Icma.az
close
up
RU
Sərnişin təyyarələrini saxta sənədlərlə idarə edən pilot ifşa olundu

Sərnişin təyyarələrini saxta sənədlərlə idarə edən pilot ifşa olundu

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropanın hava nəqliyyatında qalmaqallı hadisə qeydə alınıb. AzPost xəbər verir ki, Litvanın “Avion Express” aviaşirkətində çalışan pilot saxta sənədlərlə aylarla kapitan vəzifəsini icra edərək yüzlərlə sərnişini daşıyıb.

Alman mətbuatının məlumatına görə, həmin şəxs əvvəllər yalnız ikinci pilot kimi fəaliyyət göstərib, lakin saxta sertifikatlar təqdim edərək özünü təcrübəli kapitan kimi qələmə verib. Bu yolla o, Avropanın müxtəlif şəhərlərinə kommersiya reyslərini idarə edib.

Araşdırma nəticəsində məlum olub ki, pilot əvvəllər İndoneziya milli aviaşirkətində çalışıb və heç vaxt təyyarə komandiri kimi lisenziya almayıb. Buna baxmayaraq, o, Avion Express şirkətində yüksək vəzifəyə qəbul olunaraq uzun müddət uçuşları idarə edib.

Şirkətin nümayəndəsi bildirib ki, saxtakarlıqla bağlı ilkin məlumat daxil olduqdan dərhal sonra əməkdaş işdən azad edilib. Hazırda daxili istintaq aparılır və onun hansı uçuşları həyata keçirdiyi dəqiqləşdirilir.

Avion Express rəsmiləri bildiriblər ki, işə qəbul prosedurları beynəlxalq aviasiya qaydalarına uyğun həyata keçirilir və bu hadisə “insan faktoru və sənəd yoxlanışı sistemindəki boşluqların nəticəsi” kimi qiymətləndirilir.

Məlum olub ki, fırıldaqçı təkcə litvalı aviaşirkət üçün deyil, eyni zamanda bir neçə Avropa aviaşirkətinə icarə əsasında təyyarələr idarə edib. Almaniyanın bir hava daşıyıcısı artıq bu məsələ ilə bağlı təhlükəsizlik ekspertləri ilə məsləhətləşmələr aparır.

Qeyd edək ki, 2005-ci ildə yaradılmış “Avion Express” şirkəti Avropa, Latın Amerikası və Yaxın Şərqdə çarter uçuşları həyata keçirir və 55 ədəd Airbus A320 təyyarəsinə malikdir. Hadisə aviasiya təhlükəsizliyi sistemlərinin etibarlılığı ilə bağlı ciddi suallar doğurub.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Noyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri