Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Sertifikasiyadan kəsilən müəllimləri nə gözləyir?

Sertifikasiyadan kəsilən müəllimləri nə gözləyir?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

"2025-ci ildə Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası nəticəsində 500-ə yaxın müəllimin qeyri-qənaətbəxş nəticə göstərməsi və onlardan 50-dən çoxunun ali musiqi təhsilli olması bu sahədə ciddi metodoloji və idarəetmə problemlərinin mövcudluğunu ortaya çıxarır. Bu nəticələr sadəcə fərdi müəllimlərin səriştəsizliyi ilə izah oluna bilməz. Əksinə, bu qədər yüksək sayda müəllimin attestasiyadan keçməməsi qiymətləndirmə mexanizmlərinin keyfiyyətsizliyini, şəffaflıqdan uzaq olmasını və musiqi təhsili sahəsinin spesifikliyinin nəzərə alınmadığını göstərir".

Bu fikirləri Metbuat.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov həmin müəllimlərin aqibətindən danışarkən bildirib.

Ekspert vurğulayıb ki, Mədəniyyət Nazirliyinin “Mədəniyyət müəssisələri işçilərinin attestasiyasının keçirilməsi Qaydası”na əsasən, attestasiyanın məqsədi müəssisə əməkdaşlarının peşəkarlıq səviyyəsini müəyyən etmək və onların tutduqları vəzifəyə uyğunluğunu qiymətləndirməkdir:

"Həmin qaydalarda qeyd olunur ki, attestasiyanın nəticəsi müəllimlərin əmək fəaliyyətinin davam etdirilməsi və ya dayandırılması ilə bağlı qərar verilməsinə əsas yaradır. Lakin bu qərarın obyektiv və hərtərəfli əsaslandırılması üçün qiymətləndirmə meyarları konkret və şəffaf olmalıdır. Əgər bu meyarlar təhsilin mahiyyəti ilə uyğun deyilsə, nəticələr hüquqi baxımdan da şübhə altına düşür. Ali musiqi təhsilli müəllimlərin kütləvi şəkildə attestasiyadan keçməməsi göstərir ki, qiymətləndirmə yalnız nəzəri testlər və ya formal müsahibə formasında təşkil olunub. Halbuki musiqi müəllimliyi praktiki bacarıqlara əsaslanan ixtisasdır. Burada müəllimin musiqi ifaçılığı, pedaqoji yanaşması, şagirdlərlə iş üslubu, repertuar seçimi və bədii-estetik dünyagörüşü əsas meyarlar kimi çıxış etməlidir. Əgər bu komponentlər qiymətləndirmə çərçivəsində nəzərə alınmayıbsa, nəticələrin obyektivliyindən danışmaq mümkün deyil. Statistik olaraq bu nəticə həm də ümumi təhsil sistemində musiqi fənninin devalvasiyaya uğradığını göstərir. Son illər rəsmi dövlət sənədlərində mədəniyyət və incəsənət təhsilinə verilən önəm vurğulansa da, praktiki addımlar bu prioritetin lazımi səviyyədə həyata keçirilmədiyini göstərir. Məsələn, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və “Mədəniyyətin inkişafına dair 2022–2030-cu illər üçün Milli Strategiya”da musiqi və incəsənət sahəsində peşəkar kadr hazırlığının gücləndirilməsi nəzərdə tutulur. Lakin attestasiyanın bu formada təşkili həmin strateji sənədlərlə ziddiyyət təşkil edir".

K.Əsədovun sözlərinə görə, dünya təcrübəsində musiqi və incəsənət müəllimlərinin qiymətləndirilməsi fərqli metodologiya ilə həyata keçirilir:

"Almaniyada musiqi müəllimləri üçün attestasiyalar əsasən praktiki dərs nümunəsi, canlı ifa və şagirdlərlə real dərs zamanı müşahidə əsasında aparılır. Finlandiyada isə müəllimin bədii düşüncə tərzi, musiqi tarixi bilikləri və sinif içində yaradıcılıq stimullaşdırma bacarığı əsas meyar sayılır. Bu yanaşmalar müəllimin peşəkar potensialını daha obyektiv ölçməyə imkan verir və səriştənin yalnız yazılı testlərlə müəyyən edilə bilmədiyini təsdiqləyir. Təəssüf ki, Azərbaycanda keçirilən attestasiyada bu cür multidissiplinar və praktik ölçmə mexanizmləri tətbiq edilməyib. Əksinə, qiymətləndirmə formallığa çevrilib və kütləvi şəkildə müəllimlərin nəticələrinə mənfi təsir göstərib. Bu, sadəcə fərdi narazılıq doğurmur, həm də mədəniyyət təhsili sisteminə olan inamı sarsıdır. Əgər ali təhsilli, uzun illər təcrübəsi olan musiqi müəllimləri attestasiyadan kəsilirsə, burada məsuliyyət təkcə müəllimlərdə deyil, eyni zamanda qiymətləndirməni təşkil edən və meyarları müəyyən edən strukturlardadır. Bununla belə, bu prosesi yalnız neqativ prizmadan qiymətləndirmək də doğru olmaz. Attestasiya sisteminin tətbiqi müəllimlərin peşəkar inkişafına təkan vermək məqsədi daşıyır və bu baxımdan dövlətin müəllim hazırlığına və kadr keyfiyyətinə diqqət yetirməsi təqdirəlayiqdir. Lakin bu təşəbbüsün effektivliyi yalnız şəffaf, ədalətli və ixtisasa uyğun qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə mümkün ola bilər. Əks halda keyfiyyət yüksəlməyəcək, əksinə təcrübəli və istedadlı müəllimlər sistemdən uzaqlaşdırılacaq".

Mütəxəssis qeyd edib ki, hazırkı vəziyyətdə əsas vəzifə attestasiyadan keçə bilməyən müəllimlərin hüquqlarının qorunması, nəticələrə inzibati qaydada yenidən baxılması və əlavə təkrar qiymətləndirmə imkanı yaradılmasıdır:

"Bu müəllimlər üçün fərdi təkmilləşmə proqramları, metodik təlimlər və mentorluq dəstəyi təmin edilməli, onların sistemdən tamamilə uzaqlaşdırılması yolu seçilməməlidir. Əks halda musiqi təhsili sahəsində kadr çatışmazlığı dərinləşəcək və bu, xüsusilə bölgə məktəblərində təhsilin keyfiyyətinə mənfi təsir göstərəcək. Nəticə olaraq, Mədəniyyət Nazirliyi bu prosesə sadəcə formal yanaşmamalı, attestasiyanın nəticələrinə dair ictimai hesabat təqdim etməli, qiymətləndirmə meyarlarını açıqlamalı və nəticələri mübahisələndirmək üçün müəllimlərə real hüquqi mexanizmlər təqdim etməlidir. Əgər bu baş verməzsə, cəmiyyətin mədəniyyət təhsilinə inamı azalacaq, müəllimlər isə öz peşəkar dəyərini və sosial motivasiyasını itirəcək. Bu isə nə dövlətin strateji maraqlarına, nə də mədəni irsin davamlılığına xidmət etmir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Aprel 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri