Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Serj Sarqsyan revanşistləri qızışdırır

Serj Sarqsyan revanşistləri qızışdırır

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanla sabiq prezidentlər arasında qarşıdurma yeni fazaya qədəm qoyub. Bir müddət əvvəl Gümrüdə keçirilən seçkidə ikinci prezident Robert Koçaryanın diktəsi və planı ilə məğlubiyyətə uğradılan Vətəndaş Sazişi Partiyasına (VSP) yeni "zərbə" Respublikaçılar Partiyasından, yəni Serj Sarqsyan cəbhəsindən gəldi. Bu gün erməni müxalifəti Robert Koçaryanın gizli şəkildə dəstəklədiyi Vardan Qukasyanı Gümrü meri seçib. Respublikaçılar Partiyasının 35 illiyinə həsr edilmiş tədbirdə çıxış edən sabiq prezident bir sıra açıqlamaları ilə revanşistlərə səslənib və 2026-cı il seçkisi ilə bağlı əsl niyyətini ortaya qoyub. Sarqsyanın çıxışını, eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə və imzalanacaq sülh müqaviləsinə qarşı kimi də şərh etmək olar. Çıxışdan sonra müxalifətin, xüsusən də respublikaçıların nəzarəti altında olan media qurumlarında bəytərifi və çıxışın bəh-bəhlə tirajlanması sistemli və planlı işin gedişindən xəbər verir.

Bununla belə, qeyd etmək yerinə düşər ki, gün ərzində Ermənistan parlamentinin spikeri Alen Simonyanın Serj Sarqsyan və müxalifət partiyası haqqında açıqlamalarından sonra qarşı tərəfdən belə bir cavab gələcəyi gözlənilən idi. Üçüncü prezident mütəmadi çıxışlar və müraciətlər səsləndirsə də, bu dəfə "barıtı çox edib".

2020-ci ilin müharibəsindən sonra regionda baş verən proseslər, geosiyasi dəyişikliklər, güc balanslarının yenidən formalaşması təbii ki, revanşist qrupların planlarını suya qərq edib. Bu səbəbdən də ideoloji ajiotaj, PR və sosial media hücumu xüsusən də 2026-cı il seçkisi ərəfəsində aktivləşib. Bununla yanaşı, vurğulamaq lazımdır ki, istənilən halda, bu tip vəziyyətlərə qarşı həm Nikol tərəfdarları, həm də onun siyasi "qara işlərini" görən, gizli şəkildə neytral maskası altında gizlənən analitiklərdən tutmuş, özünü sosial filosof adlandıranlara qədər cavab kampaniyasına start verilir. Elə Robert Koçaryanın bir müddət əvvəl məlum çıxışında olduğu kimi, bu dəfə də üçüncü prezidentin cavabı bu dairələr tərəfindən verilir və verilməyə davam edir.

İndi isə Sarqsyanın məlum çıxışından əsas tezislərə toxunaq. Uzun-uzadı nitq söyləyən üçüncü prezidentin əsas məqsədi kütlədə müharibə qorxusu yaratmaq, ordu və Qarabağ ermənilərini arxasına almaq və revanşistləri aktivləşdirmək olub. Toxunulan məqamlar isə bunlardır: ekzistensial təhlükə var, Ermənistanın müstəqilliyi və Qarabağ erməniləri risk altındadır.

Serj Sarqsyanın ekzistensial təhlükə və Ermənistanın müstəqilliyi, Qarabağ erməniləri risk altındadır deyəndə nəyi nəzərdə tutduğu anlaşılmazdır. Hazırda şərti sərhəd xəttində baş verən sabitliyin pozuntusuna görə birbaşa erməni ordusu məsuliyyət daşıyır. Erməni KİV-də Azərbaycan hərbçilərinin dinc sakinlərin evlərini və təsərrüfatlarını atəşə tutması barədə tirajlanan xəbərlər sırf cəmiyyət üçün hesablanıb. Hakim komanda bir tərəfdən sülh müqaviləsini imzalamağa hazır olduğu barədə mesajlar verir, digər tərəfdən də atəşkəsi pozaraq vəziyyəti qəlizləşdirir. Bu isə VSP elitasının müqavilənin imzalanmasını 2026-cı il seçkisinə qədər yubatma niyyəti güddüyünü ortaya qoyur. Sarqsyanın isə bu tip açıqlama verməyində əsas niyyət xalqı təşviş içində saxlamaq, hakim partiyanın yarıtmaz fəaliyyəti nəticəsində ölkənin təhlükə qarşısında qaldığını beyinlərə yeritmək, 2026-cı il seçkisində qalib gələcəyi təqdirdə bu problemləri həll edəcəyinə vəd verməkdir.

Bu çıxışı seçki platforması kimi də qəbul etmək olar. Eyni zamanda, Qarabağ ermənilərinin risk altında olduğunu ifadə etməsi, Qarabağ klanının yenidən aktivləşərək, onları təşkilatlandırma məqsədi güddüyünü söyləmək olar. Rəsmi rəqəmlərə görə, hazırda Ermənistanda yaşayan Qarabağ ermənilərinin 50-60 mininin Ermənistan vətəndaşlığı var və vətəndaşlıq üçün müraciət edənlərin sayı çoxalır. Bunu nəzərə alsaq, bu elektoratın seçkidə kimə səs verəcəyi də ciddi məsələdir və belə bir səs çoxluğunu qazanmaq Sarqsyanın əsas hədəflərindən biri ola bilər.

Partiya sədrinin çıxışında diqqət cəlb edən məqamlardan biri də ölkə daxilində həmrəylik mühitinin yaradılması ilə bağlı fikridir. Bununla Serj təşkilatlanma, seçkidə partiyasının mütləq qələbəsini təmin etmək üçün addımlar atacağının, xalqı öz ətrafına toplamaq üçün planlar qurduğunun anonsunu verib.

Qeyd etmək yerinə düşər ki, Sarqsyanın çıxışındakı ən vacib məqamlardan biri də ordu ilə bağlı fikirləridir. Üçüncü prezident bildirib ki, silahlı qüvvələrin XX əsrin çağırışlarına uyğun döyüş qabiliyyətini bərpa etmək, əsgərlərin döyüş ruhunun bərpası, qoşunların hərtərəfli təminatının təşkili, ordunun yüksəksəviyyəli peşəkar hərbi kadrlarla doldurulması əsas hədəflərindən biridir. Bu açıqlama isə onu deməyə əsas verir ki, 2026-cı il seçkisində respublikaçıların qələbə qazanacağı təqdirdə regionu yeni müharibə riski gözləyir və Serj ölkəni müharibə fəlakətinə sürükləyəcəyinin anonsunu verir.

Eyni zamanda, keçiriləcək parlament seçkisində qələbə qazanmaq istəyən Sarqsyan həm ordudan dəstək istəyir, həm də işlərin istədiyi məcrada getməyəcəyi təqdirdə küçə mitinqləri ilə hakimiyyəti təhvil verdiyi Paşinyanı ordunun gücü ilə devirəcəyi barədə təhdid edir. Ehtimal etmək olar ki, bu, planlaşdırılan məsələdir və artıq ona yaxın şəxslər orduda təbliğat aparır, müəyyən generalları öz tərəflərinə çəkmək üçün işlərə başlayıblar.

Partiya sədrinin çıxışında diqqət cəlb edən məqamlardan biri də peşəkar diplomatik korpusun formalaşdırılması və müttəfiqlər, tərəfdaşlarla münasibətlərin bərpası ilə bağlıdır. Bu isə Serjin Azərbaycan-Ermənistan danışıqlarını uzadacağına işarədir. Sarqsyan seçkidə qalib gələcəyi təqdirdə danışıqları dalana dirəcəyinin anonsunu verməklə yanaşı, Rusiya ilə münasibətlərə üstünlük verəcəyinə işarə edir. Bununla da Şimaldan dəstək almaqla yanaşı, iki ölkə münasibətlərinin normallaşması əleyhinə olan bir sıra xarici və yerli qruplara yaxınlaşmaq istəyini reallaşdırmaq niyyətini güdür.

Aydındır ki, Serj Sarqsyanın çıxışı revanşistləri və sülh müqaviləsinin imzalanmasını istəməyən qrupları aktivləşdirmək, özünə cəlb etmək məqsədi güdür. Təbii ki, baş verənlər hakim partiya tərəfindən diqqətlə izlənilir və vitse-spiker Ruben Rubinyanın elə dünən "hakim partiyanın seçkiöncəsi proqramında Şuşa və Hadrutun "azad edilməsi" ilə bağlı vədlər olmayacaq" açıqlaması birbaşa Serj komandasına cavab idi. Bununla hakim partiya bildirir ki, 2026-cı il seçkisinə heç bir müharibə, revanş, Qarabağ kimi şüarlarla qatılmayacaq. Bunu, eyni zamanda, Qarabağ ermənilərini qızışdıran qruplara və separatçı tör-töküntülərə cavab kimi də qəbul etmək olar.

Eyni zamanda, Nikol Paşinyanın elə bu gün "bütün çətinliklərə baxmayaraq, sülh gündəminə sadiqik" bəyanatı da cavab kimi dəyərləndirilməlidir və hökumətin revanşizm, müharibə, ordu kimi təhlükəli tezislərdən uzaq durduğuna işarədir. Çünki VSP elitası gözəl dərk edir ki, bu tip fikir və tezislər Azərbaycanın xoşuna gəlməyəcək və səbir kasasını daşıracaq. Belə bir hal isə həqiqətən Ermənistan üçün əsl faciəyə çevrilə bilər.

Erməni siyasi mühitinin analizi isə göstərir ki, həm Robert Koçaryan, həm də Serj Sarqsyanın seçkidən əvvəl aktivləşməsi 2026-cı ilin qızğın rəqabət formatında keçəcəyinə dəlalət edir. Bununla yanaşı, Serjin müharibə və ordu tezislərinin hələ də 2020-ci il dəmir yumruğunu unutmayan, siyasi təlatümlərdən bezən erməni cəmiyyəti üçün nə dərəcədə lazımlı olacağını nəticələr göstərəcək...

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Aprel 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri