Icma.az
close
up
RU
“Sərnişindaşıma ilə məşğul olan şirkətlərə dövlət dəstəyi mütləqdir” EKSPERT FOTO

“Sərnişindaşıma ilə məşğul olan şirkətlərə dövlət dəstəyi mütləqdir” EKSPERT FOTO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda ictimai nəqliyyatın inkişaf etdirilməsi istiqamətində bir sıra addımlar atılır. Xüsusən Bakıda şəhər küçələrinin sakinlər üçün əlverişli hala gətirilməsi və piyadaların rahat hərəkətinin təmini dövlətin prioritet məsələlərindən biridir. Bununla bağlı ölkə başçısı Prezident İlham Əliyev də bu ilin yanvar ayında dövlət proqramını təsdiqlədir. Hələ ötən ildən başlayan avtobus zolaqlarının çəkilməsi isə paytaxt sakinlərinin ictimai nəqliyyatdan əvvəlki dövrlərdəki narazılıqlarını böyük ölçüdə aradan qaldırdı. Ölkəyə gətirilən elektrikli avtobusların xəttə buraxılması həm Bakını köhnə avtobusların qara tüstüsündən qismən də olsa azad etdi, eləcə də daha çox sərnişin daşımağa, eləcə də sərnişinlərin lazımi ünvanlara daha tez çatmalarına şərait yaratdı.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında deyib ki, avtobus zolaqlarının çəkilməsi ilk növbədə avtobuslarda orta sürətin atmasına gətirib çıxarır. Yəni, orta sürət əvvəl 35-40 dəqiqə, bəzən 50 dəqiqə nəzərdə tutulurdusa, artıq orta sürət 12-22 dəqiqə arasında dəyişir.

“Bu, öz özlüyündə çox möhtəbər bir göstəricidir və biz bunu əslində, daha da aşağı sala bilərik. Yəni, zolaqların sayını artırmaqla hərəkət intensivliyini daha da yüksəldə bilərik. Bütün hallarda bu göstəricilər onu deməyə əsas verir ki, sənişindaşımada maraq təmin olunub. Yəni, sənişinlərin marağı təmin olunub. Bu da onu deməyə əsas verir ki, ümumi göstəricilər gələcəyə doğru proqnozlarla üst-üstə düşür. Cənab Prezident tərəfindən təsdiq edilmiş dövlət proqramı mövcuddur ki, bu proqram Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə yönəlib. Proqramın əsas məqsədlərindən biri ictimai nəqliyyata əlçatanlığı artırmaqdır. Bu baxımdan insanların ictimai nəqliyyatdan istifadəyə marağı daha da artmalıdır. Amma bu, həm də yaxşı şərait tələb edir, keyfiyyət artmalıdır. Bu keyfiyyətin artırılması ilə bağlı müəyyən adımlar atılır.

Artıq “BakuBus”ın yeni avtobusları, ötən il COP29 ərəfəsində ölkəyə gətirilən 160 ədəd elektrik avtobusu və digər daşıyıcı şirkətlər tərəfindən alınan müasir avtobuslar göstərdi ki, avtobus parkımız tədricən yenilənir. Ardınca digər daşıyıcı şirkətlərin alıb gətirdiyi avtobuslar da onu göstərir ki, avtobus parkımız get-gedə yenilənir. Bu gün Bakı şəhərində təxminən 2200 avtobus var, amma bizə təxminən 2800 avtobus lazımdır. Bunlardan da 100-ə qədəri istismara yararsızdır və dəyişilməlidir.

Belə görünür ki, Azərbaycanda yaxın vaxtlarda avtobus istehsalı başlayır, Çin şirkəti bunu həyata keçirəcək. Beləliklə, müəyyən bir hissəsi yerli istehsal hesabına başa gələcək.  Ancaq xaricdən də bu avtobusların gətirilməsi davam etdirilməlidir. Çünki yerli istehsalda say o qədər də çox deyil. İllik güc artıq kifayət deyil. Ola bilsin, gələcəkdə bu arta bilər”.

Elməddin Muradlı onu da qeyd edib ki, bu gün hələ də sərnişindaşıma ilə məşğul olan şirkətlərin fəaliyyəti üçün müxtəlif ölçüdə əlavə xərclər var və bu mövzuda həmin şirkətlərin dövlətdən gözləntiləri də böyükdür.

“Daşıcıların gəlir əldə etməkdə çətinlik çəkməsinin səbəbləri isə çoxdur. Birincisi, biz qeyd elədik. Onlar kifayət qədər baha qiymətə elektrikli oktobuslar, CNG ilə işləyən avtobuslar alıb gətirirlər və bunlar təxminən 300-500 min manat qiymətindədir. Onların qarşısında da hədəf qoyulub ki, təxminən bu avtobusları 10 il istifadə etməlidirlər. Bu şirkətlər həmin avtobusları 10 il istifadə edib 50 qəpikdən də sərnişin daşıyıb nə qədər müddətə o pulu çıxara bilər? Ona görə mən düşünürəm ki, bu daşıyıcılara dövlət tərəfindən hər hansı bir dəstəyin göstərilməsinə ehtiyac var.

Subsidiya verilə bilər, dotasiyalar ayrıla bilər və yaxud da başqa bir formada dəstək göstərilə bilər. Bunların yolu tapılmalıdır, çünki bu daşıyıcılar sahibkarlıq subyektidir və onlar qazanc əldə etmək həvəsindədirlər ki, bu xidməti göstərsinlər. O baxımdan düşünürəm ki, burada stimullaşdırıcı addımların atılmasına ehtiyac var.

Bildiyim qədərilə, yaxın vaxtlarda “Brutto kontraktı” deyilən sənəd icra olunacaq. Bu, beynəlxalq təcrübədə tətbiq olunub və yaxşı nəticələr verib. Sənədə əsasən, hər kilometrə görə dövlət tərəfindən daşıyıcı şirkətə pul ödənməlidir. Belə olan halda şirkətlər artıq avtobusu saat 10-da, 11-də xətdən çıxarmırlar. Onlar maraq göstərirlər ki, mütəmadi olaraq bu avtobuslar xətdə olsun, işləsin, bir nəfər də olsa, beş nəfər də olsa onu daşısın. Ancaq bunun hansı formada tətbiq olunacağı, necə tətbiq olunacağı, necə üstün bir mexanizm kimi işləyəcəyi, necə yaxşı nəticə verəcəyi hələlik tam bəlli deyil. Bu, yəqin ki, tətbiq olunandan sonra müəyyən bir müddət müşahidə aparmaq lazım olacaq ki, bu sistemi, onun effektivliyini görə bilək.

Hələlik, vəziyyət budur. Düşünürəm ki, daşıyıcı şirkətlərin ayaqda qalması üçün onlara müəyyən bir dəstək olmaq lazımdır və bu dəstəyin də dövlət tərəfindən əyata keçiriləcəyini mən ümid edirəm. Çünki dövlətimizin buna imkanı var, dövlətimiz buna qadirdir və hər bir halda nəzarə almaq lazımdır ki, işləmiyyətlərin dünyanın heç bir yerində öz-özünü saxlayıb ayaqda qala bilmək. Mütləq dövlət tərəfindən ya nəzarət, ya dəstək olmalıdır”

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Avqust 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri