Icma.az
close
up
RU
Sertifikasiyadan keçməyən direktorları dərs saatları alınmalıdır!

Sertifikasiyadan keçməyən direktorları dərs saatları alınmalıdır!

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda son illərdə müəllimlərin və direktor müavinlərinin sertifikasiyadan keçirilməsi, onların ixtisas biliklərinin və metodiki hazırlığının yoxlanılması dövlətin təhsil siyasətində keyfiyyətə yönəlik mühüm addım hesab edilir.

Elm və Təhsil Nazirliyi bu prosesi 2021-ci ildən etibarən mərhələli şəkildə tətbiq edir. 2022-ci ildə ilk dəfə olaraq 11 000-ə yaxın ibtidai sinif müəllimi sertifikasiya imtahanına cəlb edilib, nəticələrə əsasən 70%-dən çoxu müvafiq keçid balını toplayıb.

2023-cü ildə bu proses digər fənləri əhatə etməyə başladı və bu il sertifikasiyada 50 000-ə yaxın müəllimin iştirak edəcəyi gözlənilir.

Lakin eyni məktəbdə tədris prosesi ilə birbaşa məşğul olan məktəb direktorları bu prosesə daxil edilmir, baxmayaraq ki, onların da əksəriyyəti hələ də fənn üzrə dərs deyirlər.

Modern.az mövzu ilə bağlı təhsil sahələri üzrə ekspert Kamran Əsədovla həmsöhbət olub. 

Müəllimlərə rəhbərlik edən şəxs bu prosesdən kənarda qalır

 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1 və 28.2-ci maddələrinə əsasən, təhsil müəssisəsinin rəhbəri idarəetmə və pedaqoji fəaliyyətin təşkili, müəllim heyətinin seçimində iştirakı və təhsilin keyfiyyətinə nəzarət funksiyalarını yerinə yetirir. Yəni qanunvericilik direktorların yalnız inzibati funksiyaları deyil, eyni zamanda pedaqoji prosesin təşkilində iştirakını da açıq şəkildə təsbit edir. Bu baxımdan onların pedaqoji biliklərinin yoxlanılmaması, lakin fənn üzrə dərs deməyə davam etmələri təhsil sistemində hüquqi və funksional ziddiyyət yaradır. Belə ki, müəllimlər mütəmadi olaraq biliklərini sübut etməyə məcbur olarkən, onlara rəhbərlik edən şəxs bu prosesdən kənarda qalır. Bu isə tədris prosesində liderlik nüfuzunu zəiflədir və ədalət prinsipinə ziddir”.

K. Əsədov vurğulayıb ki, direktorların sertifikasiyadan keçməməsi onların yalnız idarəetmə funksiyasını yerinə yetirməsi ilə əsaslandırılırsa, bu halda onların fənn üzrə dərs yükündən tamamilə azad olunması aktuallaşır:

“Hazırda direktorların 18-24 saat arasında dərs deməsi hallarına rast gəlinir. Bu həm tədris keyfiyyətinə, həm də idarəetmənin effektivliyinə mənfi təsir göstərir. Xüsusilə böyük şəhərlərdə – Bakı, Gəncə, Sumqayıt və digər sıx şagird kontingentinə malik məktəblərdə direktorun həm inzibati işlərə, həm hesabatlara, həm valideynlərlə ünsiyyətə, həm də dərsə zaman ayırması mümkün deyil. Bu isə rəhbərlik prosesində gecikmələr, sənədləşmədə keyfiyyətsizlik və pedaqoji nəzarətin zəifləməsi ilə nəticələnir”.

Təhsil ekspertinin sözlərinə görə əgər gələcəkdə direktorlar dərs yükündən tam azad olsalar, bu idarəetmənin səmərəliliyinə ciddi şəkildə müsbət təsir göstərə bilər.

Belə bir model artıq bir çox ölkədə tətbiq olunduğunu vurğulayan Kamran Əsədov bildirib ki, Azərbaycan reallığında direktorların dərsdən tamamilə uzaqlaşdırılması mənfi nəticələr də doğura bilər:

“İlk növbədə, pedaqoji proseslə təmasın itməsi rəhbərlərin müəllim heyəti ilə bağlı qərarlarında qeyri-obyektivlik yarada bilər. Direktor sinfə girmədikdə, tədris prosesində baş verən çətinlikləri praktik olaraq müşahidə etmədikdə, onun verdiyi metodik qərarların keyfiyyəti zəifləyə bilər. Eyni zamanda, bu addım direktorların maaşına da təsir edəcək. Çünki müəllim maaşları əsasən dərs yükü əsasında formalaşır. İdarəetmə üçün əlavə maliyyə stimulları verilməzsə, bu, direktorluğa marağın azalmasına səbəb ola bilər”.

Direktorların da müəyyən fasilələrlə ixtisasartırma və idarəetmə sertifikasiyası keçməsi labüddür

“Əgər direktor yalnız idarəetmə ilə məşğul olacaqsa, o zaman onun təyin olunması, qiymətləndirilməsi və fəaliyyətinin monitorinqi idarəetmə indikatorlarına əsasən həyata keçirilməlidir. Belə indikatorlara məktəbin akademik nəticələri, buraxılış imtahanlarının nəticələri, müəllimlərin inkişaf dinamikası, məktəbdə sosial mühitin sabitliyi və valideyn məmnunluğu daxildir. Bu hallarda direktorun aylıq əməkhaqqı fənn üzrə dərs yükünə görə deyil, strateji nəticələrə görə formalaşmalıdır. Əlavə olaraq, direktorların da müəyyən fasilələrlə ixtisasartırma və idarəetmə sertifikasiyası keçməsi labüddür”.

K.Əsədov sonda bildirib ki, əgər bu dəyişikliklər həyata keçirilərsə, təhsilin idarəetməsində yeni mərhələyə keçid baş verəcək. Məktəblərdə səriştəli və idarəetmədə çevik menecerlərin formalaşması təmin olunacaq. Müəllimlər daha çox pedaqoji rəhbərlik görəcək, direktorlar isə inzibati işlərə boğulmadan strateji idarəetməyə fokuslana biləcəklər. Bununla yanaşı, bu keçid planlı, mərhələli və maddi dəstəkli şəkildə aparılmalıdır. Yəni direktorların dərs yükündən azad olunması yalnız qanuni dəyişikliklə deyil, həm də sosial təminat və qiymətləndirmə mexanizmləri ilə müşayiət olunmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri