Icma.az
close
up
RU
Sərnişindaşımada YENİ ERA: Ağıllı qatarlarla rahat gələcəyə

Sərnişindaşımada YENİ ERA: Ağıllı qatarlarla rahat gələcəyə

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

145 illik tarixi olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişinlərin üz tutduğu əsas nəqliyyat daşıyıcısıdır. Bundan əlavə, qurum istər daxili, istərsə də beynəlxalq yükdaşımalarda mühüm əhəmiyyət kəsb edir. ADY bu illər ərzində bir nöqtəyə fokuslanmaq yerinə, daim dəyişməyi, inkişaf etməyi prioritet götürüb.

Bunu ADY-nin həyata keçirdiyi işlərdən, islahatlardan aydın görmək mümkündür. Qurumun hava-su kimi önəm verdiyi istiqamətlərdən biri də rəqəmsallaşmadır. Bu transformasiya tək zəruri texniki ehtiyac deyil, eyni zamanda, iqtisadi səmərəlilik, şəffaf idarəetmə və beynəlxalq əlaqələrin yeni mərhələsidir.

Rəqəmsallaşma ADY-yə nə qazandırır?

Vaxtın optimallaşdırılması. Rəqəmsal dispetçer sistemləri və yükün izlənməsi üzrə platformalar əməliyyat müddətlərini 30-35% azaldır. Avtomatlaşdırılmış marşrut planlaması və texniki nasazlıqların qabaqcadan aşkarlanması reys gecikmələrinin qarşısını alır.

İqtisadi səmərəlilik. Rəqəmsal inventar və resurs idarəetməsi nəticəsində dəmiryol infrastrukturunun istismar xərcləri azalır. Müştəri sifarişlərinin və satışların rəqəmsallaşması insan resursu yükünü azaldır, daha az əmək sərfi ilə daha çox iş görülür.

Şəffaflıq və hesabatlılıq. Rəqəmsal sənəd dövriyyəsi və mühasibat inteqrasiyası korrupsiya risklərini azaldır, auditi asanlaşdırır. Sənəd saxtakarlığının qarşısı alınır, operativ nəzarət imkanları genişlənir.

Xidmət keyfiyyəti və müştəri məmnuniyyəti. Elektron bilet və yük sifarişi sistemləri istifadəçilər üçün daha rahat və sürətli xidmət imkanı yaradır. Süni intellekt əsasında tənzimlənən qiymət modelləri və sərnişin axını analizləri daha balanslı təkliflər formalaşdırır.

Beynəlxalq logistik inteqrasiya. ADY-nin rəqəmsal sistemləri Orta Dəhliz və Trans-Xəzər marşrutunda multimodal yüklərin koordinasiyasını asanlaşdırır. Əlaqədar ölkələrlə informasiya mübadiləsi rəqəmsal sistemlər üzərindən tez və təhlükəsiz şəkildə baş tutur.

ADY-də rəqəmsallaşma ilə bağlı hansı işlər görülüb?

Təklifdən öncə mövcud reallığa baxmalıyıq. Çünki ADY obyektiv şərhlə rəqəmsallaşmada kifayət qədər öndədir. Azərbaycan Dəmir Yolları sərnişindaşımalarda rəqəmsallaşma və texnoloji yeniliklərə böyük önəm verir. Məqsəd səyahəti sərnişinlər üçün daha rahat, daha əlçatan və müasir etməkdir, eyni zamanda, yükdaşıma əməliyyatlarını sürətli həyata keçirməkdir.

Gəlin prosesin xülasəsinə baxaq:

2024-cü ilin iyulunda ADY-nin ölkədaxili marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı həm də elektron şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə icazə verilib. Belə ki, My.gov.az portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR-kod şəklində əldə edib, həmin QR-kodu səfəröncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı - red.) oxutmağa təqdim etməsi kifayətdir.

2024-cü ilin oktyabrında Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması üçün 47 milyon dollarlıq kreditin ayrılmasını təsdiq edib.

ADY 2024-cü ilin noyabrında yenilənmiş istifadəçiyönümlü korporativ veb-saytını - www.ady.az - təqdim edib. Sayt həm sərnişinlərin, həm də biznes tərəfdaşlarının ADY-nin xidmətlərindən daha rahat yararlanmasını təmin edir.

ADY 2024-cü ilin dekabrında da rəqəmsal yeniliklərə imza atıb. Onlayn tarif kalkulyatoru və "ADY Smart" platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və "bir pəncərə" sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Yükgöndərənlər artıq "ADY Smart" vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı əldə edib. "ADY Smart"ın təqdim etdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi (naryad) sistemidir.

Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir.

2025-ci ilin aprelində əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni elektron xidmət portalı (portal.ady.az) istifadəyə verilib.

2025-ci ilin mayında ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan "digital.login" ilə uğurla inteqrasiya edilib. Bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır. İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən - "SİMA İmza", "Asan İmza", "SİMA Token" (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmzadan istifadə edə bilirlər.

Görünən odur ki, ADY rəqəmsallaşmada vacib olan addımların hər birini atıb və kifayət qədər uğurludur.

Yeni yanaşmalarla bağlı nələri təklif etmək olar?

Bunun üçün əvvəlcə dünya praktikasına göz atmalıyıq. Məsələn, Estoniya modelinə baxsaq, blokçeyn texnologiyasının tətbiqini qeyd edə bilərik ("X‑Road" platforması və "e‑Customs" sistemləri). Estoniya nəqliyyat və logistika sahəsində blokçeyn texnologiyasından sənəd dövriyyəsi və yükdaşımalar üzrə rəqəmsal şəffaflıq üçün geniş istifadə edir. Xüsusilə xarici ticarət sənədləri və gömrük əməliyyatlarında bu texnologiya tətbiq olunur.

Yükdaşımalarının icazələrini, təsdiqləri və sertifikatları blokçeyn üzərində qeydiyyata almaqla tam şəffaf və əlçatan məlumat bazası yaratmaq mümkün olar. Hazırda ADY-nin sənəd dövriyyəsi və yüklə bağlı əməliyyatları rəqəmsallaşdırılıb, amma blokçeyn texnologiyasına əsaslanan açıq və dəyişməz məlumat bazası tətbiq olunmayıb.

Növbəti rəqəmsal təklif kimi Almaniyanın (Deutsche Bahn) "Rəqəmsal əkiz" texnologiyasını nəzərdən keçirə bilərik. Qatarların, relslərin və əsas stansiyaların 3D rəqəmsal modelləri yaradılmaqla nasazlıqları qabaqcadan müəyyən etmək mümkün olar.

Almaniyada sensor məlumatları əsasında 33 000 kilometr rels və 5 700 stansiya üçün real vaxt simulyasiyası hazırlanıb. ADY-də qatarlara texniki nəzarət var, ancaq rəqəmsal əkiz modellərlə qatar, lokomotiv və rels üçün 3D real vaxt simulyasiya sistemi mövcud deyil.

Daha sonra Yaponiyanın açıq API (Application Programming Interface - Tətbiq Proqramlaşdırma İnterfeysi) platformasına diqqət edə bilərik. Yaponiyada dəmir yolu operatorları - xüsusilə "JR East" və "Tokyo Metro" ictimai nəqliyyat datalarını açıq API-lərlə startaplara təqdim edirlər.

Nəticədə marşrut planlayıcıları, real vaxt tətbiqləri və xidmət əlavələri yaradılır. ADY-nin öz daxili portalları və mobil tətbiqi var, lakin startaplar üçün ADY sistemlərinə inteqrasiya imkanı yaradılarsa, onlar müstəqil mobil proqramlar, izləmə alətləri, planlayıcı sistemlər tədqiq edə bilərlər.

Qısa müddət üçün çətin görünən, amma perspektiv üçün uğurlu bir addım da atıla bilər. Söhbət avtomatlaşdırılmış və operatorsuz qatar sistemindən gedir. Belə olan təqdirdə qatarlar sensorlar, GPS və xüsusi proqram təminatı vasitəsilə marşrut üzrə hərəkət edir, sürəti tənzimləyir, stansiyalarda dayanır və təhlükəsizliyi təmin edir. Dünyada bu texnologiya sürətlə yayılır. Məsələn, Sinqapurun metro operatoru MRT, İsveçin paytaxt metrosu "Stockholm Tunnelbana" sistemlərində operatorsuz qatarlar uğurla fəaliyyət göstərir. Yaponiyanın "Shinkansen", Fransanın TGV və Almaniyanın "Deutsche Bahn" kimi məşhur dəmir yolu şirkətləri və operatorları yüksəksürətli qatarlarda bu texnologiyanın tətbiqinə yer verirlər.

Əsas üstünlükləri insan səhvlərinin azalması, qəza risklərinin minimuma enməsi, sürət və fasilələrin optimallaşdırılmasıdır. Bu addım nəqliyyat xidmətinin təhlükəsizliyini və səmərəliliyini artırır, əməliyyat xərclərini azaldır.

Bir təklif kimi də əlilliyi olan şəxslər üçün Finlandiyanın süni intellekt əsaslı "VR Group" dövlət şirkətinin modelini nümunə göstərə bilərik. Bu çərçivədə ADY-nin mobil tətbiq və sistemlərinə səslə idarəetmə funksiyası, yüksək kontrast rejimi, sadələşdirilmiş vizual interfeys kimi inklüzivlik alətləri inteqrasiya edilə bilər.

Ekspert rəyləri

Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov mövzu ilə bağlı Oxu.Az-a danışarkən bildirib ki, son illərdə dəmir yolu sistemində innovativ yanaşmalara daha geniş yer verilməyə başlanıb:

"Azərbaycan Dəmir Yollarında rəqəmsal həllərin və elektron xidmətlərin tətbiqinin genişləndiyi açıq şəkildə müşahidə olunur. Blokçeyn texnologiyaları, eləcə də müxtəlif innovativ alət və yanaşmalar artıq strateji inkişaf istiqamətləri kimi müəyyənləşdirilib. Gələcək mərhələdə isə süni intellekt texnologiyalarının, rəqəmsal əkizlərin və digər qabaqcıl texnoloji həllərin dəmir yolu sisteminə inteqrasiyası əsas prioritetlərdən biri olacaq".

Deputat əlavə edib ki, ADY-nin rəqəmsal sistemlərinə "GreenRail" adlı karbon qənaəti funksiyası inteqrasiya edilə bilər:

"Belə ki, sərnişin bilet aldığı zaman ona qatarla bu səfəri etdiyi üçün nə qədər karbon emissiyasının qarşısını aldığı barədə məlumat təqdim olunur. Eyni zamanda, şəxsi ekoloji izi əks etdirən hesabat da əlavə edilə bilər. Bu addım ekoloji məsuliyyəti təşviq edir, sərnişinlərdə "yaşıl seçim" vərdişi formalaşdırır, ADY-nin ekoloji baxımdan məsuliyyətli və innovativ dövlət qurumu imicini gücləndirir. Bu praktika İsveçin dövlət dəmir yolu şirkəti olan "Statens Järnvägar"də var. Şirkətin rəsmi saytında və bilet alışı zamanı "CO₂ savings calculator" funksiyası mövcuddur.

Bundan əlavə, sərnişinlər üçün süni intellekt əsaslı vaqon və oturacaq tövsiyə sistemi - "SmartCoach" yaratmaq olar. Yaponiyada "JR Central" şirkəti "Shinkansen AI Coach Optimization" fərdi oturacaq texnologiyasını həyata keçirir. Avstraliyada isə "NSW TrainLink" dəmir yolu operatoru "AI-Powered Seating Suggestion" sistemi vasitəsilə sərnişinlər üçün uyğun oturacaq və marşrut optimallaşdırmasını təmin edir. Bu texnologiya pik saatlarda sərnişin axınının optimallaşdırılması, uşaqla səyahət edənlər üçün daha rahat vaqon seçimi, əlilliyi olan sərnişinlər üçün uyğun giriş-çıxışları olan yerlərin təklifi və komfortlu səyahətə imkan yaradacaq. Bu cür texnoloji həllər ADY-nin innovativ dövlət qurumu imicini möhkəmləndirəcək və beynəlxalq rəqabətə davamlılıq qazandıracaq".

"Azərbaycan Dəmir Yolları" QSC-nin Rəqəmsal inkişaf departamentinin layihə meneceri Kamran Rzazadə ADY-nin rəqəmsal strategiyası ilə bağlı Oxu.Az-a açıqlamasında bu fikirlərə yer verib:

"ADY, xüsusilə son üç il ərzində rəqəmsallaşma sahəsində bir sıra uğurlara imza atıb. Rəqəmsallaşma sahəsinə qoyulan investisiyalar təkcə ölkənin iqtisadi artımına deyil, həm də vətəndaşların həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verir. Sərnişindaşıma sahəsində rəqəmsallaşma və texnoloji yeniliklərə böyük önəm veririk. Məqsədimiz qatarla səyahəti daha rahat, daha əlçatan və müasir etməkdir.

Abşeron dairəvi dəmiryol marşrutunda son üç ildə bir sıra vacib yeniliklər edilib. Artıq sərnişinlər ödənişi bank kartı, "Apple Pay" və "Google Pay" ilə rahatlıqla edə bilirlər. Həm fiziki, həm də virtual kartlardan istifadə mümkündür. Stansiyalarda isə köhnə turniketlər yeni və daha sürətli sistemlərlə əvəz olunub.

Hazırda isə "SimaPay" - üztanıma ilə ödəniş sisteminin test işləri davam etdirilir. Bununla ölkəmizdə ictimai nəqliyyatda daha bir ilkə imza atacağıq. Məqsədimiz sərnişinlərin turniketdən təmassız, rahat keçidini təmin etmək, xüsusilə pik saatlarında turniketlərdə növbələrin, sıxlığın azaldılmasına nail olmaqdır.

2023-cü ilin oktyabrında istifadəyə verilən "ADY Mobile" tətbiqinin artıq 180 mindən çox aktiv istifadəçisi var. Rayonlararası istiqamətlərdə Ady.az saytı üzərindən onlayn satışlar da daim artır.

Artıq satışların 76%-i nağdsız ödənişlə həyata keçirilir. Bu, sərnişin vərdişlərində müsbət dəyişikliklərin göstəricisidir. Həmçinin fiziki gediş kartlarının balansının onlayn doldurulması üçün işlərimizi davam etdiririk.

Ötən ildən bir sıra stansiyalarda və rayonlararası qatarlarda sərnişinlər üçün pulsuz internet bağlantısı təqdim olunub.

Bu il də əsas hədəfimiz prosesləri daha da sürətləndirmək, xidmətləri daha da sadələşdirməkdir".

Sonda isə qeyd etdiyimiz bütün bu fikirlərin yükünü təkcə ADY-nin üzərinə yıxmamalı, sosial məsuliyyətdən boyun qaçırmamalıyıq. Platformalardan düzgün istifadə etməli, rəqəmsallaşmanın üstünlüklərindən faydalanmalı, texnoloji avadanlıqlara daha həssas yanaşmalı, əzməməli, qırmamalı, sıradan çıxarmamalıyıq. Çünki yaradılan hər bir şərait vətəndaşa xidmət edir. Vətəndaş da elə bizik - siz, mən, onlar, bu ölkədə yaşayan hər kəs. Fransanın ən parlaq filosofu Rene Dekartın dediyi kimi: "Sizə işıq tutanlara arxa çevirsəniz, yalnız öz qaranlığınızı görəcəksiniz".

Sonda isə anonsu səsləndirək: Növbəti dayanacaq - İnkişaf!

Qeyd edək ki, bu yazı "Azərbaycan Dəmir Yolları" QSC və Mətbuat Şurasının "Azərbaycan Dəmir Yolları - 145 illik inkişaf yolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 İyun 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see330

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

26 İyun 2025 02:27see164

İrana hücumu mətbuata kim sızdırıb?

26 İyun 2025 12:21see147

Bakıda güclü partlayış baş verib VİDEO

26 İyun 2025 23:26see131

Ukrayna dronları Rusiya S 400 nü belə məhv etdi Video

26 İyun 2025 23:07see128

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

26 İyun 2025 23:12see125

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

25 İyun 2025 21:15see125

Ulduzlar bu 5 bürcə yeni həyat vəd edir: bəxtəvərlər siyahısında kimlər var?

26 İyun 2025 18:49see120

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

25 İyun 2025 20:20see119

Çempiondan 24 xallıq fərq

26 İyun 2025 02:13see119

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

25 İyun 2025 21:21see118

Tramp: Yük maşınları İranın nüvə obyektindən heç nə çıxara bilməyib

26 İyun 2025 20:37see118

Şərəf ordenli jurnalist vəfat edib FOTO

25 İyun 2025 21:05see117

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

25 İyun 2025 23:38see117

Twitch rəsmi olaraq Rusiya bazarını tamamilə tərk edə bilər...

25 İyun 2025 22:44see115

Yevlaxda TIR daş yüklü avtomobilə çırpılıb FOTO

26 İyun 2025 01:53see113

Rep oxuduğuma görə qarğış edirlər Alim Qasımov

26 İyun 2025 19:36see112

Kansler Fridrix Merts Almaniyanın Avropa İttifaqına tam dəstəyini ifadə edib

27 İyun 2025 07:26see111

Nazim Elarizlə əlbəyaxa davasından DANIŞDI

26 İyun 2025 00:30see111

Dünyanın ən dərin barı açılacaq 164 milyon dollar xərclənəcək

26 İyun 2025 23:18see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri