Sertifikasiyada uğur qazanan müəllimlərin maaşlarına əlavələr nə vaxt ödənəcək?
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiyada uğur qazanmış müəllimlərin maaşlarına əlavələrin nə vaxt ödənəcəyi ilə bağlı sualları cavablandırıb.
Ölkə.Az xəbər verir ki, nazir əməkhaqqına əlavələrin ilin sonunda ödənəcəyini deyib:
"Bu ilin sonuna qədərödənəcək. Çünki sertifikasiya prosesi bitməlidir. Müəllim imtahanı verib. Amma bilirsiniz ki, orada intervyu prosesi var. Burada qeyri-adi bir şey yoxdur. Hər il bu proses davam edir.
Çünki yay ayında həmin müəllimlər imtahanı verib bitirirlər. Daha sonra çox uzun bir müddətdə təxminən 20 min müəllimlə müsahibələr təşkil edirik. Bu, külli miqdarda vaxt tələb edir. Bu vaxt bitdikdən, sənədləşmə işi bitdikdən sonra müəllimlərin əməkhaqqına əlavələr ödənilir. Növbəti aylarda isə onlar aybaay bu əlavələri alırlar",- nazir söyləyib.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 17 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















