Icma.az
close
up
RU
Şərurlu İsfəndiyarın avtomobilləri üzərinə həbs qoyuldu

Şərurlu İsfəndiyarın avtomobilləri üzərinə həbs qoyuldu

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub.

“Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, iş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub.

İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dolları borcun olmasıdır.

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsinə üz tutmalı olub.

Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, həmin avtomobillərin ümumi dəyəri həmin borcun məbləğindən dəfələrlə artıqdır.

Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə “Lamborghini Plug-İn Hibrid” hibrid minik markalı 10-P0-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib.

Aşağıdakı avtomobillərə də həbs qoyulub:

- “Lx 600” MİNİK markalı, “AA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Lamborghini” markalı “YA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Toyota Hilux minik” markalı, “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy” markalı, "JN” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Rio minik” markalı, “PF” və "PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Carnival” markalı, "AT” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.

Məhkəmədə İ.Axundovun nümayəndəsi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir:

“Faktiki olaraq aktiv istifadəsində olan 9 avtomobilin üzərinə icra məmuru tərəfindən əsassız olaraq həbs qoyulması “Şərur” MTK-nın iş fəaliyyətinə mane olur”.

İ.Axundovun nümayəndəsi onu da deyib ki, avtomobillərə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən həbs qoyulması qanunsuz hesab edilməlidir.

Məhkəmə “Şərur” MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı qanunsuz hesab edərək ləğv edib. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən yenidən məhkəməyə üz tutulacağı istisna edilməyib.

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov açıqlamasında avtomobillərinə həbs qoyulması ilə bağlı məlumata belə şərh verib: “Yalandır, əlimdə məhkəmə qərarı var”.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Avqust 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri