Icma.az
close
up
RU
Sertifikasiyada kütləvi kəsilmə: Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı

Sertifikasiyada kütləvi kəsilmə: Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar müəllimlərin sertifikasiya imtahanlarında kütləvi şəkildə kəsilməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Xüsusilə də uzun illər təhsil sahəsinə töhfə vermiş, təcrübəli və yaşca böyük müəllimlərin bu imtahanlarda uğursuz nəticə göstərməsi onların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı suallar doğurur. Bir çox ekspertlər hesab edir ki, yaşlı müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Çünki bu kateqoriyaya daxil olan müəllimlər texnologiyaya adaptasiya baxımından gənc həmkarlarından geri qala bilərlər.

Yenisabah.az məsələ ilə bağlı sabiq deputat Etibar Əliyevlə əlaqə saxlayıb. O, bildirib ki, test üsulunun olması yaşlı nəslin nümayəndələrinin imtahanlardan kəsilmə prosesini daha da qabardıb və cavan müəllimlər həmin imtahanlarda daha yaxşı nəticə əldə  edə biliblər;

“Əslində bu sertifikasiya imtahanları böyük narahatlığa səbəb oldu. Dünyanın əksər ölkələrində müəllimlərin bilik səviyyəsi və tədrisə hazırlığı yoxlanılır. Amma bu proses hər ölkədə fərqli formada keçirilir. Bizdə isə bu metod təkölçülü formada – imtahanlar şəklində həyata keçirilir. Sezar pizza

Test üsulunun olması yaşlı nəslin nümayəndələrinin imtahanlardan kəsilmə prosesini daha da qabartdı. Həmin imtahanlarda cavan müəllimlər digərlərinə nisbətən daha yaxşı nəticə göstərdilər. Əslində burada çoxsaylı iddialar da oldu ki, imtahanın cavabları əvvəlcədən paylanılıb. Bu iddialara da Nazirlik tərəfindən əsaslı cavablar verilmədi. Belə çıxır ki, cavan müəllimlər bu işdə daha aktiv olublar. Çünki onlar üçün informasiya texnologiyaları vasitəsilə işləmək daha asandır.Düzdür, bu iddialar mənə o qədər də inandırıcı gəlmir. Mən özüm də uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşam və yenə də bərpa etməyi düşünürəm. Mən inanmıram ki, yeni nəsil müəllimləri yaşlı nəslin müəllimlərindən hazırlıqlı olsunlar.

Çünki biz ali məktəblərdə verilən təhsilin səviyyəsindən dəqiq məlumatlıyıq. Orada təhsilin keyfiyyəti çox aşağı səviyyədədir. Burada hardasa qeyri-müəyyənliklər var".

Eks deputat həmçinin qeyd edib ki, əgər, 2344 müəllim təkrar sertifikasiyadan keçə bilmirsə, bu o deməkdir ki, müəllim imtahana hazırlaşa bilmir:

"Onu da qeyd edim ki, yaşlı müəllimlər öz üzərlərində daha çox işləyirlər. Ancaq onlar daha çox dərsliklərə və məzmuna üstünlük verirlər. Cavan müəllimlərin isə qazandıqları təhsili mən yetərli saymıram.Düşünürəm ki, bunlarla bağlı araşdırmalar aparılmalıdır. Çünki arada bu qədər kəskin fərq yaranmamalıdır. Əgər, 2344 müəllim təkrar sertifikasiyadan keçə bilmirsə, bu o deməkdir ki, müəllim imtahana hazırlaşa bilmir. Bu da o deməkdir ki, müəllim imtahana hazırlaşa bilmirsə, deməli, gündəlik dərsə də hazırlaşa bilmir. Görün bu hallar tədris prosesinə nə qədər mənfi təsir göstərir.Proqram dəyişsə də, dərsliklərdəki məzmun yaxın müddətdə dəyişmir. Təxminən beş il müddətində müəyyən yenilənmələr olur. Bu yenilənmələr də böyük xarakter daşımır. Müəllimlərin bunu əsas gətirməsi doğru deyil".

Etibar Əliyevin sözlərinə görə, əgər müəllim ikinci dəfə də imtahandan kəsilirsə, ona hər hansı bir güzəşt olunmamalıdır:

"Amma indiyə qədər bu müəllimlərin heç biri dərsliklərin başa düşülməməsindən, mürəkkəbliyindən danışmayıblar. Bu məsələni toplaşıb birlikdə həll etməyə çalışmayıblar. Birdən-birə durub deyirlər ki, məzmun çətindir. Həmin müəllimlərin də toplaşacaq yerləri, müəyyən kitabxanaları olmalıdır. Cəsarət edib dərsliklərdəki qüsurları dilə gətirməyi bacarmalıdırlar. Bu halın şagird üçün də anlaşılmaz olduğunu bildirməyi bacarmalıdırlar.

Bu qədər müəllimin təkrar sertifikasiyadan kəsilməsi Azərbaycan təhsilindəki böhrandan xəbər verir. Əgər müəllim ikinci dəfə də imtahandan kəsilirsə, ona hər hansı bir güzəşt olunmamalıdır. Bu, şagird taleyidir. Əgər müəllimin savadı yoxdursa, sinifə girməməlidir. Müəllimlərin işini itirməsi uşaqları savadsız yetişdirməkdən daha yaxşıdır".

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyul 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see242

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see241

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see209

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see191

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see162

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see156

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see151

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see145

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see142

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see135

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see122

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see119

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see119

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri