Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar la bağlı məhkəmədə ekspertiza təyin olunub

Şərurlu İsfəndiyar la bağlı məhkəmədə ekspertiza təyin olunub

Icma.az, Baku.ws saytına istinadən bildirir.

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov bildirib ki, təqsirləndirilən İsfəndiyar Axundov təkcə, Binəqədi Rayon Məhkəməsində 40-a yaxın iş üzrə cavabdeh şəxs qismində tanınıb.

Daha sonra xüsusi ittihamçı Emil Səməndərov ifadə verib.

O bildirib ki, 2018-ci ildə onun rəhbəri olduğu "Proqress 2016" MTK-da 141 zərərçəkənin, 3 milyon 100 min manat maddi zərərin olduğu bildirilib, sonradan məlum olub ki, 264 zərərçəkən, 7 milyon 900 min manat maddi zərər var: "Mən son göstərilən maddi ziyandan 5 milyon ödəmişəm. Halbuki bu işin mənə aidiyyəti yoxdur. Amma İsfəndiyar Axundov mənə dələduz deyib. Onun qanun çərçivəsində cəzalandırılmasını xahiş edirəm".

İsfəndiyar Axundov Emil Səməndərova cavab olaraq "Sənin atan və yoldaşın məni məhkəməyə verərək 5 milyon tələb edir", bildirib.

Emil Səməndərov bundan xəbəri olmadığını deyib.

Məhkəmə iş üzrə linqvistik ekspertizanın keçirilməsi ilə bağlı tərəflərin fikrini soruşub.

Vəkil Asim Abbasov ekspertizaya ehtiyac olmadığını, bunun məhkəmə prosesinin uzadılması ilə nəticələnəcəyini bildirib.

İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli də bildirib ki, sözügedən ekspertizaya ehtiyac yoxdur: "İsfəndiyar Axundov müsahibəsində Emil Səməndərova qarşı dələduz ifadəsi işlətməyib. Ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. Müvəkkilim tanınmış şəxsdir. Qarşı tərəf müəyyən təminatlar əldə etmək üçün onun barəsində xüsusi ittiham qaydasında şikayət edib".

Məhkəmə videonun linqvistik ekspertizaya verilməsi ilə bağlı qərar qəbul edib.

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında "Proqress 2016" MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 İyun 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri