Icma.az
close
up
RU
Şərurlu İsfəndiyarın həbs olunması üçün vəsatət verildi Foto

Şərurlu İsfəndiyarın həbs olunması üçün vəsatət verildi Foto

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

15:00

Şərur MTK-nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə İsfəndiyar Axundov da iştirak edib.

İclasda onun anket məlumatları dəqiqləşdirilib. Prosesdə Emil Səməndərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib. O bildirib ki, İsfəndiyar Axundov bundan əvvəl məhkəmə proseslərindən yayınıb. Vəkil bu səbəbdən barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş şəxsin həbs olunmasını istəyib.

İsfəndiyar Axundovun müdafiəçisi deyib ki, işi ilə əlaqədar ötən prosesdə iştirak edə bilməyib:

"Müvəkkilimin hüquqi savadı olmadığı üçün ötən prosesdə vəkilsiz iştirak etmək istəməyib. Bu, onun məhkəmədən yayınması kimi qəbul edilməməlidir. Xahiş edirəm ki, vəsatət təmin olunmasın".

Məhkəmə İsfəndiyar Axundov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatəti təmin etməyib.

Sonra şikayətçinin vəkili Asim Abbasov İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib. O bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulması təqsirləndirilən şəxsin gələcəkdə məhkəmə prosesindən yayınmasının qarşısını alacaq.

İsfəndiyar Axundovun vəkili deyib ki, müvəkkili ölkənin qabaqcıl şirkətlərinə rəhbərlik edir və onun bu işə görə məhkəmə prosesindən yayınacağını düşünmək düzgün deyil:

"İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması onun fəaliyyətinə buxov vurmaq kimidir. Xahiş edirəm ki, vəsatət təmin edilməsin".

Məhkəmə təqsirləndirilən şəxsin ölkədən çıxışına qadağa qoyulması üçün verilən vəsatəti də təmin etməyib.

Prosesdə təqsirləndirilən İsfəndiyar Axundov da ifadə verib. O deyib ki, fəaliyyəti dövründə bir çox insana mənzil sahibi olması üçün kömək edib:

"Xahiş etmişəm ki, məni həbs etsinlər, canım bunlardan qurtarsın, lakin dövlətim mənə deyib ki, işimlə məşğul olum. Mən bu işlərə məcburi cəlb olunmuşam. Emil Səməndərov bu qədər adamı aldadıb. Zərərçəkənlər də elə bilir ki, onları mən aldatmışam".

Şikayətçinin vəkili Asim Abbasov əlavə edib ki, təqsirləndirilən İsfəndiyar Axundov tikinti işlərinə məcbur cəlb olunduğunu etiraf edib.

Təqsirləndirilən şəxsin vəkili cavabında bildirib ki, “Proqress 2016” MTK-nın öhdəliklərini "Şərur" MTK öz iradəsi ilə etməsə də, könüllü olaraq icra edib. Vəkili İsfəndiyar Axundovun fikrinin yanlış anlaşıldığını deyib.

Şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasovun sonuncu vəsatəti təqsirləndirilən İsfəndiyar Axundovun əvvəllər cinayət məsuliyyətinə cəlb olunub-olunmadığını müəyyən etmək üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsi ilə bağlı olub:

"Hər hansı bir təqsirləndirilən şəxsin barəsində qərar çıxarılanda onun əvvəllər cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı da nəzərə alınır. Ona görə də bu məlumatların əldə edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsini xahiş edirəm".

Məhkəmə vəsatəti təmin edib.

Növbəti proses mayın 24-ə təyin edilib.

Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 May 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri