Icma.az
close
up
RU
“Sertifikasiyada yalnız test yox, real dərs prosesi də qiymətləndirilməlidir “ EKSPERT

“Sertifikasiyada yalnız test yox, real dərs prosesi də qiymətləndirilməlidir “ EKSPERT

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün təhsil sistemində aparılan islahatlardan biri də müəllimlərin sertifikasiya prosesidir. Bu prosesin məqsədi – təhsilin keyfiyyətini artırmaq, müəllimlərin bilik və bacarıqlarını yoxlamaqdır. Amma tətbiq olunan mexanizm, xüsusilə uzun illər şagird yetişdirmiş təcrübəli müəllimlər tərəfindən birmənalı qarşılanmır və müəyyən narazılıqlara səbəb olur.  

Cəmiyyətin bir qismi bunu zəruri addım kimi qiymətləndirsə də, digərləri bu prosesi bir çox müəllimin sistemdən uzaqlaşdırılması təhlükəsi, ən əsası isə onlara qarşı hörmətsizlik kimi qəbul edir.

Bəs sertifikasiya prosesi nə dərəcədə ədalətli və effektlidir? Uzun illərini təhsilə həsr etmiş müəllimlər bu sistemdə hansı yeri tutur?

Gununsesi.info-ya açıqlamasında elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, uzun illər təhsil sahəsində çalışan, xüsusilə yaşlı nəsildən olan müəllimlərin birdən-birə sistemdən kənarlaşdırılması doğru yanaşma deyil:

“Əslində, sertifikasiya prosesindən keçə bilməyən müəllimlərə dövlət müəyyən qədər şans tanıyır. Belə ki, onlara bir il müddətində təkrar imtahan vermək imkanı yaradılır, hətta təkmilləşmə kurslarına cəlb olunurlar. Bu, əslində bir dəfəlik verilən fürsətdir. Lakin düşünürəm ki, uzun illər təhsil sahəsində çalışan, xüsusilə yaşlı nəsildən olan müəllimlərin birdən-birə sistemdən kənarlaşdırılması doğru yanaşma deyil.

Elm və Təhsil Nazirliyi bu məsələdə də müəyyən addımlar atır. Həssas əhali qrupuna daxil olan müəllimlərin məktəblərdə növbəli şəkildə digər yardımçı vəzifələrlə təmin olunmasına şərait yaradılır. Lakin bu da, məncə, kifayət etmir.

Məsələn, Türkiyə və digər ölkələrdə müəllim köməkçiləri var. Bizdə isə vəziyyət fərqlidir: 21 yaşında universiteti bitirən, əzbərləmə qabiliyyəti yüksək olan bir gənc, sadəcə test nəticəsinə əsasən müəllim olur. Məncə, belə gəncləri dərhal auditoriya qarşısına çıxarmaq düzgün deyil. Onları təcrübəli və yaşlı müəllimlərin tabeliyində müəyyən mərhələdən keçirmək, təcrübə qazandırmaq daha doğru olar.

Digər tərəfdən, illərin təcrübəsinə malik müəllimləri kənarlaşdırmaq əvəzinə, onların bacarıqlarından idarəçilik sahəsində istifadə etmək olar. Əgər onların idarəetmə təcrübəsi varsa, onlar dövlət qulluğuna imtahan vermədən müəyyən vəzifələrə, məsələn, direktor müavini və ya direktor vəzifələrinə irəli çəkilə bilərlər.

Bəli, ola bilər ki, müəllim müəyyən fənni zəif bilsin, amma onun təcrübəsi və pedaqoji bacarığı var. Bu resursu itirmək əvəzinə ondan düzgün şəkildə faydalanmaq daha məqsədəuyğundur.

Bundan başqa, fikrimcə, mövcud sertifikasiya sistemi də yetərli və tam deyil. Sadəcə test vasitəsilə müəllimi qiymətləndirmək obyektiv nəticə vermir. Qarışıq və bəzən əlaqəsiz suallarla aparılan qiymətləndirmə real bilik və bacarığı əks etdirmir. Müəllimi qiymətləndirmək üçün onu auditoriyada, real dərs prosesində görmək lazımdır.

İldən-ilə repetitorluq genişlənir, məktəbin nüfuzu isə zəifləyir. Təhsil sistemində ciddi problemlər qalmaqdadır. Sertifikasiya isə bu problemləri həll etmir, çıxış yolu deyil. Əksinə, bu prosesdə bəzi mənfi meyillər daha da güclənir. Bu məsələlərə diqqətlə yanaşmaq və geniş islahatlara ehtiyac var”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyul 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri