Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Şərurlu İsfəndiyar barəsində 40 a yaxın məhkəmə işi var

Şərurlu İsfəndiyar barəsində 40 a yaxın məhkəmə işi var

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə İsfəndiyar Axundov da iştirak edib.

Həmçinin həbsdə olan şikayətçi Emil Səməndərov da məhkəməyə gətirilib.

Emil Səməndərovun vəkili Asim Abbasov deyib ki, Binəqədi Rayon Məhkəməsində İsfəndiyar Axundov barəsində 40-a yaxın məhkəmə işi var:

"Bu şikayətlər arasında təmin olunanlar və olunmayanlar da var. Məhkəmənin bunları nəzərə almağını xahiş edirəm".

Vəkil sözügedən məsələ ilə bağlı sənədləri məhkəməyə təqdim edib.

Prosesdə Emil Səməndərov da ifadə verib. O, təqsirləndirilən şəxsin onun barəsində dedikləri sübuta yetirildiyi təqdirdə cəzalandırılmasını xahiş edib.

İsfəndiyar Axundov şikayətçi Emil Səməndərova sual ünvanlayıb: "Sənin atanla həyat yoldaşın məni niyə məhkəməyə verib 5 milyon manat təzminat istəyir"?

Emil Səməndərov isə belə bir şikayətdən xəbərinin olmadığını söyləyib.

Sonra vəkil Asim Abbasov Emil Səməndərov barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan iş ilə bağlı məhkəmə protokollarının hazırda baxılan iş üzrə məhkəməyə təqdim edilməsi üçün vəsatət verib.

O, bildirib ki, Şərur MTK vətəndaşlardan evləri ucuz alaraq iki qat bahasına satıb:

"Hamı düşünür ki, İsfəndiyar Axundov xeyriyyə işi ilə məşğuldur. Lakin o, vətəndaşdan evi məsələn, 50 min manata alıbsa, 100 min manata da satıb".

İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli etiraz edərək deyib ki, şikayətçi tərəf ittihamdan kənara çıxır:

"Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi protokollarının bu işə aidiyyatı yoxdur".

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra prosesdə Emil Səməndərovun təhqir olunduğu iddia edilən video nümayiş olunub.

Hakim sözügedən materialda şikayətçinin təhqir olunduğunu müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı tərəflərin fikirlərini soruşub.

Vəkil Asim Abbasov ekspertizanın keçirilməsinin vaxt itkisinə səbəb olacağını bildirərək buna ehtiyac olmadığını deyib.

İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli də qarşı tərəflə eyni fikri səsləndirib. O da sözügedən ekspertizaya ehtiyac olmadığını bildirib:

"İsfəndiyar Axundov müsahibəsində Emil Səməndərova qarşı dələduz ifadəsi işlətməyib. Ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. Müvəkkilim tanınmış şəxsdir. Qarşı tərəf müəyyən təminatlar əldə etmək üçün onun barəsində xüsusi ittiham qaydasında şikayət edib".

Tərəflər linqvistik ekspertizanın keçirilməsi ilə razılaşmasa da, məhkəmə sözügedən ekspertizanın keçirilməsi ilə bağlı qərar verib. Buna görə də proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 İyun 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri