Icma.az
close
up
RU
Sərnişindaşıma sahəsində ciddi dəyişikliklər müşahidə olunmaqdadır EKSPERT FİKRİ

Sərnişindaşıma sahəsində ciddi dəyişikliklər müşahidə olunmaqdadır EKSPERT FİKRİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Son illər ərzində Azərbaycanda sərnişin daşıma sahəsində ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Xüsusilə Uber, Bolt, Yandex kimi beynəlxalq onlayn taksi platformalarının ölkə bazarına daxil olması taksi xidmətlərində əhəmiyyətli dərəcədə ucuzlaşma və əlçatanlığın artması ilə nəticələnmişdir. Bu platformalar vasitəsilə göstərilən xidmətlər sürət, rahatlıq və əlverişli qiymətlərlə seçildiyi üçün qısa müddət ərzində geniş istifadəçi auditoriyasına sahib olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib.

Onun sözlərinə görə, əvvəllər, bazarda “*777”, “*1111” kimi bir sıra yerli taksi şirkətləri kifayət qədər aktiv fəaliyyət göstərirdi: "Onlar əsasən fərdi şəxslərin avtomobillərini xidmətə cəlb etməklə taksi sahəsində öz mövqelərini qoruyurdular. Lakin rəqəmsal platformaların gətirdiyi texnoloji üstünlüklər və qiymət rəqabəti fonunda bu şirkətlərin əksəriyyəti fəaliyyətlərini məhdudlaşdırmaq və ya tamamilə dayandırmaq məcburiyyətində qaldılar.

Bu prosesə yalnız neqativ prizmadan baxmaq düzgün olmazdı. Əslində, burada söhbət inhisarçılıqdan deyil, sərbəst bazar iqtisadiyyatında baş verən normal rəqabət prosesindən gedir. Uber və Bolt kimi beynəlxalq şirkətlərin fəaliyyəti nəticəsində bazarda tələbat və təklif arasında daha səmərəli balans yarandı, qiymətlər sabitləşdi və xidmətin keyfiyyəti yüksəldi".

Ekspert qeyd edib ki, digər tərəfdən, bu rəqabət nəticəsində vətəndaşlar daha ucuz, sürətli və keyfiyyətli xidmətlərdən istifadə etmək imkanı qazandılar: "Bu da göstərir ki, açıq bazar iqtisadiyyatında rəqabət yalnız şirkətlərin deyil, həm də istehlakçıların xeyrinə işləyir.

Eyni zamanda qeyd edilməlidir ki, yerli taksi şirkətləri də müasir texnologiyalara uyğunlaşmalı, onlayn sifariş sistemlərini təkmilləşdirməli və xidmət keyfiyyətini artırmalıdırlar ki, rəqabətə davam gətirə bilsinlər. Dövlətin də bu sahədə rəqabətli mühiti qorumağa və həm milli, həm də xarici şirkətlər üçün bərabər şərait yaratmağa davam etməsi vacibdir.

Nəticə olaraq, taksi xidmətləri bazarında baş verən bu dəyişikliklər bir tərəfdən rəqabəti gücləndirmiş, digər tərəfdən isə xidmətin əlçatanlığı və keyfiyyətini artırmışdır. Bu, iqtisadi baxımdan sağlam və cəmiyyət üçün faydalı bir inkişaf kimi qiymətləndirilə bilər" - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyun 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri