Sertifikatlaşdırma imtahanlarının tarixi BİLİNDİ
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırılması prosesinin II dövriyyəsinin test imtahanlarının keçiriləcəyi tarixlər və fənlər üzrə bölgü müəyyənləşib.
Redaktor.az xəbər verir ki, imtahanlar may ayının 2-si, 3-ü, 10-u və 11-də təşkil olunacaq.
2 may tarixində I seans üzrə alman dili, fransız dili, ingilis dili və rus dili, II seans üzrə isə Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, həmçinin informatika fənləri üzrə test imtahanları keçiriləcək.
3 may tarixində I seansda riyaziyyat, II seansda isə biologiya və kimya fənləri üzrə imtahanlar baş tutacaq.
10 may tarixində I seansda fizika və ibtidai sinif, II seansda isə ibtidai sinif və coğrafiya fənləri üzrə müəllimlər imtahana cəlb olunacaqlar.
11 may tarixində isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya fənləri üzrə test imtahanlarının keçirilməsi nəzərdə tutulub.
Test imtahanı Naxçıvan Şəhər 4, 10, 11 nömrəli tam orta məktəblərdə və Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılan İmtahan Mərkəzlərində təşkil olunacaq.
Namizədlərə imtahan vaxtı və yeri ilə bağlı məlumatların şəxsi kabinetləri vasitəsilə təqdim olunacağı bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 01 Aprel 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















