Icma.az
close
up
RU
Sərmayələrin yeni gündəliyi

Sərmayələrin yeni gündəliyi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan və BƏƏ yeni əməkdaşlıq sənədi imzalayıb

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində həmkarı, bu ölkənin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə İqtisadiyyat Nazirliyi və ADNOC-un investisiya platforması olan XRG arasında yeni əməkdaşlıq razılaşması imzalanıb. Razılaşma təbii qazın hasilatı sahəsində əməkdaşlıq edən SOCAR və XRG arasında tərəfdaşlığı enerji təchizatının şaxələndirilməsi istiqamətində genişləndirəcək. Xatırladaq ki, BƏƏ-nin XRG platforması ilə İqtisadiyyat Nazirliyi arasında bir neçə ay əvvəl Cənub Qaz Dəhlizində investisiya haqqında anlaşma memorandumu da imzalanıb ki, bu sənədlər yeni investisiya açarı sazişi kimi xarakterizə oluna bilər. Dünyanın ən nüfuzlu sərmayə institutlarından biri olan XRG-nin ölkəmizdəki layihələrdə təmsil olunması yüz milyonlarla dollar qeyri-neft investisiyasının cəlbi deməkdir.

Ölkəmizdə BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı hörmət, dərin etimad və möhkəm dostluğa əsaslanan münasibətlər son illərdə inkişaf edərək ən yüksək səviyyəyə çatıb. Dövlət başçılarının davamlı xarakter alan qarşılıqlı səfərləri, hökumət və dövlət orqanlarının nümayəndələrinin intensivləşən görüşləri, parlamentlərarası fəal münasibətlərin qurulması, habelə beynəlxalq platformalarda faydalı əməkdaşlıq dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq zirvəsinə qalxmasına səbəb olub.

Tərəflər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin enerji infrastrukturuna investisiyanın cəlb edilməsi, gəlirlərin şaxələndirilməsi və etibarlı tərəfdaş kimi rolunun gücləndirilməsi də strateji əhəmiyyət daşıyır. 2016-cı il fevral ayında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması iqtisadi sektorda gələcək dərin əməkdaşlıq üçün mühüm təməllər yaradıb. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyinin, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlaması münasibətlərdə uzunmüddətli dövr üzrə yeni əməkdaşlıq səhifəsi açıb. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır.

“Masdar”ın  2 milyard dollar sərmayəsi

Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri Azərbaycanın strateji tərəfdaşı kimi enerji və iqtisadi inkişafa töhfə verir. BƏƏ tərəfindən investisiya qoyuluşunda əsas sahə kimi “yaşıl enerji” sektoru mühüm əhəmiyyət kəsb etməkdədir. Ərəb sərmayəçiləri Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş bərpaolunan resursların hasilatında əsas investor kimi təmsil olunmaq niyyətindədir. Bu iqtisadi gündəliyə uyğun olaraq, BƏƏ-nin nəhəng investoru  “Masdar” Azərbaycanda ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb və stansiya 2023-cü ildə istifadəyə verilib. Qaradağ Günəş Elektrik Stansiyasının açılışı enerji sahəsində ən nəhəng layihənin icrası kimi tarixə düşüb.

“Masdar”la imzalanmış digər sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Ümumilikdə, “Masdar” şirkəti Azərbaycanda icra etdiyi investisiya planına əsasən, bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatıracaq.

Biznes Şurası ticari əlaqələrin inkişafını təşviq edir

Tərəflər arasında ticarət dövriyyəsi 2024-cü ildə 2,24 milyard dollara qədər artıb ki, bu, ərəb dövlətləri blokunda ən böyük göstəricidir. İmkanlar isə daha böyükdür. Mövcud potensialları bir platformada birləşdirən tərəflər müştərək iqtisadi hədəfləri həyata keçirmək üçün daha geniştutumlu Yol Xəritəsi hazırlayıb.

İqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti xüsusi əhmiyyət daşıyır. Komissiyanın indiyədək 8 iclası keçirilib və faydalı yekun razılaşma sənədləri imzalanıb. Həmçinin Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası arasında bir neçə ay əvvəl imzalanmış Birgə Biznes Şurasının yaradılması haqqında memorandum iki ölkənin biznes icmalarını bir platformada birləşdirən müştərək təsisat rolunu oynayır və investisiyayönümlü layihələri təşviq edir.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri