Sertifikasiyaya hazırlaşan müəllimlərin nəzərinə: bu gün sınaq imtahanı var!
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunan fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “Microsoft Teams” platformasında sınaq imtahanı təşkil olunur.
Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Sınaq imtahanının səhifəsi bu gün saat 10:00-dan aktivləşərək 19:00-dək açıq olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı var.
Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunur. İmtahan vaxtı başa çatdıqda nəticə avtomatik olaraq ekranda əks olunacaq.
Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 30 May 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















