Icma.az
close
up
RU
Şərtin sükutu: Dəmir qapıların arxasında sülhün izi

Şərtin sükutu: Dəmir qapıların arxasında sülhün izi

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

BMT Baş Assambleyasının 80-ci sessiyasında Suriya Prezidenti Əhməd əş-Şaranın çıxışı Yaxın Şərq diplomatiyasının klassik gedişlərini xatırladırdı: sərt ittihamlarla müşayiət olunan, amma gələcək üçün qapını tam bağlamayan ehtiyatlı ritorika.

Şara həm beynəlxalq hüququn pozulmasını önə çəkərək İsrailə açıq mesaj verdi, həm də danışıqlar üçün nəzəri imkanın mövcudluğunu vurğulayaraq beynəlxalq auditoriyaya balanslı siqnal göndərdi. Tarixi təcrübədən doğan bu mövqe, Colan təpələri məsələsi ilə birbaşa bağlı olan “sülh əvəzinə torpaq” prinsipinin bu gün də Suriya diplomatiyasının ana xəttini təşkil etdiyini bir daha nümayiş etdirdi.

Suriya Prezidenti Əhməd əş-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışda İsrail-Suriya münasibətləri ilə bağlı hansı əsas mesajları verdi və bu mövqeyi hansı tarixi razılaşma kontekstində izah etdi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Suriya Prezidenti Əhməd əş-Şara BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışda İsrail–Suriya münasibətləri ilə bağlı mesajlarını konkret və strateji çərçivədə formalaşdırıb. Onun ritorikasının əsas mahiyyəti hazırkı vəziyyətin qeyri-müəyyənliyini vurğulamaqla yanaşı, gələcək üçün şərtli açıq qapı saxlamaqdan ibarət idi. Bu, Suriya diplomatiyasının klassik ehtiyatlı, lakin mesajverici yanaşmasının davamı kimi qiymətləndirilir.

Rzayevin sözlərinə görə, Şaranın “İsrail bir neçə dəfə Suriyaya hücum edib və ərazimizə girməyə davam edir” deməsi mövcud vəziyyətə birbaşa reaksiyadır. Suriya lideri BMT tribunasından istifadə edərək həm beynəlxalq hüququn pozulmasını qabardıb, həm də İsrailin bölgədəki fəaliyyəti ilə bağlı narahatlıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Turan Rzayev: Bu ifadə beynəlxalq auditoriyaya yönəlmiş balanslı və düşünülmüş mesajdır

"Bununla yanaşı, Şara çıxışında yalnız ittihamlarla kifayətlənməyib. O, “İsraillə münasibətlərin yoluna qoyulması və sülhün təsis edilməsi hazırda gündəlikdə deyil” desə də, eyni zamanda “danışıqlar uğurla nəticələnsə, gələcəkdə digər razılaşmalar da əldə oluna bilər” sözləri ilə çıxışını tamamlayıb. Bu ifadə beynəlxalq auditoriyaya yönəlmiş balanslı və düşünülmüş mesajdır. Yəni, Suriya hazırda İsraillə münasibətləri normallaşdırmağa hazır deyil, amma prinsipial olaraq bu ideyanı tam şəkildə rədd etmir".

O qeyd edib ki, bu mövqe tarixi kontekstdə “Sülh əvəzinə torpaq” prinsipi ilə sıx bağlıdır: 

"1990-cı illərdə, xüsusilə Hafiz Əsəd dövründə, ABŞ vasitəçiliyi ilə aparılan danışıqların əsas mövzusu Colan təpələrinin qaytarılması qarşılığında münasibətlərin normallaşdırılması idi. Həmin danışıqlar nəticəsiz qalsa da, bu prinsip bu günə qədər Suriya diplomatik xəttində strateji yerini qoruyur. Şaranın çıxışındakı “əgər danışıqlar uğurla nəticələnsə...” fikri də məhz bu tarixi prinsipin dolayısı ilə təsdiqi və davamı kimi qiymətləndirilir. Başqa sözlə, Suriya münasibətləri normallaşdırmaqdan imtina etmir, lakin bunu yalnız konkret geosiyasi şərtlər və ərazi suverenliyinə hörmət çərçivəsində mümkün hesab edir".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri