Icma.az
close
up
RU
Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu, borcu var FOTO

Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu, borcu var FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, iş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub. İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dolları borcunun olmasıdır. “Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsinə üz tutmalı olub.

Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, avtomobillərin ümumi dəyəri həmin borcun məbləğindən dəfələrlə artıqdır.

Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə “Lamborghini Plug-İn Hibrid” hibrid minik markalı 10-P0-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib.

Aşağıdakı avtomobillərə də həbs qoyulub:

- “Lx 600” MİNİK markalı, “AA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Lamborghini” markalı “YA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Toyota Hilux minik” markalı, “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy” markalı, "JN” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Rio minik” markalı, “PF” və "PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Carnival” markalı, "AT” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.

Məhkəmədə İ.Axundovun nümayəndəsi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir:

“Faktiki olaraq aktiv istifadəsində olan 9 avtomobilin üzərinə icra məmuru tərəfindən əsassız olaraq həbs qoyulması “Şərur” MTK-nın iş fəaliyyətinə mane olur”.

İ.Axundovun nümayəndəsi onu da deyib ki, avtomobillərə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən həbs qoyulması qanunsuz hesab edilməlidir.

Məhkəmə “Şərur” MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı qanunsuz hesab edərək ləğv edib. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən yenidən məhkəməyə üz tutulacağı istisna edilməyib.

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov açıqlamasında avtomobillərinə həbs qoyulması ilə bağlı məlumata belə şərh verib: “Yalandır, əlimdə məhkəmə qərarı var”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Avqust 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri