Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olaraq həm özünün, həm də daşıdığı sərnişinlərin həyatını ciddi risk altına atan sürücü Ekoloji nəzarət postunda saxlanılıb.
Missiya.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, sürücü Əlifağa Aqil oğlu Həsənov ilə aparılmış profilaktik söhbətdən sonra barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib:
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, sərnişindaşıma fəaliyyəti yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil olunmalı və bu fəaliyyət zamanı sərnişinlərin təhlükəsizliyi tam təmin edilməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 14 Avqust 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















