzu darmadağın etmişəm” deyə bildirib: “Bu fikrin məntiqi ondan ibarətdir ki, demək, Azərbaycan xalqına qarşı ən qatı cinayətləri məhz bunlar törədiblər. Nə vaxtsa tamamilə mümkündür ki, hətta çox böyük ehtimal var ki, Sarkisyan, Köçəryan və onun ətrafında olan digər hərbi cinayətkarlar da bir gün Azərbaycan məhkəmələri qarşısında cavab verməli olacaqlar”-deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri