Icma.az
close
up
RU
Sertifikasiyada kütləvi kəsilmə: Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı

Sertifikasiyada kütləvi kəsilmə: Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar müəllimlərin sertifikasiya imtahanlarında kütləvi şəkildə kəsilməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Xüsusilə də uzun illər təhsil sahəsinə töhfə vermiş, təcrübəli və yaşca böyük müəllimlərin bu imtahanlarda uğursuz nəticə göstərməsi onların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı suallar doğurur. Bir çox ekspertlər hesab edir ki, yaşlı müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Çünki bu kateqoriyaya daxil olan müəllimlər texnologiyaya adaptasiya baxımından gənc həmkarlarından geri qala bilərlər.

Yenisabah.az məsələ ilə bağlı sabiq deputat Etibar Əliyevlə əlaqə saxlayıb. O, bildirib ki, test üsulunun olması yaşlı nəslin nümayəndələrinin imtahanlardan kəsilmə prosesini daha da qabardıb və cavan müəllimlər həmin imtahanlarda daha yaxşı nəticə əldə  edə biliblər;

“Əslində bu sertifikasiya imtahanları böyük narahatlığa səbəb oldu. Dünyanın əksər ölkələrində müəllimlərin bilik səviyyəsi və tədrisə hazırlığı yoxlanılır. Amma bu proses hər ölkədə fərqli formada keçirilir. Bizdə isə bu metod təkölçülü formada – imtahanlar şəklində həyata keçirilir. Dominos pizza

Test üsulunun olması yaşlı nəslin nümayəndələrinin imtahanlardan kəsilmə prosesini daha da qabartdı. Həmin imtahanlarda cavan müəllimlər digərlərinə nisbətən daha yaxşı nəticə göstərdilər. Əslində burada çoxsaylı iddialar da oldu ki, imtahanın cavabları əvvəlcədən paylanılıb. Bu iddialara da Nazirlik tərəfindən əsaslı cavablar verilmədi. Belə çıxır ki, cavan müəllimlər bu işdə daha aktiv olublar. Çünki onlar üçün informasiya texnologiyaları vasitəsilə işləmək daha asandır.Düzdür, bu iddialar mənə o qədər də inandırıcı gəlmir. Mən özüm də uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşam və yenə də bərpa etməyi düşünürəm. Mən inanmıram ki, yeni nəsil müəllimləri yaşlı nəslin müəllimlərindən hazırlıqlı olsunlar.

Çünki biz ali məktəblərdə verilən təhsilin səviyyəsindən dəqiq məlumatlıyıq. Orada təhsilin keyfiyyəti çox aşağı səviyyədədir. Burada hardasa qeyri-müəyyənliklər var".

Eks deputat həmçinin qeyd edib ki, əgər, 2344 müəllim təkrar sertifikasiyadan keçə bilmirsə, bu o deməkdir ki, müəllim imtahana hazırlaşa bilmir:

"Onu da qeyd edim ki, yaşlı müəllimlər öz üzərlərində daha çox işləyirlər. Ancaq onlar daha çox dərsliklərə və məzmuna üstünlük verirlər. Cavan müəllimlərin isə qazandıqları təhsili mən yetərli saymıram.Düşünürəm ki, bunlarla bağlı araşdırmalar aparılmalıdır. Çünki arada bu qədər kəskin fərq yaranmamalıdır. Əgər, 2344 müəllim təkrar sertifikasiyadan keçə bilmirsə, bu o deməkdir ki, müəllim imtahana hazırlaşa bilmir. Bu da o deməkdir ki, müəllim imtahana hazırlaşa bilmirsə, deməli, gündəlik dərsə də hazırlaşa bilmir. Görün bu hallar tədris prosesinə nə qədər mənfi təsir göstərir.Proqram dəyişsə də, dərsliklərdəki məzmun yaxın müddətdə dəyişmir. Təxminən beş il müddətində müəyyən yenilənmələr olur. Bu yenilənmələr də böyük xarakter daşımır. Müəllimlərin bunu əsas gətirməsi doğru deyil".

Etibar Əliyevin sözlərinə görə, əgər müəllim ikinci dəfə də imtahandan kəsilirsə, ona hər hansı bir güzəşt olunmamalıdır:

"Amma indiyə qədər bu müəllimlərin heç biri dərsliklərin başa düşülməməsindən, mürəkkəbliyindən danışmayıblar. Bu məsələni toplaşıb birlikdə həll etməyə çalışmayıblar. Birdən-birə durub deyirlər ki, məzmun çətindir. Həmin müəllimlərin də toplaşacaq yerləri, müəyyən kitabxanaları olmalıdır. Cəsarət edib dərsliklərdəki qüsurları dilə gətirməyi bacarmalıdırlar. Bu halın şagird üçün də anlaşılmaz olduğunu bildirməyi bacarmalıdırlar.

Bu qədər müəllimin təkrar sertifikasiyadan kəsilməsi Azərbaycan təhsilindəki böhrandan xəbər verir. Əgər müəllim ikinci dəfə də imtahandan kəsilirsə, ona hər hansı bir güzəşt olunmamalıdır. Bu, şagird taleyidir. Əgər müəllimin savadı yoxdursa, sinifə girməməlidir. Müəllimlərin işini itirməsi uşaqları savadsız yetişdirməkdən daha yaxşıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 İyul 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see169

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see160

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see143

Öskürək siropu 21 uşağın həyatına son qoydu Hindistanda dəhşət

09 Oktyabr 2025 13:03see134

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see130

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see129

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see128

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see125

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see125

Mətanət Əsədova: “Ana kimi sevdiyim Əminə xanım getdi...” VİDEO

09 Oktyabr 2025 16:44see125

Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir

09 Oktyabr 2025 17:40see124

Gəncə Dövlət Universitetinin magistr tələbələri ilə görüş keçirilib FOTO

09 Oktyabr 2025 16:34see123

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see120

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see120

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see118

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see117

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see116

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see116

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see116

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri