Icma.az
close
up
RU
Şərurda texnika istifadəçilərinə səyyar xidmət göstərilib

Şərurda texnika istifadəçilərinə səyyar xidmət göstərilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 17 aprel, AZƏRTAC

Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən mütəxəssisləri tərəfindən səyyar xidmət göstərilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xidmət çərçivəsində Şərur, Kəngərli və Sədərək rayonlarından müraciət edən texnika sahiblərinin etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 17 sürücülük vəsiqəsi dəyişdirilib, 7 texnika ilkin və təkrar dövlət qeydiyyatına alınıb. Texnika sürücüsü vəsiqəsi üçün yerində elektron imtahanların qəbulu da həyata keçirilib və yeni sürücülük vəsiqəsi verilib. Əlavə olaraq texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdimetmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.

Səyyar xidmət aprelin 21-də Culfa rayonunda təşkil ediləcək.

Qeyd edək ki, bu sahədə fəaliyyətin tənzimlənməsi üçün ötən il Naxçıvan Aqrar Xidmətlər Mərkəzi “TexnazApp” daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sisteminə qoşulub. İndiyədək muxtar respublika üzrə 119-u ilkin, 105-i isə təkrar olmaqla, ümumilikdə 224 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 4 istismara yararsız nəqliyyat vasitəsi uçotdan çıxarılıb, 290 nəqliyyat vasitəsinə dövlət texniki baxışı keçirilib. Həmçinin ötən il muxtar respublikada ilk dəfə olaraq mexanizatorların elektron imtahanlara cəlb edilməsinə də başlanılıb. İmtahanlarda uğur qazanmış 98 mexanizatora traktor və digər nəqliyyat vasitələrini idarə etmək üçün yeni sürücülük vəsiqəsi verilib və 191 sürücülük vəsiqəsi dəyişdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri