Icma.az
close
up
RU
Sərnişin avtobuslarından istifadə edənlərin nəzərinə Bu tarixdən qaydalar dəyişir

Sərnişin avtobuslarından istifadə edənlərin nəzərinə Bu tarixdən qaydalar dəyişir

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026-cı ildən avtobuslarla sərnişin daşımalarında məsafə əsaslı yeni model tətbiq olunacaq. Beynəlxalq təcrübədə "brutto müqavilə" adlanan bu sistem 2028-ci ilə qədər tam şəkildə tətbiq ediləcək.

Fərmana əsasən, dövlət büdcəsində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılacaq. Fondun əsas gəlir mənbələri benzin, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi, 2027-ci ildən Bakının bəzi ərazilərinə avtomobil girişinə görə ödəniləcək haqqdan formalaşacaq. Vəsaitlərdən daşıyıcıların xərclərinin kompensasiyası və marşrut şəbəkəsinin dayanıqlı işləməsi üçün subsidiya veriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin sözlərinə görə, hazırkı biznes modeli daşıyıcıların maliyyə imkanlarını məhdudlaşdırır və avtobus parkını yeniləməyə imkan vermir.

Onun sözlərinə görə, yeni yanaşma ilə gediş haqqı birbaşa daşıyıcılara deyil, mərkəzləşdirilmiş hesaba yönləndiriləcək: "Daşıyıcıya xidmətin dəyəri hesablanacaq, sərnişinlərin ödədiyi vəsait həmin xərci qarşılamasa, fərq dövlət subsidiyası ilə ödəniləcək. Bu, avtobus parkının yenilənməsinə və qrafiklərin ciddi şəkildə qorunmasına imkan verəcək".

Anar Rzayev, həmçinin bildirib ki, Bakı və Abşeron ərazisində avtobus şəbəkəsi yenidən işlənib. Mövcud vəziyyətə görə şəhər əhalisinin 17 faizi avtobus şəbəkəsinə çıxış imkanı əldə edə bilmir. Yeni model bu problemi də aradan qaldırmağa yönəlib.

AYNA sədri vurğulayıb ki, marşrutların fəaliyyəti çox hallarda gecə yarısına qədər davam edəcək. Sosial qruplar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi də gündəmdədir, amma bu yalnız bütün avtobusların vahid nağdsız ödəniş sisteminə keçidindən sonra mümkün olacaq.

Milli.Az xəbər verir ki, modern.az-a açıqlamasında hüquqşünas və nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, yeni mexanizm sürücü rəqabətini aradan qaldıracaq:

"Hazırda avtobus sürücüləri sərnişin uğrunda yarışır. Yeni modeldə isə daşıyıcı sərnişin sayına görə deyil, məsafəyə görə ödəniş alacaq. Bu, avtobusların qrafikə uyğun hərəkətini təmin edəcək, dayanacaqlarda süni gözləmələri aradan qaldıracaq".

Ekspertin sözlərinə görə, subsidiya yalnız müasir tələblərə cavab verən - sıxılmış qaz, elektrik mühərrikli, Gəncədə isə 2025-ci ildən sonra istehsal olunan dizel avtobuslarına veriləcək. "Bu yanaşma sürücülərin əmək şəraitini yaxşılaşdıracaq, avtobus parkının yenilənməsini sürətləndirəcək və nəticədə sərnişinlər daha rahat, təhlükəsiz nəqliyyatdan istifadə edəcəklər," - deyə Ərşad Hüseynov əlavə edib.

Yeni sistemlə ödənişlər yalnız elektron formada həyata keçiriləcək. "Tarif menyusu" modeli, yəni aylıq və illik paketlər, bir neçə marşrut üzrə vahid biletlərin tətbiqi də gündəmdədir.

Ərşad Hüseynov söyləyib ki, ictimai nəqliyyat sırf kommersiya məqsədli bir fəaliyyət deyil. Bu, sosial əhəmiyyət daşıyan bir sahədir və hər kəs üçün əlçatan olmalıdır. Əlçatanlıq isə sərfəli gedişhaqqı, dayanıqlı və keyfiyyətli xidmət deməkdir.

"İndiyə qədər biz bu sistemin effektiv fəaliyyətini görə bilmirdik. Çünki əsas maliyyələşmə mənbəyi məhz sərnişinlərdən toplanan gedişhaqqı idi. Bu səbəbdən də daşıyıcılar sərnişin uğrunda mübarizə aparır, yeni avtobusların alınmasında çətinliklər yaşayırdılar. Ancaq dövlət dəstəyi ilə bu problemlərin həlli real və mümkün olacaqdır. Yeni sistemin əsas mahiyyəti ondan ibarətdir ki, yanacağın üzərində olan yol vergisinin bir hissəsi ictimai nəqliyyat fonduna yönəldiləcək", - deyə ekspert əlavə edib:

2027-ci ildən sonra Bakı şəhərinin bəzi zonalarına avtomobil girişinin ödənişli olması planlaşdırılır.

Ekspert qeyd edib ki, bu məsələ hələ tam dəqiqləşdirilməyib: "Dünyanın müxtəlif ölkələrində mərkəzi hissələrə avtomobil girişini qadağan edən modellər sınaqdan keçirilib, lakin bu cür sərt tədbirlər çox zaman effektiv olmayıb. Çünki belə qadağaları keçmək üçün qeyri-adi üsullara əl atılırdı. Ən uğurlu beynəlxalq təcrübə odur ki, bu zonalara giriş ödənişli olur. Lakin bu zaman həmin ərazilərdə ideal ictimai nəqliyyat və mikromobillik (velosiped yolları, skuter yolları və s.) şəraiti yaradılır. Beləliklə, vətəndaş öz şəxsi avtomobili ilə gəlməkdənsə, alternativ nəqliyyatdan istifadə etməyi daha məqsədəuyğun hesab edir. Yox, əgər biri yenə də şəxsi avtomobili ilə gəlmək istəyirsə, bu zaman müəyyən bir ödəniş etməlidir. Prinsip budur".

Onun sözlərinə görə, burada astronomik və ya fantastik qiymətlərdən söhbət gedə bilməz. "Qiymətlər məntiqi və vətəndaş üçün anlaşılan olmalıdır. Həmin zonaların dəqiq sərhədləri və lisenziya məsələləri isə gələcəkdə açıqlanacaq".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri