Icma.az
close
up
RU
Sərnişindaşımada bahalaşmaya çarə tapıldı: Yeni sistem tətbiq oluna bilər

Sərnişindaşımada bahalaşmaya çarə tapıldı: Yeni sistem tətbiq oluna bilər

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlərdə ictimai nəqiliyyatlarda gedişhaqqınıın artırılması ilə bağlı ciddi iddialar səsləndirilir. İddia olunur ki, sərnişindaşıma tarifləri xərcləri ödəmir. Əslind bu, tanış "havadır". Adətən nəqliyyat xərcləri artırılmazdan əvvəl belə yollarla bir növ "hazırlıq işləri görülür".
Demək olar, hər il sərnişindaşıma tarifləri artır. Bu isə haqlı narazığa səbəb olur. Növbəti qiymət artımı gözlənilirmi?
Bu barədə iqtisadçı-ekspert, Real partiyasının sədri Natiq Cəfərli Azərbaycanda nəqliyyat qiyməti və onların keyfiyyətinin çox yalnış istiqamətdə müzakirə olunduğunu qeyd edib: "Azərbaycanda nəqiliyyatdan istifadənin birdəfəlik qiyməti müzakirə olunur. Bu, çox yanlış yanaşmadır. Ümumən, bir çox xarici ölkələr artıq bu metdoddan imtina ediblər. Birdəfəlik gedişhaqqının hansı səviyyədə olması əslində vətəndaşı çox az maraqlandırmalıdır. Normal tənzimləmə sistemi olduqda mümkündür. Bu sistem isə əsasən normal olaraq günlük, aylıq, altı aylıq, bir illik biletlər dövriyəyə çıxsa zaman artıqca qiymətlər aşağı düşsə o zaman birdəfəlik gedişhaqqının əhəmiyyəti artıq qalmayacaq. Ondan yalnız turistlər və ya anidən məcburiyyətdən minməli olan vətəndaşlar istifadə edəcək. Gündəlik istifadə edənlər isə həftəlik biletlər alacaqlar, amma bir şərtlə ki, zaman artıqca qiymətlər aşağı düşməlidir. Birdəfəlik gedişhaqqı misal üçün əlli qəpik dəyərindədirsə, bir illik biletdə  bu, 20-25 qəpik arasında olmalıdır. Düşünürəm, bu cür sistem qurulsa, qeyd olunan problemlər aradan qalxacaq”.
Nəqiliyyat üzrə ekspert Elməddin Muradlı isə  hazırki vəziyyətdə ictimai nəqiliyyatın heç də ürəkaçan olmadığını və daşıyıcı şirkətlərin bu gün üçün göstərdiyi xidmət ilə mövcud olan tariflər bir-birlərinə uyğun gəlmədiyini qeyd edib: “İctimai nəqliyyat sahəsində mövcud vəziyyət, təəssüf ki, ürəkaçan deyil. Daşıyıcı şirkətlərin mövqeyindən baxdıqda aydın görünür ki, hazırkı gedişhaqqı göstərilən xidmətlə mütənasib deyil. Halbuki bu şirkətlər sahibkarlıq fəaliyyəti həyata keçirir və əsas məqsədləri qazanc əldə etməkdir. Lakin indiki qiymətlər şəraitində bunu təmin etmək, demək olar ki, mümkün olmur. Gediş haqqının artırılması dövlətin səlahiyyətində olan məsələdir və Tarif Şurasının qərarları əsasında müəyyənləşdirilir. Bu proses ictimai müzakirə yolu ilə əvvəlcədən elan edilmir. Odur ki, yaxın dövrdə qiymətlərin dəyişib-dəyişməyəcəyi barədə konkret fikir söyləmək çətindir. Daşıyıcıların mövqeyinə gəldikdə isə onlar hesab edirlər ki, mövcud tariflər ədalətli deyil. Çünki bir avtobusun alınması yüz minlərlə manata başa gəlir, lakin sərnişin daşınması üçün müəyyən edilmiş məbləğ çox aşağıdır. Üstəlik, avtobusların istismar müddəti də məhdud olduğundan xərclər daha da artır".
Eksper hazırda ictimia nəqiliyyatın dövlət dəstəyinə ehtiyacı olduğunu qeyd edib: "Bu səbəbdən dövlət dəstəyinə ciddi ehtiyac var. Bildiyim qədərilə, gələn ildən “brutto kontraktı” adlanan yeni sistem tətbiq olunacaq. Bu mexanizmə əsasən, dövlət daşıyıcı şirkətlərə sərnişin daşımadan deyil, hər kilometr hərəkətə görə vəsait ödəyəcək. Lakin hələlik bu sistemin sahibkarları tam şəkildə qane edib-etməyəcəyi məlum deyil. Hər halda dövlət tərəfindən bu istiqamətdə yeni addımların atılması müsbət haldır. Lakin prosesin nəticələrinin necə olacağı, qiymətlərin dəyişib-dəyişməyəcəyi barədə dəqiq fikir söyləmək üçün bir qədər gözləmək lazımdır”.(cross.media)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Avqust 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see221

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see215

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see166

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see157

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see153

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see153

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see152

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see146

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see138

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see138

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see135

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri