Sertifikasiyaya könüllü qatılacaq müəllimlərin SAYI
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı ildə keçiriləcək müəllimlərin sertifikatlaşdırılması prosesində ilk dəfə tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər iştirak edəcəklər.
Bununla yanaşı, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil müəllimləri də sertifikasiyaya cəlb olunacaqlar. Məlum olduğu kimi, 60 yaşdan yuxarı müəllimlər sertifikatlaşdırma prosesində könüllü əsaslarla iştirak edə bilirlər.
Maraqlıdır, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə neçə nəfər 60 yaşdan yuxarı müəllimin sertifikasiyada iştirakı gözlənilir?
Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı azedu.az Təhsil Portalının sorğusuna cavab olaraq bildirilib ki, region üzrə 60 yaşdan yuxarı ümumilikdə 15 müəllimin sertifikatlaşdırma prosesində iştirakı nəzərdə tutulur.
Onlardan 10 nəfəri tarix müəllimidir. Həmçinin 1 nəfər riyaziyyat, 1 nəfər musiqi, 2 nəfər təsviri incəsənət və 1 nəfər fiziki tərbiyə müəlliminin sertifikasiyada iştirakı gözlənilir.
Qeyd edək ki, ötən il ölkə üzrə sertifikatlaşdırma prosesində 60 yaşdan yuxarı 962 müəllim iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 16 İyun 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















