Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar barəsində 40 a yaxın məhkəmə işi var

Şərurlu İsfəndiyar barəsində 40 a yaxın məhkəmə işi var

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az Axar.az -a xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə vəkil Asim Abbasov vəsatətlə çıxış edib.

Emil Səməndərovun vəkili Asim Abbasov bildirib ki, baxılan iş üzrə təqsirləndirilən İsfəndiyar Axundov Binəqədi Rayon Məhkəməsində 40-a yaxın iş üzrə cavabdeh şəxs qismində tanınıb. Həmin işlərin arasında iddiaçının xeyrinə qərar qəbul olunub. Eyni zamanda bir iş hazırda aktivdir, proses davam edir. Bu iddialar içərisində təmin olunan və olunmayanlar var. Vəkil məhkəmədən bunu nəzərə almağı və sorğunun nəticəsinin iş materiallarına əlavə edilməsini istəyib.

Məhkəmə sorğunun nəticəsini iş materiallarına əlavə edib.

Daha sonra Emil Səməndərov ifadə verib:

Onun sözlərinə görə, 2018-ci ildə “Proqress 2016” MTK-da 141 zərərçəkənin, 3 milyon 100 min manat maddi zərərin olduğu bildirilib: ” Sonra məlum olub ki, 264 zərərçəkən, 7 milyon 900 min manat maddi zərər var. Bu işin mənə heç bir aidiyyəti olmamasına baxmayaraq son göstərilən maddi ziyandan 5 milyon manat ödəmişəm. Ona görə də İsfəndiyar Axundov mənə dələduz deyib”.

Daha sonra İsfəndiyar Axundov Emil Səməndərova sual ünvanlayıb:

“Sənin atan və yoldaşın məni məhkəməyə verərək məndən niyə 5 milyon tələb edir?

Emil Səməndərov bundan məlumatlı olmadığını bildirib.

Emil Səməndərovun vəkili Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Emil Səməndərovun işi üzrə qeyd olunan protokolların məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatət verib.

Onun sözlərinə görə, “Şərur” MTK zərərçəkənlərə 30 min manatlıq ziyana görə 50 min manatlıq qəbzlərə imza çəkdirib:

“Bu da protokollarda öz əksini tapıb”.

Məhkəmədən bildirilib ki, protokollar vəkil sorğusu əsasında verilmir, yanlız məhkəmə sorğusu ilə təqdim edilir.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmədə İsfəndiyar Axundovun mediadakı müsahibəsi olan videogörüntüyə baxılıb.

Məhkəmə linqvistik ekspertizanın keçirilməsi ilə bağlı hər iki tərəfin fikrini soruşub.

Vəkil Asim Abbasov bunun məhkəmənin uzadılması ilə nəticələnəcəyi deyib, ekspertizaya ehtiyac olmadığını bildirib.

İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli də qarşı tərəflə eyni fikri səsləndirib. O, sözügedən ekspertizaya ehtiyac olmadığını deyib:

“İsfəndiyar Axundov müsahibəsində Emil Səməndərova qarşı dələduz ifadəsi işlətməyib. Ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. İsfəndiyar Axundov tanınmış şəxsdir. Qarşı tərəf müəyyən təminatlar əldə etmək üçün müvəkkilim barəsində xüsusi ittiham qaydasında şikayət edib”.

Məhkəmə videonun linqvistik ekspertizaya verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.

Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.

Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri